"Rusiya: Qarşıdan ağır günlər gəlir" - Putin təhlükəsiz şəkildə hakimiyyətdən gedə bilərmi?

13 may, 2021 11:18

Vladimir Putin narazıların etirazlarını kəskin formada boğur və bununla da müxalif siyasətçi Aleksey Navalnının azadlığa buraxılmasını tələb edənlərə heç bir güzəşt olmayacağını göstərir.

Küçədə etirazlar coşur, bunu görən rejim gücləri isə öz tənqidçilərinə qarşı sərt davranmaqla heç bir vəchlə hansısa dialoqa getməyəcəklərini nümayiş etdirirlər. Moskvadakı 21 aprel etirazlarından sonra Kreml taktikanı dəyişib. İndi onlar Stalin dövrünün qorxulu gecə həbsləri üsullarına əl atıblar. Polis paytaxtda quraşdırılmış çoxsaylı müşahidə kameralarından yararlanaraq aksiya iştirakçılarını dərhal deyil, sübh tezdən evlərində tutur.

Aleksey Navalnı tərəfindən yaradılmış “Korrupsiyaya Qarşı Mübarizə Fondu” onun üzvlərini təqibdən qorumaq üçün buraxılıb. Bundan əlavə Moskva məhkəməsi bağlı qapılar arxasında bu təşkilatı “ekstremist” elan etməyə hazırlaşır. Halbuki bu fond dövlət liderlərinin korrupsiyaya bulaşması haqqında şokedici sənədli filmlər hazırlayıb. Bu filmlərə milyonlarla insan baxsa da, hələlik, orada göstərilənlərlə bağlı hər hansı rəsmi təhqiqat işinə başlanmayıb. Hələ 2012-ci ildə Putin özünün Federal Məclisə ünvanladığı illik müraciətində fəal vətəndaş iştirakının və səmərəli ictimai nəzarətin təşkilinin korrupsiya ilə mübarizədə Prezident Administrasiyasının “mühüm işi” adlandırmışdı. Parlament qarşısındakı son çıxışlarında (2019-cu il, 2020-ci il, 2021-ci il) prezident Vladimir Putin “korrupsiya” ifadəsini hətta bir dəfə də olsun dilinə gətirməyib.

Kremlin idarəetmə metoduna qarşı ciddi narazılıq və etirazlar baş qaldırsa da, bu gün elə bir siyasi partiya və ya ictimai hərəkat yoxdur ki, Putinin rəhbərlik etdiyi aparıcı gücə qarşı real alternativ yarada bilsin.

Rejimin dayaqları kimi asılı vəziyyətə salınmış məhkəmə hakimiyyəti, yüksək məvacib alan imtiyazlı polis və təhlükəsizlik orqanları, həmçinin də ədalətsiz seçkilərdə deputat olmuş Dövlət Dumasının əksər üzvləri çıxış edirlər.

Putin sözsüz ki, əbədi deyil, amma əgər o, hakimiyyətdən indi getsə, Kreml rəhbərinin ehtimal olunan varisi (hakimiyyət nüvəsini təşkil edən müxtəlif sektorlarla razılaşdırılmış) indiki xətti davam etdirməyə məhkum olacaq. Qərb dövlət rəhbərləri Putinin yerinə onun ətrafından olmayan şəxslərdən birinin gələ biləcəyindən bərk narahatdırlar. Bu gün Kremldə rejimə etibarlı xidmətiylə tanınan elə bir adam yoxdur ki, yüksək vəzifəsini və toplamış olduğu kapitalı riskə atmağa hazır olsun.

Rusiya elitasının öz yerlərində daha çox qalmaq istəyini izah edəcək əsas səbəblərdən biri də, onların övladlarının dövlət orqanlarında və Rusiyanın iri şirkətlərində aparıcı mövqelərdə kök salmalarıdır. Bundan başqa, həmin adamları müxtəlif intriqalar və qaranlıq işlər də birləşdirir.

Görəsən, biz oliqarx Mixail Xodorkovskiyə qarşı aparılan cinayət işinin, Navalnının zəhərlənməsinin və rejimin əleyhdarlarının qəribə ölümlərinin mənbəyini nə vaxtsa dəqiq öyrənə biləcəyikmi?

Heç kim Putinin təhlükəsiz şəkildə istefaya getməsinə təminat verə bilməz və ona görə də onun hakimiyyətdən uzaqlaşması məsələsi qəlizləşir. Amma populyarlığının düşməsinə baxmayaraq, Putin ictimaiyyət tərəfindən hələ də dəstəklənir. Bu isə yaxşı mənada heç bir dəyişikliyə yol açmır.

