Eldar Həsənovun müxalifətlə əlaqələri araşdırıla bilər - "Dövlət çevrilişinə cəhd ittihamıyla suçlanması istisna deyil"

16 avqust, 2020 10:42

Səfir Eldar Həsənovun həbsi ilə bağlı müxtəlif ilginc iddialar var. Onun həbsinə səbəb kimi mənimsəmə, rüşvət alma ittihamları göstərilsə də, həbsin əsasən siyasi tərəfi müzakirə mövzusudur.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olmuş Eldar Həsənov 1993-cü ildə Daxili İşlər nazirinin birinci müavini, 1993-1995-ci illərdə baş prokurorun  birinci müavini, 1995-2000-ci illərdə isə baş prokuror olub. 2001-ci ildən isə ayrı-ayrı ölkələrdə səfir kimi fəaliyyət göstərib.

Göründüyü kimi, kifayət qədər ciddi fiqur olan Eldar Həsənovun maliyyə yeyintisinə görə həbsi ağlabatan görünmür. Əsas iddia isə onun dövlət çevrilişində, dövlətə xəyanətdə ittiham olunması ilə bağlıdır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da açıqlamasında Eldar Həsənovun həbsinin səbəbləri haqda maraqlı fikirlər səsləndirib.

“Eldar Həsənovun həbsindən bir müddət əvvəl mətbuatda onun dövlət çevrilişinə hazırlaşdığı, hakimiyyətdəki müəyyən qüvvələrlə hakimiyyətə gəlmək planları qurduğu yazılırdı. Bu məlumatlar təsadüfi deyildi. Bütün bu məlumatları üst-üstə qoyanda, mənzərə bundan ibarətdir ki, Eldar Həsənovun həbsi onun siyasi fəallığı ilə bağlıdır. Eldar Həsənov kimi bir fiqurun korrupsiyaya görə həbs olunması ağlabatan deyil. Uzun illər hakimiyyətdə ən önəmli postları tutub. Korrupsiya ittihamına qalsa, Azərbaycanda ondan qat-qat artıq korrupsionerlər hakimiyyətdə təmsil olunurlar və öz işləri ilə sakit-sakit məşğuldurlar”, – deyə Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, Eldar Həsənov müəyyən siyasi proseslərdə fəallıq göstərib və bu da hökumət üçün arzuolunmazdır: “Çünki onun kifayət qədər maliyyə imkanları, nüfuzu və regional elektoratı var. Siyasətə gələcəyi halda hakimiyyətə ciddi problemlər yarada bilərdi”.

Partiya sədri Eldar Həsənovun Azərbaycandakı müxalif partiyalarla əlaqələrinin olması haqda da danışıb. Bildirib ki, bu əlaqələr heç kimə sirr olmayıb. Amma Sərdar Cəlaloğlu deyir ki, Eldar Həsənovun həbsi onun müxalifətdəki əlaqələrinə sıçraya bilməz: “Lakin həbslər Eldar Həsənovun hakimiyyətdəki adamlarına sıçraya bilər. Bu əməliyyatın miqyası böyüyə bilər”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə açıqlamasında Eldar Həsənovun həbsini son dönəmlərin ən ciddi həbsi hesab etdiyini bildirib: “Çünki Eldar Həsənov çox ciddi fiqur idi. Onun kifayət qədər maliyyə imkanlarının, biznesinin olması heç kimə sirr deyil. Deyə bilərəm ki, onun dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməyə ehtiyacı yoxdur. İndi hər kəs burada həbsin elan olunan səbəbini yox, elan olunmayan tərəfini analiz etməyə çalışır”.

T.Abbaslı deyir ki, Eldar Həsənov həm müxalifətdə, həm də iqtidardakı qruplaşmalar ilə isti münasibətlərini qoruyub saxlayan maraqlı fiqur idi: “Düşünürəm ki, onun həbsi maliyyə məsələsi ilə bağlı deyildi. İstintaq gedir və onun başqa maddələrlə – dövlət çevrilişinə cəhd ittihamı ilə də suçlanması istisna deyil”.

Partiya sədri Eldar Həsənovun müxalifətlə əlaqələrini və onun həbsinin müxalifətə sıçraya bilmə ehtimallarını da şərh edib: “Hakimiyyət də Eldar Həsənovun müxalifətlə əlaqələrini bilir. Amma düşünmürəm ki, iqtidar Eldar Həsənovun həbsi üzərindən demarş edərək, müxalifətin üzərinə getsin. Onsuz da indi hakimiyyət daxilindəki vəziyyət o qədər də sabit deyil. Hakimiyyətdə təmsil olunan iri fiqurlar arasında ciddi rəqabət gedir. Belə vəziyyətdə hakimiyyətin bütün müxalifəti özünə qarşı daha aqressiv cəbhə halına gətirəcəyini düşünmürəm. Əskinə, hakimiyyət müxalifətlə yaxınlaşmaqda maraqlıdır və özünün elan etdiyi “5-ci kolon”u ifşa etmək üçün də bu münasibətdən istifadə etmək istəyir. Artıq AXCP-nin bir neçə funksioneri həbs olub. Onlara qarşı irəli sürülən ittihamın nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Amma istintaqın gedişatında bu həbsləri bir-biri ilə əlaqələndirə bilərlər. Məntiq tapa bilərlər ki, bu çevrilişə cəhd ittihamında həbs edilənlər qruplaşmanın müxalifət ayağı, Eldar Həsənov beynəlxalq ayağı, digərləri isə daxili ayağıdır. Belə bir qənaətə gələ bilərlər”.

Xatırladaq ki, Eldar Həsənov DTX tərəfindən həbs edilib. Sabiq səfir Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərini mənimsəməkdə, xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməkdə, rüşvət almaqda ittiham edilir.(musavat.com)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR