Ermənilər Fransanı ikiüzlülükdə ittiham etdi - "Fransız rəsmilərinin dedikləri qeyri-səmimi və təəccüblüdür"

06 may, 2021 00:20

Ermənilər İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətlərinə görə günahkar hesab etdikləri dövlətlər sırasına daim onlara havadarlıq etmiş Fransanı da qatıblar.

Ermənistandakı Araşdırmaçı Jurnalistlər Asossasiyası iddia edir ki, müharibə zonasından tapdıqları “Bayraktar TB2”-nin qalıqlarını araşdırarkən, onun bir çox hissələrinin məhz NATO ölkələri tərəfindən istehsal olunduğu qənaətinə gəliblər.

Azsiyasət.com azpolitika.info-ya istinadla xəbər verir ki, bununla bağlı Asossasiyanın “Hetq” onlayn qəzetində yayımlanan araşdırmasında fransızların Qarabağ müharibəsində Azərbaycan üçün əhəmiyyətli rol oynayan türk pilotsuz aparatlarını texniki hissələrlə təmin etdikləri vurğulanıb. Bu məsələ Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Müharibə dövründə bəzi fransız şirkətlərinin Türkiyəyə hərbi tədarükü dayandırdığı xatırladılan araşdırmada bildirilir ki, əslində heç də belə olmayıb və fransızlar ikiüzlü siyasət aparıblar.

Yazıda “Bayraktar TB2” tərəfindən atılan bombalardan götürülmüş nümunələrdəki istilik batereyaları, əyləc sistemi kimi mühüm hissələrin məhz Fransa şirkəti olan “ASB” tərəfindən istehsal edildiyi qeyd olunub: “Məsələ ilə bağlı “ASB” tərəfindən hər hansı bir açıqlama verilmədiyi üçün yenidən Fransız şirkətinə yazılı müraciət etdik. Əlavə olaraq, onlara türk pilotsuz aparatından tapılan nümunələrin şəkil və seriya nömrələri, buraxılış tarixi kimi göstəriciləri də göndərdik. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, cavab verən olmadı. Son telefon zəngində məsələ ilə bağlı müştərilərin kimliyini müzakirə edə bilməyəcəklərini, bununla bağlı fransız hökümətindən soruşmalı olduğumuzu dedilər”. 

Ermənilərin məsələ ilə bağlı Fransanın Xarici İşlər Nazirliyinə müraciətləri isə cavabsız qalıb: “Fransız rəsmilərinin dedikləri ən yaxşı halda qeyri-səmimi və təəccüblüdür. Minsk Qrupunun həmsədr ölkəsinin yüksək rütbəli diplomatının ölkəsi ilə Qarabağ münaqişəsindəki tərəflərdən biri arasındakı hərbi əməkdaşlıqdan necə xəbəri olmaya bilər? Və ya Dövlət katibi Lemoyne'nin on illərdir davam edən Fransa-Türkiyə və Fransa-Azərbaycan hərbi əməkdaşlığı ilə bağlı həqiqətlərdən xəbərsiz olduğuna necə inanaq?!”

“L'Obs”-un da dediyi kimi(tanınmış fransız jurnalı–red. ) - Fransa Ermənistana dost ölkə olaraq baxsa da, bu, onun Azərbaycanla böyük sövdələşmələr bağlamasına mane olmur. Məsələn, Fransanın da payı olduğu “Azersky” mülki peyki Bakıya ermənilərə qarşı əməliyyatları məsafədən yönəltməyə imkan verir.” - deyə, araşdırmada qeyd olunub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR