"1980-ci ildə Livan, erməni və kürd terror təşkilatları Türkiyəyə qarşı birgə hücuma qərar verir" - AKP millət vəkili sübut tapıb

02 may, 2021 12:44

Türkiyə Böyük Millət Məclisinin hakim AKP-dən olan millət vəkili, tarix elmləri professoru Halil Özşavlı ASALA erməni və PKK kürd terror təşkilatlarının Türkiyəyə qarşı birgə hücumlar həyata keçirməyə dair razılaşmanı nə vaxt və harada əldə etdikləri barədə sənəd əldə edib.

Həmin qərar terror təşkilatları tərəfindən 7 aprel 1980-ci ildə Livanda, Sayda şəhərinin ətrafındakı kəndlərdən birində keçirilən toplantıda qəbul olunub.

Özşavlı bu sənədi ingilis arxivlərindən əldə edib. O, ABŞ-da Miçiqan Universitetində doktorluq müdafiə edəndən sonra 2017-ci ildə İngiltərənin Kent Universitetində çalışıb, arxiv araşdırmaları ilə məşğul olub. O, apardığı araşdırmalar zamanı Böyük Britaniya kəşfiyyatının PKK və ASALA arasında işbirliyinə dair sənədlərinə rast gəlib.

Həmin kəşfiyyat sənədlərinə görə, ASALA və PKK Livanda keçirdikləri toplantıda Türkiyəyə qarşı birlikdə hücumlar həyata keçirməyi razılaşdırıblar. Professor başqa sənədlərdə də ASALA və PKK işbirliyinə dair sübutlar yer aldığını deyib.

Özşavlı bildirir ki, ASALA-nın mətbuat orqanı olan “Hayastan” jurnalında Livanda keçirilən həmin toplantıdan fotolar dərc edilib. Başlarında beret olan və üzləri görünməyən erməni və kürd terror təşkilatları nümayəndələrinin yer aldığı fotonun altında “ASALA-PKK ortaq toplantısı” sözləri yazılıb.

Bu toplantının ardınca həmin terror təşkilatları Strasburqdakı Türkiyə konsulluğuna və Afinadakı Türkiyə Turizm Ofisinə hücum həyata keçriblər. Onların 80-ci illərdə Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərinə qarşı başqa hücumlar da həyata keçirdiyi məlumdur. Sonradan  bu terror təşkilatları arasında ortaqlıq davam edib, 1990-cı illərdə Qarabağda PKK-çı militanlar ASALA ilə birlikdə döyüşüblər.

Virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR