Hələ də 100 minlik qoşun sərhəddə hazır gözləyir...

13 may, 2021 11:14

Təxminən 100 minə yaxın hərbi qulluqçudan ibarət Rusiya qoşun qruplaşmaları hələ də Ukrayna sərhədləri yaxınlığında, o cümlədən Krımda hazır gözləyir. 

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri İvan Bakanov “Ukrayna 30” ümumukrayna forumunda çıxışı zamanı deyib.

Bakanovun sözlərinə görə, habelə Rusiya ərazisindən xüsusi xidmət orqanlarının 7 minə qədər əməkdaşı daimi əsasda Ukraynaya qarşı kəşfiyyat-diversiya fəaliyyəti ilə məşğuldur. “Bu günkü Rusiya mahiyyətcə dövlət-xüsusi xidmət orqanıdır. Və Rusiyanın xarici siyasətinin istənilən istiqaməti klassik diplomatiyadan deyil, xüsusi əməliyyatların kompleksindən ibarətdir”,-Ukrayna Təhlükəsizlik Şurasının sədri deyib.

Onun sözlərinə görə, Rusiyanın apardığı diversiya fəaliyyətinin məqsədi təkcə Donbassdakı separatçı rejimləri müdafiə etməyə yönəlməyib, eləcə də Ukrayna dövlətinin əsaslarını sarsıtmağa və milli təhlükəsizliyin möhkəmləndirilməsinə sistemli maneələr yaratmağa hesablanıb. Bundan ötrü agentura şəbəkəsi yaradılır, beynəlxalq yardım haqda razılaşmalar pozulur, etiraz aksiyaları formasında təxribatlar törədilir və fəal təbliğat aparılır.

Bakanov deyib ki, Rusiya xüsusi xidmət orqanları ələ alma metodlarını dəyişiblər. İndi onlar təkcə məmurları deyil, Ukrayna vətəndaşlarının daha geniş çərçivəsini əməkdaşlığa cəlb etməyə çalışırlar. İvan Bakanov bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya təcavüzü ilə üzücü mübarizəyə hazırdır.

“Bizim qarşımızda yeni çağırışlar var. Lakin Ukrayna Təhlükəsizlik Xidməti buna hazırdır. Çünki biz artıq 7 ildir ki, bu hibrid müharibədə Rusiya ilə mübarizə aparırırq”,- o deyib.

Xatırladaq ki, mart və aprel aylarında Rusiya Ukrayna sərhədlərinə 120 minlik qoşun qruplaşması, minlərlə texnika, yüzlərlə təyyarə və vertolyot cəmləşdirib. Rusiyada bunu Ukrayna ordusunun Donbass üzərinə irimiqyaslı hücum planlaşdırması ilə əsaslandırırdılar. Bu qarşıdurmada ABŞ və Avropa ölkələri Ukraynaya dəstək ifadə ediblər, lakin vəziyyət dramatik ölçülərdə gərginləşəndə ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinə zəng vurub, Ukrayna ətrafında gərginliyin azaldılması barədə anlaşma əldə edilib. Ardınca Rusiya öz qoşunlarını geri çəkməyə başladığını elan edib. Lakin bu günlərdə Pentaqon və ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiya qüvvələrin ancaq bir qismini geri çəkib. Və Ukrayna sərhədlərində hələ də böyük sayda qüvvə hazır vəziyyətdə gözləməkdədir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR