"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandakı statusu qeyri-müəyyəndir" - Politoloq

21 aprel, 2021 14:35

Rusiya sülhməramlı qüvvələri Qarabağda İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etməyə hazırlaşırlar.

Hətta Rusiya Müdafiə Nazirliyi bildirib ki, sülhməramlı qüvvələr artıq Xocalı hava limanında ilk məşqlərini keçiriblər. Məşqlərdə təxminən 400 hərbçinin iştirak etdiyi bildirilir.

Qurumdan qeyd olunub ki, paradda hərbi polis, xüsusi təyinatlı tibb hissəsi, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri iştirak edəcəklər.

Bəs, görəsən, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində parad keçirməyə səlahiyyətləri varmı?

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələlik heç bir açıqlama verməsə də bəzi ekspertlər paradı Rusiyanın regionda üstün olan mövqeni nümayiş etdirmək niyyətilə keçirdiyini deyirlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı turan.az-a bildirib ki, hər il Azərbaycan faşizm üzərində qələbə gününü qeyd edir:

«Biz onu təqvimdən silməmişik və tariximizin bir parçası kimi özümüz burada qeyd edirik. Çünki Azərbaycan faiz hesabıyla II Dünya Müharibəsində Belarusdan sonra ən çox insan itirən respublikalardan biridir. Qafqazdan başlayaraq Avropanın ortasına kimi, Azərbaycana aidiyyatı olmayan torpaqlarda qardaşlıq qəbiristanlıqlarında Azərbaycanın on minlərlə igidinin məzarı var. Ona görə də faşizm üzərində qələbə həm də bizim bayramımızdır».

Deputat qeyd edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağa gəliblərsə, onlar orada sülh yaratmaq niyyətilə gəliblər, parad keçirmək niyyətilə yox:

«Rusiya sülhməramlıları bilirlər ki, onların atdıqları hər bir lazımsız addım onlara qarşı etimadsızlıq yaradır və Azərbaycanda qıcıq doğurur. Ona görə də onların bu hərəkəti qəbuledilməzdir».

Komitə üzvü vurğulayıb ki, Rusiyada Azərbaycanla Ermənistanın arasında yaranmış bu müvəqqəti anlaşmanı pozmaq istəyən qüvvələr çoxdur: «Vladimir Putinin öz ətrafında Rusiya rəhbərliyində erməniləri müdafiə edən, bəzilərinin isə əsli erməni olan şəxslər var. Onlar Putindən fərqli olaraq münaqişənin taleyini başqa cür görmək istəyirlər və Azərbaycanı qıcıqlandırmaq, müvəqqəti anlaşmanı pozmaq üçün bütün addımları atırlar. Rusiya mətbuatı antiazərbaycan yazılarla, çıxışlarla doludur».

Sabir Rüstəmxanlı bildirib ki, Rusiya ordusu Rusiya dövlətinin qərarı ilə Qarabağa gəlib və dövlət siyasətini nümayiş etdirməlidilər.

Politoloq Şahin Cəfərli isə bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandakı statusu qeyri-müəyyəndir: «Biz bilirik ki, bu sülhməramlı qüvvələr 10 noyabr 2020-ci il tarixli bəyanat əsasında Qarabağa, yəni Azərbaycan ərazisinə daxil olublar. Bu bəyanatın nə dərəcədə hüquqi qüvvəyə malik olması, nə dərəcədə Azərbaycan Konstitusiyasına uyğun olması məsələsi mübahisəlidir. Yəni, adi üçtərəfli bəyanatla xarici dövlətin ordusunun ölkə ərazisinə daxil olması adi məntiqə belə uyğun deyil».

Ekspert qeyd edib ki, əsas problem budur və digər məsələlər də buradan qaynaqlanır. Hərbi paradın keçirilməsi də. “Əslində mən sırf bu hərbi paradın keçirilməsini ciddi problem hesab etmirəm. Ona görə ki, Rusiya ordusunun olduğu hər yerdə onun hərbi hissələri 9 may bayramını həmişə təntənəli şəkildə qeyd edir. O baxımdan əgər Rusiya ordusu burada varsa, təbii ki, onlar bu bayramı qeyd edəcəklər», - ekspert deyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR