Dmanisi insidenti: Azərbaycan-Gürcüstan münasibətlərini korlamaq kimin maraq dairəsindədir?

19 may, 2021 14:01

Gürcüstanın Dmanisi (Başkeçid) şəhərində svanlarla yerli azərbaycanlılar arasında baş verən qarşıdurmalar hazırda ölkədə ciddi şəkildə müzakirə olunur və bu istiqamətdə müxtəlif mülahizələr irəli sürülür, mühakimələr aparılır. Dmanisi insidenti cəmiyyətdə haqlı narahatlıq doğuran məsələdir. Bəs qarşıdurma necə başlayıb? Əslində svanlar Dmanisidə xeyli müddətdir soydaşlarımıza qarşı müxtəlif qanunazidd əməllər törədirlər. Onlar ticarətlə məşğul olan azərbaycanlılardan aylıq “haqq” tələb edir, özlərinin ərzaq ehtiyaclarını soydaşlarımızın imkanları hesabına qarşılamaq istəyirlər. Özü də bir lari (Gürcüstanın pul vahidi) pul xərcləmədən! Dmanisidə azərbaycanlılara məxsus istənilən marketdə svanların nisyə dəftərlərini tapmaq mümkündür. 

Lakin imkanlı ailələrin zinət əşyalarının, maşınların detallarının, mağazalardan ərzaq və məişət avadanlıqlarının oğurlanması üzrə Gürcüstanda xüsusi “ad” çıxarmış svanlar özbaşına hərəkət etmirlər.

Azərbaycanlılarla svanlar arasında baş verən qarşıdurmalara məişət üslubunda yanaşmaq, bunu xuliqanlıq hadisəsi kimi qiymətləndirmək doğru deyil.

Heç şübhəsiz ki, bu qarşıdurmaların arxasında dərin və “bronlaşdırılmış” siyasi maraqlar durur.

Hadisəni siyasi, dini-etnik zəmində şərh olunmasının əleyhinə olanlar baş verənləri kütləvi dava, xuliqanlıq hadisəsi kimi təqdim edirlər, bunu da svanların kobud və oğru xarakterlərinə bağlayırlar və qarşıdurmada heç bir dini-etnik rəng görmək istəmirlər.

Lakin Dmanisidə baş verənlər azərbaycanlılara qarşı ilk hücum faktı deyil. “Keşikçidağ” olayı bun ən bariz nümunədir.  

Gürcüstanın rəsmi qurumlarının Dmanisi insidentində siyasi çalar axtarmağın doğru olmadığını bəyan etməsini anlayışla qəbul edirik. Çünki Azərbaycanla münasibətlərin korlanması Gürcüstan dövlətinin də maraq dairəsində deyil. Eləcə də, Azərbaycan Gürcüstanla münasibətlərin bundan sonra da möhkəm dostluq əlaqələri əsasında davam etdirilməsinin tərəfdarıdır.

Ancaq baş verən insidentin təsadüf olmadığı da gün kimi aydındır.

Qarşıdurmada üçüncü dövlətin barmağı və Gürcüstanda xaricə bağlı müəyyən dairələrin işartılarını da açıq şəkildə görünməkdədir.

Əgər bu hadisə sırf xuliqanlıq hadisəsidirsə, baş verənlər svanların azğın və aqressiv həyat tərzi ilə bağlıdırsa, o zaman svanların azərbaycanlılara qarşı uzun illərdir davam edən hücumlarının qarşısı niyə alınmır?

BİRİNCİSİ, bu, svanların azərbaycanlılara ilk kütləvi hücum faktı deyil (həmçinin Gürcüstanda azərbaycanlılara qarşı ilk kütləvi hücum faktı deyil). Azərbaycanlıların təqib və təzyiqlərə məruz qalması ilə bağlı indiyə qədər Gürcüstan hüquq-mühafizə orqanlarına edilən şikayətlərlə bağlı niyə ölçü götürülməyib, azərbaycanlıların bu istiqamətdəki aylardır etdiyi müraciətlər nə üçün araşdırılmır? Nəticədə isə svanlar daha da aqressivləşərək bir az da irəli getdilər.

İkincisi, Bolnisi və Marneulidə kənd adları nə üçün dəyişdirilərək gürcüləşdirilir?

Görünən budur ki, Dmanisi insidenti 3 hədəfə hesablanıb:

BİRİNCİSİ, Dmanisidə yaşayan azərbaycanlıları bölgədən sıxışdırıb çıxarmaq, yeni “milliləşdirmə” siyasətini sürətləndirmək. Proses necə aparılır? Svanlara bələdiyyələrdə vəzifələr verilir, onlar ölkənin bank və iqtisadi həyatın müxtəlif sahələri ilə bağlı böyük imtiyazlar əldə ediblər və s. Bəs azərbaycanlılar? Soydaşlarımıza süni şəkildə problemlər yaradılır, xüsusilə də, təhsil, iqtisadiyyat və xidmət sektorundakı imtiyazlardan məhrum edilmişik. Gürcüstanda yaşayan yerli azərbaycanlıların təhsil və sosial yaşam problemlərinin köklü şəkildə həll edilməməsi bizim bu istiqamətdəki iddialarımızı daha da möhkəmləndirir.

MƏQSƏD - svanların əli ilə azərbaycanlıları həmin bölgədən sıxışdırıb çıxarmaq, soydaşlarımızın Gürcüstandan möhkəmlənməsinin qarşısını almaq və azərbaycanlıların assimilyasiyasına nail olmaqdır. Bəli, əsas məqsəd azərbaycanlıların öz mədəniyyətini, dilini unutmaqla qarışıb Gürcüstanda yox olmasıdır.

İKİNCİSİ, Azərbaycan Gürcüstan münasibətlərini korlamaq, bunun üçün ən uyğun variant (ənənəvi Qafqaz psixologiyasının həssas elementləri) - dini və etnik zəmində təxribatlar həyata keçirmək.

ÜÇÜNCÜSÜ,  Zəngəzur dəhlizi ilə bağlı məsələdə Gürcüstan amilini qabartmaq, yeni “münaqişə” yaradıb Azərbaycanın qətiyyətli mövqeyini zəiflətmək.

Təbii ki, üçüncü dövlətin böyük siyasətinin xırda “peşka”ları olan svanlardan daha aqressiv və sərfəli subyekt kimi istifadə etmək yararlı plandır.

Gürcüstan dövləti svanları gürcü kimi qəbul etsə də, nəticədə onlar sadəcə etnikdirlər. Gürcüstanda kriminal qrupların üzvləri uzun müddət svanlardan formalaşdırılıb. Kobud, dağınıq, zorakı təfəkkür tərzi ilə “nümunə”yə çevrilən svanlar Gürcüstanda baş verən oğurluq hadisələrinin statistikasında ilk yerləri tuturlar. Özlərinin “vor” qanunlarının əsas icraçıları adlandıran svanlar on illərdir dini-etnik zəmində baş verməli olan hadisələrdə sadəcə alət kimi istifadə olunurlar. Elə azərbaycanlıları da bölgədən məhz bu kriminal qruplaşmaların əli ilə sıxışdırıb çıxarmaq istəyirlər.

Bəs proses hardan idarə olunur, Azərbaycan-Gürcüstan münasibətlərinin korlanması hansı dövlətə lazımdır?

Təkzibolunmaz faktdır ki, Gürcüstan provaslav kilsəsi ilə Rusiya provaslav kilsəsi arasında çox yaxın münasibətlər var. Eyni zamanda, kilsə Kremllə dərin bağlantılara malikdir. Azərbaycan-Gürcüstan münasibətlərinin korlanması üçün atılan addımların bu xətt üzrə həyata keçirildiyi istisna olunmur. Eyni zamanda, rəsmi Kremlə bağlı Gürcüstan doğumlu ermənilər də bu məsələdə ciddi rol alıblar.

Rusiyanı narahat edən məqam var:

Ərazisi, əhalisinin sayı baxımından Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanın iqtisadi-siyasi resurslar baxımından da Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilməsi. 

Soydaşlarımıza qarşı baş verən insidentlərin Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasına xidmət edəcəyini düşünmək sadəlövlük olardı. Çünki nə Gürcüstan, nə də Azərbaycan rəsmiləri iki dövlət arasında soyuq əlaqələrin yaranmasının tərəfdarı deyillər. Ona görə də, Gürcüstan dövləti baş vermiş hadisəni obyektiv şəkildə araşdırıb svanların azərbaycanlılara qarşı davamlı hücumlarına son qoyacağına inanırıq.

Həmçinin, azərbaycanlıların assimilyasiyasına, soydaşlarımızın Gürcüstanda əriyib yox olmasına, digər xalqlara qarışmasına hesablanmış məkrli planların iflasına da nail olacaq.

Bütün region üçün nəfəslik rolunu oynayan Azərbaycanın əsas ixrac kəmərləri Gürcüstan vasitəsilə həyata keçirilir. Regionu bir an Azərbaycansız təsəvvür etsək, Qafqazın nütünlüklə süquta məhkum olduğunu göz önündə canlandıra bilərik. 

Dmanisi insidentində Rusiya xəttinin parıltısı təsadüflər nəticəsində gözə dəymir.

Rusiya buna qədər də Gürcüstan üzərindən Azərbaycana qarşı müxtəlif siyasi planlar hazırlayıb. 2018-ci il Azərbaycanda prezident seçkiləri ərəfəsində Rusiyanın Gürcüstanda yaşayan soydaşlarımız vasitəsilə Azərbaycana qarşı “sistemli” iş həyata keçirməsi, inqilabi notlar üzərində çağırışlar hazırlaması, bu məsələdə Gürcüstan doğumlu azərbaycanlılardan və milyarderlərdən istifadəsi etməsi və ölkəmizdə dağıdıcı müxalif qrupların, böhtan müxalifətinin daxili və mühacir qanadına məhz Gürcüstan vasitəsilə maliyyə dəstəyi göstərməsi heç kəsə sirr deyildir.

Samir FEYRUZOV,

Azsiyasət.com

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...