ABŞ Rusiyanı Qarabağ münaqişəsini alovlandırmaqda günahlandırdı: "Sülhməramlıların uzun müddət Dağlıq Qarabağda qalması..."

08 aprel, 2021 10:48

"Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək əvəzinə onu saxlamağa can ata bilər". 

Azsiyasət.com TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Vaşinqtonda yerləşən Türk İrsi QHT-nin ev sahibliyi etdiyi bir vebinarda çıxış edərkən bildirib. 

"Rusiya sülhməramlılarının uzun müddət Dağlıq Qarabağda qalması ilə əlaqədar Azərbaycan hakimiyyətinin narazılığının artacağını gözləyirəm",- deyə o qeyd edib.

Eyni zamanda, Kent Dağlıq Qarabağdakı mövcud vəziyyəti xarakterizə edərək Rusiyanı münaqişəni uzatmaqda günahlandırıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisindən sitat gətirən Kent "Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabr ayında dedi:

"Bu, 1998-ci ildə olduğumuz vəziyyətdir. Sonra Azərbaycan özünü 2008-ci ildə bizim olduğumuz vəziyyətdə tapacaq. Daha sonra da indi olduğumuz vəziyyətdə", - deyə qeyd edib.

"Bu, Rusiyanın Qarabağ problemini öz mənafeyi naminə necə manipulyasiya etməsinə, faktiki olaraq problemi həll etmək niyyətində olmamasına və Ermənistanla Azərbaycanın irəliləməsinə imkan verməməsinə dair kifayət qədər pessimist, lakin bəlkə də real qiymətləndirmədir",- deyə Kent əlavə edib.

Dövlət Departamentinin rəsmisi, ABŞ-ın Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını təqdir etdiyini bildirib: "Hamımız keçən noyabr ayında, Putin atəşkəs şərtlərini irəli sürdüyü zaman döyüşlərin dayandırılmasını alqışlayırıq".

Amerikalı diplomatın fikrincə, təhlükəsizlik baxımından böyük bir problem qalır. "Dağlıq Qarabağ münaqişəsinə necə yanaşmaq olar ki, bu, iki ölkənin son statusla bağlı yekun razılığa gəlməsinə imkan versin... Azərbaycan müharibədə qalib kimi qəbul edilə bilər. Lakin bu, böhranın həllinə gətirib çıxarmır. Necə ki, Ermənistan ilk müharibəni dörddə bir əsr əvvəl qazanmışdı",-deyə Kent qeyd edib.

"Başqa bir açıq sual Rusiyanın niyyətidir. Rusiya atəşkəs razılığına Minsk Qrupu həmsədrlərinin mexanizmi ilə deyil, birbaşa və üçtərəfli formatda nail olmaq qərarına gəldi", - ABŞ diplomatı hesab edir.

Kent Bakı və İrəvanın bu məsələdə maraqlı olduqları təqdirdə, ABŞ-ın Azərbaycan və Ermənistana münaqişənin həllində kömək etməyə hazır olduğunu vurğulayıb: "Ermənistan və Azərbaycan sülh yolu ilə nizamlamaya və Minsk Qrupu həmsədrləri prosesinin səlahiyyətlərindən istifadə etməyə nə dərəcədə sadiqdirsə, ABŞ iki ölkəyə irəliləyiş yolunu tapmağa kömək etməyə o qədər hazır olar".

Bundan əlavə, Kent bu prosesin potensial olaraq digər əlverişli imkanlar açacağını, o cümlədən Ermənistan və Türkiyə münasibətlərinin gələcəyində istiləşməsinə səbəb olacağını proqnozlaşdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR