Rusiya Xankəndidə parad keçirir? - Müxalifətin 9 may dezosu

09 may, 2021 11:58

Hər hansı bir dövlətin sülhməramlılarının öhədikləri, vəzifələri ilə bərabər onların hüquqları da var. Məsələn, sülhməramlı hərbçilərin öz ölkəsinin milli bayramını sıra düzülüşü, yaxud digər hər hansı hərbi formatda qeyd etməsi normal haldır. Heç şübhəsiz, sülhməramlılar əldə oluna razılaşmanın şərtləri çərçivəsində öz missiyasını həyata keçirməli, heç bir təhdid yaratmamalıdır və yarada da bilməz.

Bir neçə gündür ki, Azərbaycan müxalifəti Rusiya sülhməramlılarının 9 may qələbə günü ilə bağlı hərbi parad keçirəcəyini və bunu Rusiyanın Azərbaycan üzərində hökmranlığının göstəricisi kimi təqdim edirlər.

Azərbaycan Müdafiə Nazirliyinin 8 may tarixli məlumatında deyilir: "10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Azərbaycan ərazisində müvəqqəti  yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır”.

Birincisi, Rusiya sülhməramlıları Xankəndidə sıra düzülüşünü Azərbaycanın diktə etdiyi 10 noyabr razılaşması əsasında həyata keçirəcək.

İkincisi, söhbət sülhməramlılardan gedir və hər hansı bir ölkənin hərbçilərinin harda xidmət göstərməsindən asılı olmayaraq, bayram tədbirini qeyd etməsi normal haldır. Burada dərin siyasi çalarlar axtarmaq məntiqsizlikdir. Sülhməramlılar buradadırlarsa, deməli, öz bayramını da qeyd etməli olacaqlar.

Üçüncüsü, Müdafiə Nazirliyinin yaydığı məlumatda “müvəqqəti olaraq yerləşdirilmiş...” ifadəsi təsadüfən seçilməyib, bu, elə hərbi sıra düzülüşünün özü ilə bağlı xatırlatmadır. Ki, sülhməramlılar burada müvəqqətidir və 9 may qələbə gününü də buna uyğun qeyd etmək vacibdir.

Müharibənin ilk günlərində Azərbaycanın on minlərlə şəhid verdiyini yazan, saxta məlumatlar tirajlayan, Prezident İlham Əliyevin bir neçə gün ərzində məcburən müharibəni dayandıracağını bəyan edən marginal qruplar başqa halla rastlaşdırlar. Müharibənin miqyasını təhlil etsək görərik ki, Azərbaycan bu müharibəni ən üst şərtlər və ən effektiv hərbi intizamla aparmağı bacardı. Müharibə isə tezliklə dayanmadı - 44 gün çəkdi, on minlərlə şəhid də vermədik. Və nəhayət Azərbaycan ərazi bütövlyünü bərpa etdi. Bu, hərb tarixinə ildırımsürətli əməliyyat kimi düşdü.

Bu qruplar indi yazır: Rusiya sülhməramlıları Xankəndini işğal edib, Dağlıq Qarabağ bizim deyil, sülhməramlılar oradan çıxarılmayacaq və s. Şübhəsiz, zaman lazımdır və ən qısa vaxtda şahidi olacağıq ki, Xankəndidə hər kəs Azərbaycan pasportu ilə yaşamalı olacaq, bunun əksi olmayacaq.

Müharibə vaxtı Şuşanın alınacağı ilə bağlı xəbərləri gülüşlə qaşılayıb sosial şəbəkələrdə min cür oyunlar quran ənənəvi, primitiv müxalifət liderləri 8 noyabrda nokauta düşdülər. Yuxularına belə girmədiklərini gözləri ilə gördülər.

Müdafiə Nazirliyi daha sonra qeyd edir: “... hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May - Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək”. Bəli, söhbət ölkə ərazisindən gedir, Xankəndi də Azərbaycan ərazisidir, Müdafiə Nazirliyi də məhz bunu demək istəyib. 

Müdafiə Nazirliyi daha sonra məlumat verir: “Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar”.

Göründüyü kimi, 9 may – Faşizm üzərində Qələbinin 76-cı ildönümü ilə bağlı tədbirlərdə qardaş Türkiyənin də hərbçiləri başqa formatda iştirak edəcəklər.

Təbii ki, 2021-ci ilin oktyabrın 29-da (98 illiyi) Türkiyə Cumhuriyyətinin yaradılması ilə bağlı bayram tədbirini qardaş dövlətin hərbçiləri də müvafiq formatda qeyd edəcəklər. Bu, heç kəsə təhdid yaratmır.

Odur ki, adi məişət istəklərini də siyasiləşdirən qrupların təxribatlarına uymaq lazım deyil.

Bizim indi tələbimiz və istəyimiz budur ki, Azərbaycanda zəif olan imicini zədələməmək üçün sülhməramlı missiyasına riayət etsin. Fərqi yoxdur hansı formatda... Sülhməramlılar qonaqdır və özünü qonaq kimi aparmalıdır. 

Samir Feyruzov

Azsiyasət.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR