Ətrafı həbs olunan nazirlərin azadlıq sirri - "Birincilərə toxunmurlar"

08 aprel, 2021 11:27

İstefaya göndərilən nazirlər və yüksək ranqlı məmurların komandası həbs edilir, özlərinə isə toxunulmur, istisna Səlim Müslümovdur; siyasilərin fikrincə, onlar yığdıqları sərvəti təhvil verməli olurlar və canlarını qurtarırlar, amma əlində kapital olanlar zərərsizləşdirilməlidir. 

Azərbaycanda 2018-ci ildən başlanan əsaslı kadr dəyişiklikləri hökumətin məmur vitrinində ciddi yeniliklərlə nəzərə çarpır. Hakimiyyətin yüksək pillələrində vəzifə tutan iri ranqlı məmurların, odioz fiqurların, korrupsiyaya bulaşmış və milyarderə çevrilmiş nazirlərin işindən azad olunması ilə onların yerlərini gənc, reputasiyası korlanmamış, adı maxinasiyalarda hallanmayan kadrlar tutdu.

Amma vəzifəsindən kənarlaşdırılan sabiq nazirlərlə, yüksək çinli məmurlarla hansı şəkildə haqq-hesab çəkilməsi ictimaiyyətə məlum olmasa da, faktiki onlar əməllərinə, mediada səslənən ittihamlara görə məsuliyyətə cəlb olunmadılar, mühakimə edilmədilər. Beləliklə, xirtdəyə qədər rüşvətə bulaşan, adı korrupsiyada, özbaşınalıqlarda çəkilən, vəzifədə olduğu dövrdə idarə etdiyi sahəni bərbad günə qoyanların əksəriyyəti azadlıqda gəzir, heç birinə cinayət işi açılmayıb.

Bu xüsusda istər sabiq nəqliyyat naziri Ziya Məmmədov, istər kənd təsərrüfatı naziri Heydər Əsədov, habelə sabiq müdafiə naziri Səfər Əbiyev, eks əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi şefi olmuş Eldar Mahmudov, o cümlədən xarici işlər naziri olmuş Elmar Məmmədyarov, uzun illər Bakı meriyasına rəhbərlik etmiş Hacıbala Abutalıbov, vergilər naziri çalışmış Fazil Məmmədov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və digərləri barəsində heç bir tədbir görülmədi. Adıçəkilən keçmiş məmurların çevrəsindəkilər istintaqa cəlb olundular, həbsə göndərilənləri oldu, kəsəsi, ikinci eşelonda yer alanlar ağır cəzalandırıldılar. Ən son presedenti BŞİH-in sabiq Aparat rəhbəri Rasim Quliyevin timsalında gördük.

Hələlik sabiq nazirlərdən Səlim Müslümovu istisna etmək olar ki, həbsdə saxlanır. İşdən çıxarılan nazirlər və digər yüksək rütbəli məmurlarla qanunların tələbinə görə necə davranılmalıdır? Onların istintaqa çağırılmaları, dindirilmələri olmalı deyilmi? Əllərində böyük kapital, rıçaqlar olan, illərlə işləyib dövlətin malını talayan, yağmalayan məmurlar belə boş və sərbət buraxılmalıdırlarmı? Əgər nazirin müavini, yaxud şöbə müdiri rüşvətlə həbs olunursa, onun əməllərindən zamanında rəhbərinin də xəbəri olmamış deyil, hətta onunla əlbirdir. Ancaq dəmir barmaqlıqlar arxasına gedən faktiki ikincilər, üçüncülər olur.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, nazirliklərdə, mərkəzi icra hakimiyyəti orqanlarında birinci şəxsin razılığı olmadan heç zaman ikinci rütbəli məmurlar hansısa özbaşınalığa yol verə bilməzlər. Partiya sədri hesab edir ki, buna görə də nazir-məmurlar hüquqi məsuliyyət daşımalıdırlar: “Azərbaycanda isə əks praktika formalaşıb, birincilərə toxunmurlar. Burada iki amil ola bilər ki, biz nəzərdən qaçırmamalıyıq.

Bir faktor ondan ibarətdir ki, hakimiyyət dairələri onlardan zamanında istifadə edib və onların qanunsuz hərəkətlərinə göz yumub, indi kimsə cavabdehlik daşımalıdır deyə ikinci səviyyədə olan məmurları həbs edirlər. Digər səbəb isə həmin işdən çıxarılan nazirlərin topladığı sərvətin müsadirə olunması və bölüşdürülməsidir. Prezidentin keçmiş köməkçisi Əli Həsənov etiraf etmişdi ki, onun və oğlunun əlində əmlakları, şirkətləri qalmayıb, hamısını təhvil verib. Bu açıqlamanın özü göstərir ki, onlar yığdıqları sərvəti verməli olurlar və canlarını qurtarırlar. Amma bütövlükdə bu, düzgün olmayan yanaşmadır".

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, Azərbaycan hakimiyyətində “məmur təmizlənməsi” prosesi elə bu hakimiyyətin özü ilə eyni vaxtdan başlayıb: 

“İlk dövrlərdə proses ”birincilər"in vurulub, sonra ətrafının təmizlənməsi kimi müşahidə olunurdu. Surət Hüseynov, Rəsul Quliyev, Əli İnsanov, Fərhad Əliyev kimilərinin timsalında bunun şahidi olmuşuq. Amma son vaxtlar əksini görürük. Eldar Mahmudov, Ziya Məmmədov, Səfər Əbiyev, Hacıbala Abutalıbov azadlıqda olub, hətta yüksək təqaüd aldıqları halda onlara bağlı şəxslər ya həbs edilib, ya da cəzalanıb. Fikrimcə, bunun əsas səbəbi oliqarxların zaman keçdikcə daha da güclənməsi və toxunulımaz hala gəlməsidir.

Etiraf olunmasa da ətrafı “vurulub”, özləri sərbəst qalan nazir-oliqarxlar iqtisadi imkanları, siyasi gücləri ilə təhlükəli hala gəlib çıxıblar. Onların bu şəkildə sərbəst qalmalarının əsas səbəblərindən biri budur. Yəni Eldar Mahmudov, Səfər Əbiyev kimi nazirlərə qandal vurulmasının cavabı kimi dövlətin harada zərbə görəcəyini bilmək olmaz. Bütün bunlarla yanaşı, həmin şəxslərin belə cəzasızlıq mühitində qalması həm cəmiyyət tərəfindən mənfi qarşılanır, həm də onların təhlükəlilik əmsalını saxlayır".

S.Əsədlinin sözlərinə görə, əlində böyük kapital, xarici siyasi əlaqələr və hakimiyyətin mətbəxinə dair sirlərə sahib olan, üstəlik, incik qalan oliqarxlar real qisas və təhlükə mənbəyidir: “Siyasi şərait və sonrakı kənar təsirlər hesablanaraq bu şəxslərin tam zərərsizləşdirilməsi üçün qəti addımlar atılmalıdır”.

Musavat.com

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi