"Məsələ ciddidir, Rusiyanın təzyiqləri daha da artacaq" - Oqtay Qasımovla MÜSAHİBƏ

24 aprel, 2021 10:05

Oqtay Qasımov: “”İskəndər-M”-in Azərbaycan ərazisinə atılması Rusiyanın birbaşa iştirakı ilə baş verib”

“Rusiyaya qarşı dayanmağın ən vacib və əhəmiyyətli yolu Türkiyə ilə münasibətlərin dərinləşdirilməsidir”

Azərbaycan-Rusiya münasibətləri normal axarı ilə davam edirmiş kimi görünsə də, bağlı qapılar arxasında gərginliyin olması özünü büruzə verməkdədir. Bunu Azərbaycan dövlət başçısının son çıxışı da ortaya qoymuş oldu.

Azərbaycan tərəfi Qarabağda sülhməramlı kontingentə sahib dövlət kimi Rusiyanın daha səmimi və əməkdaşlıq ruhuna uyğun şəkildə davranmasını istəyir və bunu Moskvadan tələb edir. Rusiya isə bu normal istəklərin əksinə olaraq Azərbaycana təzyiq göstərmək, öz maraqlarını və şərtlərini diqtə etmək yoluna üstünlük verir.

Azsiyasət.com xəbər verir ki, Azpolitika.info Azərbaycan-Rusiya münasibətlərində yaranmış hazırkı durumu siyasi şərhçi Oqtay Qasımovla müzakirə edib:

- Oqtay bəy, Azərbaycan Prezidenti İlham Əliyev dövlət televiziyasına müsahibəsində “İskəndər- M” raketləri ilə əlaqədar Rusiya Müdafiə Nazirliyinin cavab məktubunu tənqid edib, ölkəmizin bu raketlərin Ermənistanın əlinə necə keçməsinin səbəbini bilmək istədiyini açıqlayıb. Sizcə, hazırda Bakı ilə Moskva arasında nə baş verir?

- Prezidentin dediyi kimi, əslində bütün məlumatlar Azərbaycan tərəfində var. 2018-ci ildə, Paşinyanın Moskvaya səfəri ərəfəsində “Kommersant” qəzetində bu raketlərin 2016-cı ildə Ermənistana necə verilməsi barədə məqalə dərc edilib. Məqalədə bu sövdələşmənin Rusiyanın qoşulduğu beynəlxalq konvensiya və müqavilələrə zidd olduğu qeyd olunub. Çünki heç bir halda “İskəndər-M” raketləri Rusiya Silahlı Qüvvələrinin arsenalından kənar ölkə ordularına verilə və ya satıla bilməz. Çünki bu raketlər operativ-taktiki və uzun mənzilli silah sayılır. Bu baxımdan həmin silahın satışı və ya Ermənistana ötürülməsinə dair məsələ ciddidir və faktiki olaraq beynəlxalq skandaldır. Əslində, prezident Rusiyanın 10 noyabr sazişindən sonrakı fəaliyyətindən və fikrimcə, sülhməramlıların Qarabağdakı davranışından, özfəaliyyətindən narahatlığını buna qədər də ifadə edib. Xatırladım ki, hökumətin yanvar 11-də keçirilən toplantısı zamanı ölkə başçısı bu məsələlərə toxunub və sülhməramlıların konkret missiyasının nədən ibarət olduğunu söyləyib.

Digər məqam məncə, Rusiyanın Dağlıq Qarabağın statusu və digər məsələlərlə bağlı Azərbaycana təzyiq etmək məqsədilə Minsk Qrupu formatını ortaya atması və onu canlandırmaq cəhdləri ilə bağlı fəaliyyətidir.

Narahatlıq yaradan başqa bir məsələ 10 noyabr razılaşmasının 4-cü maddəsilə əlaqədar ola bilər. Həmin maddədə qeyd edilib ki, Rusiya sülhməramlıları bölgəyə Ermənistan ordusunun ərazidən çıxarılması ilə paralel olaraq yerləşdirilir. Amma bu günə qədər Qarabağın Azərbaycanın nəzarətində olmayan hissələrində Ermənistan silahlı birləşmələrinin çıxarılmasına dair işartı və fakt yoxdur. Rusiya tərəfi də bu istiqamətdə tədbirlər görməyə tələsmir. Rus sülhməramlılarına sığınan həm Qarabağdakı, həm də Ermənistandakı müəyyən qüvvələr yeni savaş və Azərbaycana qarşı nifrət açıqlamaları ilə çıxış edir. Bu, xüsusilə, Qarabağdakı terrorçu Vitali Balasanyanın timsalında daha aydın görünür. Məncə, əsas problemlər bunlardır.

Həm də Rusiya Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyinə göndərdiyi cavab əslində etinasız, sayğısız yanaşmanın nümayişi və ikitərəfli qarşılıqlı əməkdaşlıq ruhuna cavab verməyən addımdır. Eyni zamanda, Azərbaycanın dövlət kimi maraqlarına zidd olmaqla bərabər, həm də ona qarşı hörmətsizlikdir.

Bu baxımdan prezident həm “İskəndər-M” raket sisteminin Ermənistanın əlinə keçməsi, həm də Rusiyanın bu cavabı ilə bağlı narazılığını açıq şəkildə ifadə etdi. Rusiyanın bu cavabı heç bir məntiqə sığmır. Çünki, həmin raket kompleksi döyüş əməliyyatları zamanı istifadə edildiyi anda hava hücumundan müdafiə sistemləri tərəfindən qeydə alınır. Həm döyüş əməliyyatlarının getdiyi region, həm də operativ-taktiki raketləri izləyən digər dövlətlərin hər birində “İsgəndər M”in haradan atıldığı, hansı trayektoriya ilə hərəkət etdiyinə dair dəqiq məlumatlar var.

O cümlədən raket Azərbaycan ərazisinə atıldığı zaman bizim Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən bu hadisə qeydə alınıb. Azərbaycan kosmik peykə malik olduğu üçün həmin peyklər, eləcə də Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli elektron cihazlar tərəfindən “İskəndər-M”-in atıldığı nöqtə, onun sürəti, hərəkət istiqaməti və düşdüyü yer dəqiq müəyyən edilib. İndiki halda Azərbaycan tərəfinin Rusiyadan istədiyi onun daha şəffaf, səmimi və korrekt olmasıdır. Təəssüflər olsun ki, biz hələlik Rusiya tərəfdən bunu görmürük. Əksinə, Rusiya mətbuatında həm Azərbaycana, həm də Türkiyəyə qarşı gedən iftira dolu yazıları müşahidə edirik. Prezident son çıxışı zamanı həm də bunlara toxundu.

- Azərbaycanın Rusiyadan konkret tələbi var. Biz, bu raketlərin Ermənistanın əlinə necə keçməsi sualına cavab istəyirik. Rusiya nə vaxtsa bizə dolğun cavab verəcəkmi, yoxsa bu, siyasi oyunun tərkib hissəsinə çevriləcək?

- Normalda Rusiyanın 1990-cı illərdə qoşulduğu beynəlxalq müqavilələr onun həmin model raketləri başqa ölkələrə satmasını qadağan edir. Əgər satıbsa, bu, beynəlxalq skandaldır. Yox, sadəcə, Azərbaycanla balans yaradılması üçün Ermənistana pulsuz verilibsə, bu, daha böyük sakandaldır. Baş verən bu faktı Rusiya açıq şəkildə olmasa da, diplomatik kanallar vasitəsilə Azərbaycanla bölüşə və məsələni qaydaya qoya bilərdi. Lakin biz bunu da görmürük.

Şəxsən mən Rusiyanın bu davranışlarından təəccüblənmirəm. Tarixən Rusiya hər zaman Ermənistanı silahlandırıb və müdafiə edib.

Əlbəttə, münaqişənin köklərinə qayıtmaq istəməzdim, amma bir məsələni yada salım. Rusiya prezidenti noyabrda atəşkəs əldə edildikdən sonra ilk geniş açıqlamasında jurnalistin Ermənistana dəstəklə bağlı sualına cavabında açıq şəkildə “sizi əmin edirəm ki, biz bu savaş dövrü əlimizdən gələn hər şeyi etdik ki, hərbi balans yaradaq ifadəsini işlətdi. Bu müsahibənin ardınca Ermənistanın keçmiş Baş Qərargah rəisi keçirdiyi mətbuat konfransında dedi ki, Rusiya müharibə zamanı onlara hər cür yardım edib, hətta Ermənistanın təsəvvür etmədiyi silahları verib. Bunlar əslində. dolayısı yolla raketlərin verilməsinin təsdiqidir.

2018-ci ildə “Kommersant” qəzetində hərbi mənbələrə istinadla yazılan məqalə isə “İskəndər-M” raketlərinin Ermənistana verilməsinin daha bir isbatıdır. Sadəcə olaraq Azərbaycan Rusiya tərəfindən neqativ halların qarşısını almaq üçün məsələni gündəmə gətirir və ondan sülhməramlı missiyaya rəhbərlik edən ölkə olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməsini istəyir.

- Prezident çıxışı zamanı qeyd etdi ki, sülhməramlı missiya Azərbaycanın razılığı ilə Xankəndi və digər ərazilərimizə gəlib və bu yeni əməkdaşlıq formatı iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyə xidmət edəcək, amma Şuşada “İskəndər-M” raketinin qalıqlarının tapılması təəssüf və təəccüb hissi yaradır. Sanki prezident sülhməramlılarla bağlı da hansısa mesaj verdi. Sizcə, dövlət başçısı bununla Rusiyaya nəyi çatdırmaq və ya xatırlatmaq istəyib?

- Hesab edirəm ki, sülhməramlılara vurğu ona görə edilir ki, sülhməramlı missiya 10 noyabr anlaşmasında üzərinə düşən vəzifələri doğru-dürüst yerinə yetirmir. Yəni sülhməramlıların oradakı fəaliyyət birtərəfli xarakter daşıyır. Bu, daha çox Dağlıq Qarabağda yaşayan etnik ermənilərin qorunması və himayə edilməsi istiqamətində olan fəaliyyətdir. Əgər sülhməramlı qüvvələr bölgəyə yerləşibsə, onlar iki tərəf arasında konfliktin baş verməməsi üçün çalışırlarsa, deməli münaqişə bölgəsində Azərbaycan tərəfinin də təhlükəsizliyinə cavab verməli, üzərlərinə düşən öhdəliyi yerinə yetirməlidirlər.

Digər tərəfdən, atəşkəs dövründə Rusiyada müxtəlif rəsmi və qeyri-rəsmi şəxslərin dilindən əleyhimizə çoxsaylı fikirlər səsləndirilib. Əlbəttə, onların əksəriyyəti dövləti təmsil etməsə də, Rusiya rəhbərliyinin sifarişi ilə belə fikirləri səsləndirdikləri gün kimi aydındır. Məsələn, Jrinovskidən tutmuş müxtəlif ekspertlərə qədər. Nəhayət, ən sonuncusu Avrasiya Hərəkatı adlı ictimai qurumun başında dayanan Aleksandr Duqin, hansı ki, onu Kremlin ideoloqu kimi də qiymətləndirirlər. Bu şəxsin dilindən Azərbaycana təhdidlər səsləndirildi. Bildirildi ki, əgər Azərbaycan Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasa, bu zaman problemlər yarana bilər. Məncə, prezidentin çıxışı bu fikirlərə cavab kimi də qiymətləndirilməlidir.

- Bir neçə gün əvvəl Vladimir Solovyov Rusiya- Ukrayna qarşıdurmasından danışarkən Ukraynanın dərinliklərinə raket zərbəsi endirməyin mümkünlüyünü qeyd edərək nümunə kimi Suriyanı və Qarabağı göstərib. Bununla da sanki “İskəndər-M” raketlərinin Şuşaya Rusiya tərəfindən atılmasına işarə edib...

- Bəli, bu mümkündür. Solovyov və digərləri buna işarə edir. Aydındır ki, dəqiq məlumatlar Azərbaycan rəhbərliyində var. Lakin Solovyovun bu fikirləri əslində Rusiyanın Azərbaycana təhdidlərinin bir formasıdır, müstəqil siyasət aparan Azərbaycanı güzəştlərə və ya hansısa addımlara sövq etmək niyyətləri ilə bağlıdır.

Son zamanlar Rusiyanın müxtəlif dairələri tərəfindən anti-Türkiyə əhval-ruhiyyəsinin yenidən qızışdırılması müşahidə edilir. Bu, Ukrayna prezidentinin Türkiyə səfərindən sonra başlanan kampaniyadır. Həm də Rusiyanın Türkiyəyə hava uçuşlarını iyunun 1-nə qədər dayandırması məsələsi var. Bunların hamısı müəyyən formada həm də Azərbaycana mesajlar kimi qiymətləndirilə bilər.

Digər bir məqam onunla bağlıdır ki, Rusiya həm də guya bu raketlərin qalıqlarının Suriyadan gətirilib Şuşaya qoyulması haqda aparılan kampaniyanın təşkilatçısıdır. Bu, günahı öz üzərindən atmaq cəhdləri olmaqla bərabər, həm də cəfəngiyyatdır. Məncə, prezidentin narazılığı və həm də sərt etirazı bu kimi məsələlərlə bağlı idi. Fakt budur ki, raketin Azərbaycan ərazisinə atılması Rusiyanın birbaşa iştirakı ilə baş verib. İndi həm Türkiyəni, həm də Azərbaycanı bu işə bulaşdırmağa çalışırlar. Bunlar tamamən iftradır. Həmin raketlərin haradan atıldığına dair məlumatlar həm Azərbaycanda, həm region dövlətlərində, həm də NATO qərargahında var.

- Diqqət çəkən digər məqam Zəngəzur dəhlizi ətrafında baş verənlərdir. Azərbaycan prezidenti açıq deyir ki, Ermənistan dəhlizin açılmasına razı olmasa, onu buna məcbur edəcəyik. Sizcə, bu istiqamətdə nələr baş verir ki, prezident ortaya belə sərt mövqe qoymalı olub?

- Üçtərəfli razılaşmada maddələrdən biri də regionda kommunikasiyaların açılmasına aiddir. Buraya həm də Naxçıvanı Azərbaycana birləşdirəcək dəhliz, Mehri ərazisindən keçən dəmir yolu daxildir. Bu ərazidə 100 ilə yaxın dəmir yolu fəaliyyət göstərib, 1980-cı illərdə Mehridə Naxçıvana gedən avtomobil yolunun tikilməsi planlaşdırılırdı. Yəni, söhbət 10 noyabr razılaşmasının müddəalarının yerinə yetirilməsindən gedir. Prezident ona vurğu edir ki, Ermənistan tərəfi imza atdığı öhdəliklərə sadiq qalmalı və onları icra etməlidir. Əgər, Ermənistan bu öhdəlikləri yerinə yetirməyəcəksə, o zaman bəyanata imza atan digər tərəflər başqa vasitələrə baş vura bilər. Prezidentin bu xəbərdarlığı həmin öhdəliyin yerinə yetirilməsi ilə bağlıdır. Məncə, bunu başqa cür qiymətləndirməyə ehtiyac yoxdur. Baxmayaraq ki, Ermənistan Xarici İşlər Nazirliyi səviyyəsində buna münasibət bildirib, o cümlədən Ermənistan insan hüquqları müvəkkili deyilən faşist xislətli Tatoyan bununla bağlı bəyanat yayıb.

Sadəcə, Azərbaycan tərəfinin mövqeyi belədir ki, biz Laçın dəhlizindən Ermənistan vətəndaşlarının Qarabağa-Xankəndinə gəlib-getməsinə şərait yaratdığımız kimi, Ermənistan da eyni münasibəti nümayiş etdirməli, Zəngəzur dəhlizi açılmalıdır. Bu dəhlizin açılması sözsüz ki, Türkiyə, İran, Rusiya ilə bərabər həm də Ermənistanın marağına uyğundur.

- Hazırda üzdə olmasa da, Rusiya və Azərbaycan arasında gərginlik müşahidə olunur. Bu gərginliyin hansı həddə qədər inkişaf edəcəyini ehtimal etmək olar?

- Açığı, gərginliyin son həddə olduğunu düşünmürəm. Sadəcə olaraq, Rusiyada bu məsələyə baxışda fərqli fikirlər var. Bir qisim Azərbaycanla münasibətlərin müəyyən qədər normal olmasının tərəfdarıdır. Amma o şərtlə ki, Azərbaycan bəzi dövlətlər kimi Rusiyanın təsir dairəsində yarımmüstəqil dövlət olsun, onun nüfuz dairəsindən çıxmasın. Jirinovski, Solovyov kimi tiplər isə keçmis Sovet respublikalarının müstəqilliyini həzm etmir, imperiyanın bərpasından yanadırlar. Bu gün Putin haqqında nə qədər avtoritar, diktator desək də, digər imperiyapərəstlərlə müqayisədə o, daha praqmatik təsir bağışlayır. Əlbəttə, Putin Rusiya İmperiyasının maraqlarını həyata keçirən, bu düşüncədə olan əsas şəxsdir, amma məsələlərə bir az fərqli baxır. Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər daha çox iki dövlət başçısı arasındakı münasibətlərə əsaslanır. Görünən odur ki, arada fərqliliyin və ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq ortaq nöqtələr tapmaq mümkün olur. Azərbaycan tərəfi də mümkün qədər balansı qorumağa çalışır, Rusiyanın nüfuzuna xələl gəlməsinə rəvac vermir. Üstəlik, əməkdaşlığa tərəfdardır.

Amma Rusiyanın maraqları fərqlidir. Bu, həm də onunla əlaqədardır ki, yanvar ayında ABŞ-da yeni administrasiya fəaliyyətə başlayan kimi Rusiyaya qarşı siyasət daha da sərtləşib, sanksiyalar daha da güclənib. Rusiya ətrafında həlqə getdikcə daralmağa və təzyiq artmağa başlayıb.

Rusiya öz növbəsində buna cavab vermək istəyir. Bu cavablar da ətrafında yerləşən qonşu ölkələrə münasibətdə özünü göstərir. Rusiya nə qədər çox sıxışdırılırsa, qonşularına qarşı daha çox problemlər yaratmağa çalışır. Ukrayna ətrafında baş verənləri izlədikdə görürsünüz ki, Rusiya özünə qarşı təzyiqləri azaltmaq üçün hansı addımlara əl atır. Bu, həm də Qafqaz uğrunda savaşda Rusiyanın etdiyi təzyiqlərdir.

Rusiya artıq Dağlıq Qarabağda hərbçiləri yerləşdirdiyinə görə, müəyyən mənada öz məqsədinə çatmış sayıla bilər. Eyni zamanda, Rusiya Azərbaycanı özünün yaratdığı təşkilatlarda görmək istəyir. O, Avrasiya Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və digər qurumlarda Azərbaycanın iştirakını arzu edir. Bu baxımdan müəyyən təzyiqlər olacaq və bir qədər də artacaq. Amma Azərbaycan öz dövlət maraqlarını qorumalıdır, Rusiya ilə münasibətlərdə diqqətli olmalıdır. Hesab edirəm ki, Rusiyaya qarşı dayanmağın ən vacib və əhəmiyyətli yolu Türkiyə ilə münasibətlərin dərinləşdirilməsidir. Türkiyə ilə birgə olacağıqsa, fəaliyyətimizi əlaqələndirəcəyiksə, siyasi, hərbi, iqtisadi cəhətdən inteqrasiya dərinləşəcəksə, Rusiyadan və digər istiqamətlərdən gələn təzyiqlərə qarşı daha güclü dayanmaq imkanımız olacaq.

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı