"Putin yaxşı bilir ki, artıq gecdir, Azərbaycanı durdurmaq mümkün deyil" - Rəsul Quliyev

20 may, 2021 21:55

Putinin Qafqaz siyasəti gün kimi aydındır. Onun kobud, qonşularına və ümumiyyətlə aqressiya siyasəti bəsitdir və atacağı istənilən addım əvvəlcədən məlumdur. Putinin analoqu tarixdə olub. Məsələn İtaliyanın diktatoru Mussolini. Onunda atacağı addımlar əvvəlcədən məlum idi.  Bu yaxınlarda Gürcüstanı həm Avropa İttifaqına, həm də NATO-ya qəbul edəcəklər. Rusiya Gürcüstandan qopartdığı Cənubi Asetiya və Abxaziya ilə kifayətlənəcək. Rusiyanın istənilən quberniyasından kiçik olan Asetiya taleyindən razıdır, Rusiya Federasiyasını “sağmal inək” kimi sağır ona başqa heç nə lazım deyildir. Abxaziyanın nə vaxta qədər Rusiyaya quluq gözstərəcəyi məlum deyil. Gürcüstanda 2021 dönüş ili olacaq, çox böyük sürətlə inkişafa başlayacaq".

Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.

Eks-spikerin sözlərinə görə, Rusiya Azərbaycan -Ermənistan münaqişəsi fundamentində hər iki ölkəni tam asılı vəziyyətə salmaq istəyir:

"Yəni “Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı olmadan heç bir danışıqlar aparıla  bilməz” formasında. Məqsəd də hər iki ölkəni Putinlə hesablaşmağa vadar etməkdir. 

Azərbaycanın sovetdən qalma sərhədlərini bərpa etməsi əlbətdə ki, Azərbaycanın haqqıdır. Bu proses nə qədər tez başlasa bir o qədər yaxşı olar. 

İkinci Qarabağ müharibəsi, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə nəticələndi. Rusiyanın istədiyi nəticəni vermədi. Yəni Putin Paşinyanı zorla istefaya göndərib sonra da həbs etməyə nail ola bilmədi. Putinin Ermənistanda dəstək verdiyi müxalifət liderlərinin heç birinin Ermənistanda Paşinyan səviyyədə yox, heç ona yaxın bir reytinqə çatanı belə yoxdur". 

"Azərbaycanın Milli Ordusunun rəşadəti açığı cənab Putini çaşdırdı desəm, lap doğru olardı. İşğaldan sonra prezident Əliyevin Putinlə razılaşdırmadan onun əleyhinə atdığı bir neçə köklü addım oldu.

- Qələbə paradının keçirilməsi;

- Vətən müharibəsinə həsr edilmiş parkın açılışı;

- Və bu proseslərin pik nöqtəsi olan Qrandioz Şuşa müsiqi festivalı... 

Bütün bunlara paralel olaraq “İsgəndər M” raketləri ilə bağlı Prezident Əliyevin ortaya qoyulmuş olduğu mövqeyi, həmçinin dünyanın əsas tele kanallarına verdiyi müsahibələri də göstərmək olar. Hansı ki, bu müsahibələr artıq Azərbaycanın tabeçilikdən çıxaraq müstəqil dövlət siyasəti apardığının açıq nümayişi idi", - deyə R.Quliyev şərh bildirib.

Eks-spiker qeyd edib ki, hazırda isə özündən müştəbeh Putin bu prosesin qarşısını almaq üçün daha yaramaz metodlara əl atır:

"Yəni Azərbaycanla Ermənistan arasında yeni müharibə qızışdırmaqla yenidən arbitra çevrilmək istəyir. O, həm Azərbaycanın, həm də Ermənistanın qərb sivilizasiyasına meyilli olduqlarını görməyə bilməz. 

Paşinyanı Təhlükəsizlik Şurasına müraciətə məcbur etməklə bir şeyə nail olmaq mümkün deyil. Təhlükəsizlik şurası maksimum komisiya yaradıb məsələni araşdırmağa cəhd edə bilər. Bu da vaxt götürər və o vaxtacan Ermənistanda seçkilər başa çatar və Paşinyan bu seçkilərdən daha güclü Baş nazir kimi çıxar. 

Yenidən seçiləcək baş nazir Paşinyanın siyasəti məlumdur. Zəngəzur dəhlizini açmaq, Azərbaycanla sərhəd demorkasiyasını Rusiyasız başlamaq, Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr yaratmaq, Azərbaycanla enerji, qaz, yanacaq və sair əlaqələridə inkişaf etdirmək. Bütün bunlara paralel isə Rusiya qoşunlarını ərazilərindən çıxarmaqla Avropa İttifaqı və NATO-ya daxil olmaq. 

Əlbətdə Putin bütün bunların qarşısını istənilən yolla almağa çalışacaq. Bir tək Azərbaycanın yürütdüyü müstəqil siyasətin qarşısını ala bilməyəcək. Putin yaxşı bilirki, artıq gecdir. Azərbaycanı durdurmaq mümkün deyildir.  

Putinin Qafqaz siyasətinin mənzərəsi fikirimcə bundan ibarətdir.”

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...