Qaragöl sovet xəritələrində kimin ərazisinə düşür? - İki xəritədəki fərq

18 may, 2021 16:40

Sovet dövrü xəritələrində ermənilərin Syunik dediyi Zəngəzurda  Azərbaycan-Ermənistan sərhədinin haradan keçdiyi aydın görünmür. Sovet hərbi xəritəsində bu ərazi Azərbaycana, sovet topoqrafik xəritəsində isə Ermənistana aid göstərilir.

Bu haqda “Eurasiareview” portalında amerikalı təhlilçi Pol Qobl son bir həftədə sərhəddə yaranmış gərginlikdən yazır.

Ermənistan iddia edir ki, Azərbaycan hərbçiləri onun ərazisinə doğru bir neçə kilometr irəliləyib. Azərbaycan isə bu fikirləri rədd edir, sadəcə, demarkasiya işi aparıldığını, hərbi qüvvələrin mövqelərini tutduğunu bildirir.

Qobl yazır ki, 1991-ci ildən, yəni, Sovet İttifaqı dağılandan heç bir xəritə hazırlanmayıb, Bakıyla Yerevan isə Qarabağ münaqişəsindən dolayı sərhədlərin delimitasiya və demarkasiyasını aparmayıb. İndi isə Yerevan Azərbaycanın “müdaxiləsi”ni önləməkdən ötrü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Rusiya Prezidenti Vladimir Putindən kömək istəyib.

Moskvadakı Müqəddəs Tixon Humanitar Elmlər Universitetindən coğrafiyaşünas Aleksey Gunya deyib ki, Qaragöl (ermənicə Sev liç) məsələsində Ermənistan haqlı tərəfdir, gölün böyük hissəsi onun ərazisinə düşür. Amma o, iki ölkənin dəqiq sərhədlərinin müəyyənləşdirilməsinin çətinliyini də etiraf edir.

“Son müharibəyə qədər bu ərazi Azərbaycanın nəzarətində deyildi. SSRİ Baş Qərargahının 1: 1.000.000 nisbətində xəritələrinə görə, göl Azərbaycanın ərazisindədir. Ancaq 1:100.000 nisbətində sovet topoqrafik xəritəsində gölün 80 faizi Ermənistanın sərhədləri daxilindədir”, - o vurğulayıb.

Məqalədə deyilir ki, Ermənistan tərəf topoqrafik xəritəyə, Azərbaycan isə sovet Baş Qərargahının xəritələrinə üstünlük verir. Moskva Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov isə qeyd edib ki, “sərhədləri müəyyənləşdirməyə imkan verəcək sovet xəritəsi yoxdur”.

Rusiyada çıxan “Kommersant” qəzeti isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadla yazır ki, Rusiya Baş Qərargahı ilə Ermənistanın sovet dövrü xəritələri tamamilə üst-üstə düşür.

“Bu xəritələrdə dəqiq göstərilir ki, Azərbaycan hərbçiləri Ermənistanın ərazisindədir. Burada ikinci fikir ola bilməz. Azərbaycan hərbçiləri bizim ərazilərdən çıxmalıdırlar”, - o vurğulayıb.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ötən həftə Azərbaycanın hansısa “saxta xəritələrə” istinad etdiyini deyirdi.

Azərbaycan prezidenti İlham Əliyev isə mayın 17-də deyib ki, “hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır. Sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir".

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Azadliq.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR