Türkiyəyə getmək istəyən 500 min rusiyalıya stop qoyulub - "Moskva Ankara ilə hesablaşmalı olacaq"

14 aprel, 2021 14:31

Ötən həftə Ukryan prezidenti Vladmir Zelenskinin Türkiyəyə rəsmi səfəri, Ankarda onun yüksək səviyyədə qarşılanması və prezident Ərdoğanın Krım və Donbass problemi ilə bağlı Kiyevə birmənalı dəstək ifadə etməsi Kremldə qəzəb doğurub.

Moskva dərhal təzyiqlərə əl atıb. Əvvəlcə Rusiyadan bu ölkəyə aviareyslər 45 günlük dayandırılıb, ardınca may ayında Türkiyəyə dincəlməyə gedəcək 500 min rusiyalının çıxışına stop qoyulub. Yerli medianın yazdığına görə, ümumi dəyəri 423 mln. dollar olan turist paketləri ləğv olunub.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvanın narazılığını açıq-aşkar bəyan edib: “Kiyevdəki rejim ağılsız addımlar ata bilər ki, bunun da axırı pis qurtaracaq. Dərhal deyim ki, əlaqə qurduğumuz bütün məsul ölkələrə - Türkiyə də bunlardan biridir - Kiyevin döyüş ruhlu bəyanatlarını təhlil etməyi qətiyyətlə tövsiyə edirik və onları bu militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”.

Nazirin bəyanatının ardınca Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, iki ölkə arasındakı münasibətlər bir sıra sahələrdə inkişaf edir: "Bunlar təkcə turizm deyil, həm də siyasi, strateji və energetikada əməkdaşlıq məsələləridir. Bu ikitərəfli münasibətlərin dinamik inkişafını görürük. Hava əlaqələrinin dayandırılmasına siyasi səbəb axtarmaq cəhdləri əsassızdır”.

Rusiya və Türkiyə arasında gərginliyi Azpolitika.info-ya şərh edən poltoloq Elxan Şahinoğlu bildirib ki, Moskva Ukrayna və Türkiyə əməkdaşlığından narahatdır. Onun sözlərinə görə, prezident Zelenskinin Ankaraya səfəri Rusiya siyasi dairələrində narazılıq doğurub.

"Halbuki, anlamalıdırlar ki, bütün normal ölkələr kimi, Türkiyə də Ukraynın ərazi bütövlüyünü tanıyır, Krımı bu ölkənin ərazisi sayır" - deyə, politoloq vurğulayıb.

E.Şahinoğlu qeyd edir ki, Ərdoğan Zelenski ilə görüşdə Rusiya əlehinə bir ifadə işlətmədi: "Əksinə, dedi ki, Donbass probleminin danışıqlar yolu ilə həllinə tərəfdarıdır. Amma bu Rusiyanı qane etmir, Moskvada düşünürlər ki, böyük ölkələr Ukraynaya dəstək verməməli, onunla hərbi əlaqələr qurmamalıdırlar. Amma reallıqda vəziyyət tam fərqlidir. Bütün ölkələr Ukraynaya tam dəstəyini ifadə edir, Krımı bu ölkənin ərazisi hesab edirlər. Ruslar indi guya bu mövqeyə görə Türkiyəni cəzalandırılar. Rəsmi şəxslər əhaliyə çağırış edirlər ki, Türkiyəyə səfərlərə getməyin".

Şahinoğlu bu cür qasdağaların gülüş doğurduğunu vurğulayıb: "Gülməlidir, Krımı işğal edəndə deyirdilər ki, rusların daha Türkiyəyə ehtiyacı olmayacaq, gedib elə Krımda dincələcəklər. Bəs nə oldu? Krım dəniz sahillərində cənnət kimi bir yerdir. Bəs niyə ruslar getmir Krıma? Çünki sərf eləmir, servis yoxdur. Rus və yerli şirkətləri aşağı səviyyəli xidmətlər təklif edirlər. Ona görə də ruslar ucuz və keyfiyyətli olan Türkiyə istirahət məkanlarına getməyi üstün tuturlar. Məncə bu müvəqqəti haldır ki, insanları Türkiyəyə getməməyə məcbur etsinlər. Ruslar Türkiyəyə getməyi, dincələmyi xoşlayırlar və buna davam edəcəklər".

O ki qaldı, Krım və Donbass məsələsinə, poltoloq Türkiyənin Ukraynanın ərazi bütövlüyünü və onun NATO üzvü olmasını dəstəklədiyini xatırladıb: "Ərdoğan bəyan edib ki, avqusutun 23-də Krımla bağlı keçiriləcək beynəlxalq konfransa qatılacaq. Türkiyə böyük ölkədir, bütün daşları bir zəmbilə yığmır. Rusiya ilə tərfdaş olması o anlama gəmir ki, Ukrayna ilə əlaqələrdən çəkinəcək, qorxacaq. Əslində Rusiya Türkiyənin bu addımları ilə hesablaşmaq məcburiyyətindədir".

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR