Prezidentin Naxçıvan səfərinin mühüm mesajları...

11 may, 2021 10:29

Prezident İlham Əliyevin Naxçıvan səfəri Azərbaycan üçün siyasi, iqtisadi-sosial əhəmiyyətindən başqa, həm də mühüm regional və qlobal əhəmiyyət daşıyır. Səfər zamanı İ.Əliyevin Dövlət Televiziyasına verdiyi müsahibə Onun indiyə qədərki çıxışlarının qətiyyətli və məntiqi davam idi. Bu, Prezidentin Naxçıvana 15-ci, səfəri idi, amma ilk dəfə idi ki, mayın 10-da Naxçıvana səfər etmişdi.

Bəs müsahibə zamanı o, hansı mesajları verdi? Prezidentin çıxışına istinad etsək, Azərbaycanın və Ermənistanın gələcək taleyini necə görmək olar?

Birincisi, bu səfər Naxçıvanın müdafiə və təhlükəsizlik potensialının möhkəmlənməsinə hesablanmış addımdır, hərbi aerodromun və hərbi hospitalın açılışı da bunun əsas göstəricilərindəndir.

İkincisi, Zəngəzur dəhlizinin açılacağı ilə bağlı məsələ daha da netləşdi və İ.Əliyev bununla bağlı növbəti bəyanatını Bakıdan yox, bu dəfə çox qısa bir məsafədən vermiş oldu - 50 km-lik məsafədən. Müsahibədən sitat: “Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır. Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır”. Deməli, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni artıq bitmiş hesab etmək olar. 

Üçüncüsü, İ.Əliyev “Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb” deməklə, Minsk qrupu dövlətlərinin rəhbərlərinə - Rusiya prezidenti Putinə və Fransa prezidenti Makrona net mesajını verdi. Xüsusi qeyd: bu ilin aprelin 26-da Putinlə Fransa prezidenti Makron arasında telefon danışığı olmuşdu. Onların telefon danışığından yayılan açıqlamada deyilirdi: “Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar”. Prezidentin müsahibəsində sitat: “Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər?”.

Dördüncüsü, İ.Əliyev Fransa senatının İrəvana səfəri zamanı “biz Dağlıq Qarabağı tanıyacağıq” bəyanatının məsuliyyətini bir daha şərh etdi, Fransa hökumətini ayıq olmağa səslədi. 

Beşincisi, Prezident Hərbi Qənimətlər Parkı ilə bağlı aparılan kampaniyanın miqyasını və bununla bağlı konkret ünvanlar göstərdi: “Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm”. 

Altıncısı, Dağlıq Qarabağın status ilə bağlı məsələ heç vaxt müzakirə mövzusu olmayacaq və Prezident ermənilərə status vermək istəyənlərə daha optimal variant təklif edir: “… əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq”. Bəli, Fransa və Rusiyada erməni diasporu tərəfindən zəbt edilən böyük ərazilər var, əgər ermənilərin status məsələsi Rusiya və Fransa üçün bu qədər “milli” məsələdirsə, o zaman öz ölkələrində bunu edə bilərlər.

Yeddincisi, Ermənistanda seçkilər ərəfəsində populist siyasətçilərin “Şuşanın geri qaytaracaqları” ilə bağlı sərsəm bəyanatlarına ən effektiv cavab belə ola bilərdi: “Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik”.

Samir FEYRUZOV

Azsiyasət.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR