SOCAR Rusiyada müflis durumda olan zavoddakı payından niyə imtina etdi? - "Sberbank"la ortaqlıq pozuldu

23 aprel, 2021 12:32

Azərbaycanın dövlət neft şirkəti SOCAR Rusiyada Antipinsk Neftayırma Zavodunun səhmlərinindən imtina edib. 

“Kommersant” xəbər verir ki, şirkət bu qərarı zavodun əmlakının  müflisləşmə proseduru çərçivəsində satışı üçün keçiriləcək hərrac ərəfəsində verib. Bu haqda zavodun əsas kreditoru “Sberbank” bildirir. Məlumatda deyilir ki, SOCAR zavoda investisiya qoymaq planlarından imtina edib, bunu özünün “dəyişən investisiya strategiyası” ilə əsaslandırıb.

Azərbaycan şirkətinin zavoddakı payı 10 faizdən bir qədər az idi. SOCAR müflis durumda olan və borcları 2 milyard dolları keçən Antipinsk neftayırma zavodunun səhmlərinin alınmasına dair iki il əvvəl sövdələşmə əldə etmişdi. Əvvəlcə şirkətin zavodun bütün səhm paketini aldığı açıqlanmışdı, daha sonra SOCAR-ın payının 10 faizdən az olduğu bildirilmişdi. Azərbaycan şirkətinin Rusiyada müflis durumda olan aktivə yatırım qoyması ekspert cameəsində suallar yaratmışdı.

İndi SOCAR-ın zavoddakı payını kimin aldığı məlum deyil. Qəzet öz mənbələrinə istinadən bildirir ki, həmin səhm paketinin alıcısı “Litasco” şirkətinin direktorlar şurasının rəhbəri Valeri Subbotin ola bilər. Subbotin artıq zavodun iri səhmdarıdır.

“Antipinsk Neftayırma Zavodu” Səhmdar Cəmiyyətinə Rusiyanın ən iri özəl neftayırma zavodlarından biri və Orenburq vilayətində ehtiyatları 45 milyon tona çatan üç  neft yatağı daxildir. “Sberbank” zavodun əsas kreditorudur və onun müflisləşməsi prosesinə nəzarət edir. Bank zavodun səhmlərinin 32 faizinin sahibidir.

Dövlət neft şirkəti SOCAR-ın həmin zavoddakı payı 10 faizdən bir qədər aşağı olsa da əslində hazırda Antipinsk NEZ-in səhm bölgüsü aşağıdakı şəkildədir: zavodun səhmlərinin 80 faizi Rusiyada təsis edilmiş, SOCAR-la "Sberbank"ın birgə müəssisəsi “SOCAR energeresurs” şirkətinə (SOCAR məhz bu şirkətin 10 faizinin sahibi idi) məxsusdur. Həmin pay 2019-cu ilin mayında keçmiş sahibi Dmitri Mazurovdan (hazırda həbsdədir) və Vladimir Kalaşnikovdan əsas kreditora-“Sberbank”a keçib. Daha sonra “SOCAR energeresurs”a verilib. “Sberbank” hazırda “SOCAR energeresurs”da cəmi 40 faiz paya malikdir. Şirkətin qalan 60 faizinin sahibi “SOCAR Russia İnvestments” adlı şirkətə məxsusdur. Həmin şirkətin isə 80 faizi Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Nitron İnvestments Ltd” adlı offşor şirkətə məxsusdur, qalan 20 faizi “SOCAR Rus” adlı başqa şirkətindir.

“Kommersant”ın mənbələri “Lukoil” şirkətinin keçmiş vitse-prezidenti, “Lukoil”un  İsveçrədə yerləşən neft-treyder şirkəti “Litasco”nun direktorlar şurasının rəhbəri Valeri Subbotinin “Antipinsk NEZ”in iri səhmdarı olduğunu bildirirlər.

Belə ki, cənab Subbotinin “Nitron İnvestments Ltd” şirkətinin əsas benefisiarı və zavodun qalan 20 faiz səhminə (“SOCAR energeresurs”un payını çıxmaqla) malik olan, yenə də Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Maslior” adlı şirkətin benefisiarı olduğu deyilir. Zavodun minoritar səhmdarları arasında azərbaycanlı biznesmen İlham Rəhimov da yer alır.

“SOCAR energeresurs” hazırda neftayırma zavodunda kreditorun sifarişi ilə emal əməliyyatlarını həyata keçriir. Zavod 2019-cu ildə özünü müflis elan edib və əmlakının hərraca çıxarılmasına hazırlıq gedir.

“Kommersant”ın mənbələri deyirlər ki, SOCAR-ın payını Valeri Subbotin alıb və o, zavodun əmlakının qarşıdakı hərracında əsas iddiaçı olacaq. “Fitch” agentliyindən Dmitri Marniçenko deyir ki, SOCAR-ın aktivləri əsasən Azərbaycan və Türkiyədə cəmləşib, onun Rusiyada iş təcrübəsi yoxdur. Üstəlik Rusiyada neft emalı sektorunun cəlbediciliyi sual doğurur. SOCAR-ın iki il əvvəl iri neftayırma zavodu (“Star”) açdığı Türkiyədə isə rentabellik daha yuxarıdır. Analitik onu da istisna etmir ki, SOCAR-ın sövdələşmədən çıxmasının siyasi səbəbləri də ola bilər.

Məsələ ilə bağlı SOCAR da rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki,  SOCAR “Antipinski” neft emalı zavodu və zavodun törəmə şirkəti olan NKNP MMC-yə məxsus yataqların idarə olunması üzrə layihədə iştirakını uğurla başa vuraraq, “Sberbank” Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsi olan “SOCAR Enerqoresurs” MMC-nin kapitalından çıxır. Bildirilir ki, SOCAR “Antipinski NEZ” Səhmdar Cəmiyyətinə məxsus mülkiyyətin iflas proseduru çərçivəsində onun satışında iştirak etməmək qərarına gəlib, çünki zavodun satın alınması SOCAR-ın cari strategiyasına daxil deyil. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, “Sberbank” ilə tərəfdaşlığımız çərçivəsində belə bir mürəkkəb aktivlə işləmək şirkət üçün böyük məsuliyyət yaradırdı:

“Biz bütün təcrübəmizi, biliklərimizi və səriştəmizi ortaya qoyduq və Rusiya ərazisində federal miqyaslı böyük istehsalatla işləmək sahəsində dəyərli təcrübə qazandıq. Göstərilən etimada və səmimi tərəfdaşlığa görə “Sberbank”a təşəkkürümüzü bildiririk. Ümid edirik ki, qarşıda bizi əməkdaşlığımızın yeni üfüqləri gözləyir”.

“Sberbank” SOCAR-ın “Antipinski NEZ” və NKNP yataqlarının səhmdarı olan “SOCAR Enerqoresurs” şirkətinin effektiv idarəçiliyində əvəzsiz rol oynadığını qeyd edir və SOCAR-a minnətdarlığını bildirir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, “Sberbank” ilə tərəfdaşlığımız çərçivəsində belə bir mürəkkəb aktivlə işləmək şirkət üçün böyük məsuliyyət yaradırdı:

“Biz bütün təcrübəmizi, biliklərimizi və səriştəmizi ortaya qoyduq və Rusiya ərazisində federal miqyaslı böyük istehsalatla işləmək sahəsində dəyərli təcrübə qazandıq. Göstərilən etimada və səmimi tərəfdaşlığa görə “Sberbank”a təşəkkürümüzü bildiririk. Ümid edirik ki, qarşıda bizi əməkdaşlığımızın yeni üfüqləri gözləyir”.

“Sberbank” SOCAR-ın “Antipinski NEZ” və NKNP yataqlarının səhmdarı olan “SOCAR Enerqoresurs” şirkətinin effektiv idarəçiliyində əvəzsiz rol oynadığını qeyd edir və SOCAR-a minnətdarlığını bildirir.

“Sberbank”ın prezidenti və idarə heyətinin sədri German Qref deyib: “Tərəfdaşlarımızın səyləri sayəsində “Аntipinsk NEZ” Səhmdar Cəmiyyəti iflasın ilkin mərhələsindən başlayaraq öz həyat yolunun çətin bir mərhələsini geridə qoydu, prosessinq mexanizmindən istifadə edərək effektiv fəaliyyətini davam etdirməyə müvəffəq oldu. Əməkaşlığımız müddətində SOCAR özünü etibarlı, peşəkar və məsuliyyətli bir tərəfdaş kimi göstərdi. Ümidvarıq ki, bizim səmimi qarşılıqlı münasibətlərimiz başqa layihələrdə davam etdiriləcək”.

SOCAR, Antipinski NEZ-in aktivlərinin idarə olunması üzrə uğurlu təcrübəsini nəzərə alaraq, gələcəkdə, zavodun aktivlərinin satış proseduru başa çatdıqdan sonra qarşılıqlı fayda kəsb edən yeni kommersiya sazişləri bağlandığı təqdirdə müəssisənin əməliyyat idarəçiliyinə yardım etməyə hazır olduğunu bildirir.

Virtualaz.org

 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR