ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq...  - Rusiya mətbuatı

17 aprel, 2021 00:10

Azərbaycanın Qarabağ müharibəsində Ermənistanı darmadağın etməsini bir çox ekspertlər həm də bölgədə bəzi böyük ölkələrin təsir imkanlarının artması kimi qiymətləndirir. Hamıdan əvvəl Rusiyanın adı çəkilir. Hər halda, Rusiya "sülhməramlı"larının Qarabağda yerləşdirilməsi Kreml üçün çox əhəmiyyətlidir. İkinci dövlət kimi Türkiyə fərqləndirilir. Azərbaycana açıq dəstək nümayiş etdirən Ankara həm də Qafqazda söz sahibi olduğunu ortaya qoydu.

Azsiyasət.com xəbər verir ki, Rusiyanın “Pravda” nəşri Qarabağda nüfuz mübarizəsindən bəhs edən yazı hazırlayıb. Yazıda ABŞ və Türkiyənin Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyindən danışılıb.

Məqalə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyadan “İsgəndər-M” raketləri barədə hesabat tələb etməsiylə başlayıb: Dövlət başçısı bilmək istəyir ki, həmin raketlər Ermənistan ordusunun əlinə necə düşüb.

“Pravda” yazır ki, “İsgəndər-M” təkcə Rusiya ərazisində istifadə olunur. Nəşr diqqəti İlham Əliyevin açıqlamasıyla yanaşı, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Corc Kentin fikirlərinə yer verib. Amerikalı diplomat rəsmi Bakının zaman-zaman narazılıq ifadə edəcəyini bildirib. Kent Azərbaycanın Gürcüstanın 2008-ci ildəki taleyini yaşaya biləcəyinə eyham vurub.

ABŞ dövlət katibinin köməkçisi başqa maraqlı ifadələr də işlədib. Kent Qarabağ münaqişəsinin Rusiya üçün manipulyasiya predmeti olduğunu deyib. Amerikalı hökumət nümayəndəsi Rusiya "sülhməramlı"larının bölgədə daha çox qalmasının Azərbaycanı yalnız qıcıqlandıracağını düşünür.

“Pravda” diqqəti bizim ölkədə "sülhməramlı"lara görə narazıların sayının çoxluğuna çəkib. Nəşr hesab edir ki, Moskva zamanla Bakı ilə hesablaşmalı olacaq. Əks halda Azərbaycan "sülhməramlı"ların Qarabağda qalma müddətini azalda bilər.

“Ermənistanda hakimiyyətə radikallar gəlsə, razılaşma ilə hesablaşmaya bilərlər. Buna görə də Moskva maksimum çalışacaq ki, Paşinyan hakimiyyətdə qalsın və legitim seçkilər keçirsin. Hərçənd, Ermənistan xalqı emosionaldır və problemlərini küçədə həll etmək istəmələri mümkündür”.

“Pravda” hesab edir ki, Türkiyənin bölgədə fəallaşması ABŞ-ın ürəyincədir. Çünki Rusiyanın burada təsir imkanlarını azaltmağın effektli yollarından biri də Ankaranın ortaya güc qoyması ola bilər.

Bizimyolinfo

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...