1980-ci illərdə “Yenidənqurma” kimi tanınan iqtisadi islahatlar başlayanda “insan sifətli sosializm”in tərəfdarları (SSRİ Kommunist Partiyasının strukturlarında mövcud olan qrup) demokratikləşmə üçün lazım olan imkanların dirçəldilməsini istəyirdilər. Hazırda Kremldə nə vaxtsa bu yolla getmək qərarına gələ biləcək əhval-ruhiyyəyə malik dairələr varmı? İndi onlar görünmürlər, 80-ci illərdəki vəziyyət bugünkündən fərqlənir. 1985-ci ildə Mixail Qorbaçov sovet sisteminə rəhbərliyə gətirildi. Həmin sistemdə təhlükəsizlik xidməti ideoloji cəhətdən mülki institutlara tabeydi. Ancaq indi Rusiyada personal rejim qurulub və bu rejimin liderinin istəyinə uyğun olaraq xüsusi xidmət orqanlarının əməkdaşları dövlət idarəetmə strukturlarında mühüm strateji mövqe tuturlar.

90-cı illərin “liberalları” və “texnokratları”ndan ibarət qrupun içindən çıxanlar hazırda Mərkəzi Bankda, Maliyyə Nazırliyində və digər nazirliklərdə yerləşiblər və onlar rejimin həyatda qalmasında çox maraqlıdırlar. Həmin şəxslərin bəziləri özlərini Putinsiz vəziyyətin daha da pis ola biləcəyi fikri ilə sakitləşdirirlər. Bu dairənin nümayəndələri fikirləşirlər ki, üst-üstə yığılmış latent münaqişələrin kəskinləşməsinə imkan verməyəcək yeganə lider məhz Putindir.

Düşünülür ki, Putinsiz Çeçenistanda iğtişaşlar baş qaldırar, qubernatorlar regional tələblər irəli sürər (resursların Moskvaya axmasına qarşı çıxarlar), milli respublikalardakı elita isə daha böyük səlahiyyətlər qazanmaq planlarını gündəliyə gətirər. 1980-ci illərdəki sovet rejiminin yöndəmsizliyinə baxmayaraq, onlar öz gələcəklərini keçmişdə axtarmırdılar.

Bugünkü Rusiya rejimi millətçidir. Kreml güman edir ki, özünün Avrasiya xüsusiyyətini (Bu yanaşma nəzəri cəhətdən və mədəni-sosial baxımdan mübahisə doğurur) önə çəkərək, ABŞ-la rəqabətə girməklə fövqəldövlət statusunu bərpa edə bilər. Amma eyni zamanda politoloqlar gələcəyin necə olması ətrafında ciddi diskusiyalar aparırlar.

Politoloq Kiril Roqov hesab edir ki, rejim üçün başlıca təhlükə ölkə daxilindəki zəif müxalifət yox, ənənəvi olaraq bu müxalifəti dəstəkləyən xarici kontingentdir. Roqov deyir: ”Rejim üçün müxalifətin əzilməsi vacibdir ki, onlar dirçəlməsinlər”.

Hakimiyyətin ötürülməsi məsələləri üzrə ekspert və sosioloq Tatyana Vorojeykina isə deyir: ”Əvvəllər mən fikirləşirdim ki, eyni zamanda həm yuxarıdan, həm də aşağıdan gələn təzyiqlərin təsirindən doğan demokratikləşmə prosesi İspaniyada, Polşada və ya Braziliyada olduğu kimi Rusiya elitasında da parçalanma yaradacaq. Mən indi hesab edirəm ki, bu proses xeyli vaxt aparacaq və Venesuela və Belarusdakı kimi uzanacaq. Yenidənqurmanın əvvəlində SSRİ Kommunist Partiyasının mərkəzi aparatındakı demokratikləşmə tərəfdarlarıyla bugünkü rejimin məmurları və siyasətçiləri arasında ciddi keyfiyyət fərqi var. Çünki 1980-ci illərdəki hakim elitanın içərisndə sistemin yenilənməsində maraqlı olan dairələr vardı. Bu gün isə hakim qruplar cinayət prinsipləri əsasında formalaşıblar və onların hamısı artıq əlbirdirlər. Cinayətkar qrupa daxil olub, sonradan oradan çıxmaq çətin və qeyri-mümkündür”.

Tanınmış jurnalist və siyasi icmalçı Andrey Kolesnikov isə ümumi vəziyyəti belə şərh edib: ”Hakimiyyət özünün repressiv xəttindən geri çəkilmək, kompromisə getmək niyyətində deyil. İstənilən vəziyyət üçün ağır ssenarilərə hazır olmaq lazımdır”.

“El Pais”-İspaniya

Tərcümə: Azpolitika.info

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi