Vəziyyət gərginləşir, Rusiyada hətta nüvə silahının tətbiqi haqda danışırlar - "Məqsəd sülhməramlılar yeritməkdir"

06 aprel, 2021 11:37

Rusiya Ukrayna sərhədlərinə və Krıma qoşun cəmləşdirməkdə davam edir. Buna paralel olaraq Rusiya KİV-ləri və ekspertləri Ukraynanın Donbass separatçıları üzərinə irimiqyaslı hücuma hazırlaşdığı barədə ictimai rəy formalaşdırmağa çalışmaqdadır.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, son məlumatlara görə Rusiya Müdafiə Nazirliyi Krıma S-400 “Triumf” və S-300 zenit-raket komplekslərinin yeni diviziyonlarını göndərib.

Ukrayna prezidenti Vladimir Zelenski isə Böyük Britaniyanın baş naziri Boris Consona zəng vurub və Rusiyaya qarşı dəstək xahiş edib. Telefon danışığı zamanı Donbassdakı vəziyyət, Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsi müzakirə olunub.

Rusiya ekspertləri isə hətta Donbassda taktiki nüvə silahının tətbiqinin mümkünlüyü haqda danışmağa başlayıblar. Hərbi ekspert Konstantin Sivkov deyir ki, Ukrayna hakimiyyəti Donbassdakı münaqişəyə Birləşmiş Ştatları cəlb etmək üçün bütün mümkün olanı edir. Üstəlik Böyük Britaniya və Almaniya da işə qarışa bilər. Və onun fikrincə, belə vəziyyətdə Rusiya əlini yanına sallayıb boş dayanmayacaq. Ona görə də situasiya nəzarətdən çıxa bilər.

Sivkovun sözlərinə görə, separatçı Donetsk və Luqansk “xalq respublikaları” özləri Kiyevin irimiqyaslı hücumunun qarşısını ala bilməzlər. Ona görə də Rusiya “hökmən müdaxilə edəcək”. Bu da NATO ilə Rusiya arasında Ukrayna ərazisində müharibəyə gətirib çıxaracaq. Onun fikrincə, bu zaman tərəflərdən biri “gərginliyə tab gətirməyə və taktiki nüvə silahını tətbiq edə bilər”.

Sivkov deyir ki, bunun baş verməməsi üçün iki bəyanat vermək lazımdır: əgər Ukrayna Donbassa hücum etsə Rusiya regiondakı vətəndaşlarını (Rusiya yüz minlərlə Donbass sakinlərinə öz pasportlarını paylayıb,-red.) müdafiə etmək üçün mümkün olanı edəcək. İkinci bəyanat:  əgər NATO-nun bir üzvü belə münaqişəyə qarışsa Rusiya nüvə silahını tətbiq etmək haqqını özündə saxlayacaq.

Gərginlik Amerika ekspert çevrələrində də müzakirə olunmaqdadır. Vaşinqtondakı Atlantic Council mərkəzinin ekspertləri deyirlər ki, Rusiyanın Ukrayna sərhədlərində qoşun cəmləşdirməsinin iki səbəbi var. Birincisi, Rusiyada yaxınlaşan Duma seçkiləridir, ikincisi isə hakim partiyanın reytinqinin aşağı düşməsidir. Atlantic Council-in Avrasiya mərkəzinin direktoru Con Herbst (Kiyevdəki keçmiş səfir)  bildirir ki, Rusiya KİV-lərinin Ukraynanın atəşkəsi pozması haqda feyk məlumatları tirajlaması və sərhədə qoşun cəmləşdirilməsi məhz Kremlin hücuma hazırlaşdığına dəlalət edir.

“Məqsəd Mariupolun və ya Xerson vilayətindəki Dnepr çayından Krıma gedən su kanalının nəzarətə götürülməsi ola bilər. Və yaxud Rusiya Donets və Luqansk “xalq respublikalarına” özünün “sülhməramlı qüvvələrini” yeritmək arzusundadır”,-o bildirib. Herbst hesab edir ki, ola bilsin Rusiyanın məqsədi həm də Ukrayna prezidenti Vladimir Zelenskini qorxutmaq və ABŞ-ın yeni administrasiyasını sınağa çəkməkdir.

“Əgər belədirsə deməli Bayden sınaqdan çıxıb. Çünki ötən həftə Vaşinqton Kiyevi zənglərlə sadəcə olaraq bombardman edib. ABŞ prezidenti özü zəng vurub, habelə onun milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri Mark Milli zəng vurublar. Sonuncu Kremlin mesajı aldığına əmin olmaq üçün üstəlik Moskvaya da zəng vurub”,- Herbst bildirib.

Qeyd edək ki, Türkiyədə Ukraynaya mümkün dəstəyi verir və gözlənilir ki, məsələ prezident Zelenskinin aprelin 10-da Ankaraya səfəri zamanı müzakirə olunacaq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR