Rusiya Krıma nüvə silahı yerləşdirir? - Ukraynanın müdafiə naziri detalları açıqlayır
15 aprel, 2021 01:27

Ukraynanın müdafiə naziri Andrey Taran Avropa Parlamentində çıxışı zamanı Rusiyanın Krımda nüvə silahı yerləşdirmək niyyətində olduğunu deyib.
Azsiyasət.com “RİA Novbosti”yə istinadən xəbər verir ki, Taran bunu sübut edəcək dəlillər ortaya qoya bilməsə də, iddialarını belə səsləndirib:
“Krımın infrastrukturu potensial nüvə silahlarının yerləşdirilməsi üçün hazırlanır... Yarımadada nüvə silahlarının olması hərbi-siyasi və hüquqi xarakterli problemlər yaradacaq. Rusiya Ukraynanın milli təhlükəsizliyinə də təhlükə yaradır”.
Taran Ukraynaya göstərdikləri dəstəyə görə Avropa dövlətlərinə təşəkkürünü bildirib. O, ölkəsinin Rusiya sərhədçilərinin Ukrayna sərhədləri yaxınlığındakı hərəkətliliyindən narahatlığını da vurğulayıb.