Rusiyanın təxribatlarını dayandırmaq üçün... - VİDEO

23 aprel, 2021 10:14

Rusiya sülhməramlı qüvvələri Qarabağda İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etməyə hazırlaşırlar.

Hətta Rusiya Müdafiə Nazirliyi bildirib ki, sülhməramlı qüvvələr artıq Xocalı hava limanında ilk məşqlərini keçiriblər. Məşqlərdə təxminən 400 hərbçinin iştirak etdiyi bildirilir.

Aprelin 20-də prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində strateji tərəfdaşlıq məsələsindən danışarkən Moskvadan “İsgəndər-M” raketi ilə bağlı suala konkret cavab ala bilmədiyini bildirib, münasibətlərin səmimi olmamasına eyham vurub.

“İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın sülhməramlı adı ilə Qarabağ bölgəsinə gəlməsindən cəmi 5 aydan bir az çox vaxt keçsə də Azərbaycana qarşı təxribatlar artıb. Əgər bunun qarşısı  alınmasa təxribatarın sayı daha da artacaq. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunu Turanın “Çətin Sual” proqramının 2021-ci il aprelin 22-də  “Xankəndidə rus paradı, İlham Əliyevin “İsgəndər” mesajı” mövzusuna dair şərhində bildirib.

O, deyir ki, Rusiya sülhməramlı adı ilə bölgəyə gəldikdən sonra Laçın dəhlizi nəzarətsiz qalıb, mayın 9-da isə Qarabağin ermənilər məskunlaşan hissəsində isə 9 may paradına hazırlaşır: “Bu əslində Azərbaycana və dünyaya mesajdır ki, Qarabağın bu hissəsi Rusiyanın nəzarətindədir. Bu təhlükədir və birbaşa Rusiyadan Azərbaycana olan təhlükədir. Eyni zamanda bu həm də Rusiyanın hansısa məsələlərdə Azərbaycanla razılaşmamasını nümayiş  etdirməsidir” - deyə, E.Şahinoğlu  bildirir.

Onun fikrincə , artıq gərginlik Azərbaycanla Ermənistan arasında yox, həm də Azərbaycanla Rusiya arasında artır, atəşkəs intensiv pozulur, bu geniş hərbi əməliyyatalara olmasa da lokal toqquşmalara səbəb ola bilər” - deyə, E.Şahinoğlu məsələnin perspektivinə toxunur.

Mərkəz rəhbərinə görə bu gərginliyin artmasına səbəb olan bir neçə amil var.  Birincisi,  Rusiya Azərbaycanın Ermənistan üzərindəki qələbəsini həzm edə bilmir, ona görə təxribatlara əl atır. Faktiki olaraq bu qələbə ilə Azərbaycan Rusiyanın seprataçı bölgələr yaratmaq və onları idarə etməklə faktiki ölkələri buxovda saxlamaq siyasəti çərçivəsindən kənara çıxıb. Onun deməsinə görə bu Rusiyada Azərbaycana qarşı qıcıq yaradıb.

E.Şahinoğluna görə, Rusiyada Azərbaycana qıcıq yaradan daha bir səbəb Türkiyə-Azərbaycan hərbi ittifaqının gerçəyə dönməsidir. Türkiyə artıq bölgədə mövcuddur, bu isə Rusiyanı ciddi narahat edir. 

Üşüncü səbəb isə İkinci Qarabağ müharibəsi getdiyi günlərdə və başa çatdıqdan sonra Azərbaycanda Rusiyaya bağlı siyasi-hərbi fiqurların neytrallaşdırılmasıdır. Mərkəz rəhbərinə görə, Rusiya dostu olmayan dövlətdir, bu dövlətin ya düşməni, ya da nökərləri olur və hansısa dövlətlə bərabər davarnmaq niyyəti olmur: “Azərbaycan Rusiyaya dşümən olmaq istəmir, amma kimsə də nökər olmaq niyyəti yoxdur. Buna görə də Rusiya Azərbaycana təzyiqləri artırır, təhlükə yaradır” - deyə ,E.Şahinoğlu bildirir.     

Mərkəz rəhbəri hesab edir ki, artan təzyiq Azərbaycanı bölgədə növbəti antiterror əməliyyatları aparmağa vadar edir.

Rusiyanın Qarabağda hərbi parad keçirməsinə gəlincə, E.Şahinoğlu deyir ki, Azərbaycan XİN bununla bağlı RF səfirini dəvət etməli, Azərbaycan tərəfin mövqeyini qarşı tərəfə çatdırmalıdır. Onun fikrincə. Azərbaycan tərəf elə etməlidir ki, Rusiya bu təzyiqi üzərində hiss etsin. Mərkəz rəhbəri hesab edir ki. Rusiyadan çəkinməklə təhlükə azalmayacaq: “Əgər cəmi 5 ay ərzində Rusiya bu qədər təxribata əl atıbsa, qalan 5 il ərzində əl atacğı təxriabtları təxmin etmək olar”, deyə mərkəz rəhbəri bildirib.

 Son vaxtlar Türkiyə-Ukrayna, Azərbaycan-Ukrayna müansibətlərinin bu təxribatarın artmasına səbəb ola bilməsinə gəlincə E.Şahinoğlu bu ehtimalı əsassız saymayıb.

Şuşaya atılmış “İsəndər –M” raketinə gəlincə mərkəz rəhbəri hesab edir ki, Rusiya bu məsələyə birmənalı aydınlıq gətirməlidir və bunun necə baş verdiyinə cavab verməlidir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması məsələsinə gəlincə, E.Şahinoğlu hesab edir ki, Rusiya bunada maraqlı deyil. Onun fikrincə, Rusiya sülh sazişi imzalanması ilə bölgədə təsirini itirəcək: “Ona görə də, münaqişəni o dərəcədə həll etmək istəyir ki, tərəflər üzərində və bölgədə təsirini saxlamış olsun”.           

Mərkəz rəhbərinə görə, Rusiyanın Qarabağda artan təxribatlarını dayandırmaq üçün çıxış yolu Türkiyənin Qarabağda hərbi gücünü artırması, Şuşada türk hərbi qarnizonun yerləşdirilməsi, Şuşanın təhlükəsizliyinin təmin edilməsindədir.

Onun fikrincə, Rusiya bunu istəmirsə o zaman, hərbi qüvəvlərini bölgədən çıxarmalıdır və bunun başqa yolu yoxdir.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR