İlham Əliyevdən region və dünya üçün mühüm mesajlar - Kim, nə etməlidir?

22 may, 2021 12:21

Dünya yeni mərhələnin astanasındadır, amma bu, heç bir ölkə üçün bir o qədər də asan olmayacaq. Hazırda inkişafın da, iflasın da, qələbənin və məğlubiyyətin də şərtləri dəyişib. Koronavirus pandemiyasının ardınca regional müharibələr başladı, təbii, Azərbaycan 30 illik tapdalanmış hüququnu döyüşərək geri aldı, torpaqlarını azad etdi. Bunun ardınca Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsi hərbi əməliyyatların başlanmasının bir addımığına qədər irəlilədi. Daha sonra isə İsrail-Fələstin arasında şiddətli döyüşlər başlamış oldu. Bundan sonra hansı regionda müharibə başlayacaq? Biz artıq irəli baxmalıyıq, o zaman Azərbaycanın ümumi inkişaf kontekstində Qarabağı hansı müddətə dirçəldə biləcəyik? Ordusu, iqtsiadiyyatı məhv olan Ermənistanı nələr gözləyir? Bundan sonra dünyada sülh necə qorunmalıdır? Ölkələrin beynəlxalq normalarla qazandığı haqlar özünə necə qaytarılmalıdır? Ölkələrin mədəni və ticarət əlaqələrində sağlam inkişafa necə nail olmaq olar?

Bütün bunlar ayrıca mövzudur, amma baş verən bu hadisələrin fonunda Prezident İlham Əliyevin çıxışlarının təhlil olunması da olduqca vacibdir. Məsələn, İ.Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələri zamanı səsləndirdiyi fikirlər bir çox sualların açıq və net cavabıdır, eləcə də Azərbaycanın, regionun və dünyanın gələcək inkişaf perspektivlərinin analitik konturlarıdır.  

Keçmiş prezidentlərin, baş nazirlərin, dünyanın məşhur diplomatlarının iştirak etdiyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində Prezident İ.Əliyevin fikirlərindən bəzi məqamlara diqqət edək. Bəribaşdan qeyd edim ki, bu müzakirələr Vətən Müharibəsindən sonra Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması, erməni vəhşiliyinin təbliği, nümayişi və Azərbaycan-Ermənstan arasındakı münaqişənin tarixi köklərinin şərhi baxımından mühüm platformadır.

Prezident hansı vacib amillərə toxundu?

- Zəngəzur dəhlizindən danışdı və bunun bütün region üçün əhəmiyyətinin mesajlarını verdi: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”. Bəli, söhbət regionun əsas inkişaf pəncərəsindən gedir - Zəngəzur dəhlizindən!

- Müharibə zamanı Ermənistan ordusunun tamamilə məhv edildiyini bildirdi: “Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır”. Bu, hazırda Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə aparan revanşist qüvvələrə mühüm xatırlatmadır və bundan sonra Ermənistanın işğalçı niyyətindən çəkinməsi üçün bir dərsdir.

- Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsini planlaşdırıldığını vurğuladı: “Bu da Avropanın təbii qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək. Avropa İttifaqı post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər və biz daha fəal əməkdaşlıq etmək istərdik”. Prezident növbəti dəfə sağlam əməkdaşlığın, iqtisadi əlaqələrin önəmini bildirərək dövlətlərin yalnız qərəzsiz, obyektiv və ədalətli müstəvidə uğur qazana biləcəyinin mesajlarını verdi.

- Ermənistanın Azərbaycana təşəkkür borcu olduğunu qeyd etdi: “... Müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır. Biz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə vermişik. Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər”. 

- “Ermənirlər Türkiyə ərazi iddialarına son qoymalıdırlar” tələbilə, Prezident bütün müzakirə iştirakçılarının diqqətini heç kəsin bilmədiyi bir məqama yönəltdi: “Düşünürəm ki, Nizami Mərkəzinin çox üzvü bilmir ki, Ermənistan konstitusiyasında onların Türkiyəyə ərazi iddiaları var. Bu, gülüncdür. Ərazisi kiçik, əhalisi az olan ölkənin, böyük ölkəyə və NATO-da ABŞ-dan sonra ikinci orduya sahib olan Türkiyəyə qarşı ərazi iddiaları var. Bu, gülüncdür. Bu, onların əllərindədir, onlar bu ərazi iddialarına son qoymalıdır və onda bəlkə onların kommunikasiyaları açmaq imkanı olacaq. Çünki əgər onlar Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasalar, onların vəziyyəti hətta müharibədən əvvəl olduğundan da pis olacaq”. 

- Qüds şəhəri ilə bağlı Azərbaycanın ədalətli mövqeyini nümayiş etdirdi: “Bizim mövqeyimiz həmişə aydın olub. Yenə də biz beynəlxalq ədaləti, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təşviq edirik”.

- Dəymiş zərərin hesablanması üçün beynəlxalq şirkətlərin dəvət edildiyini və işğalçıların beynəlxalq məhkəmələrə veriləcəyini bildirdi.

- Ermənistanla sülh sazişi üzərində işləməyə hazır olduğunu bildirdi: “ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, bu, irəli getməyin yeganə yoludur və revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Yəni, çoxlu imkanlar və gözləntilər var, ancaq biz ABŞ administrasiyasının tam olaraq işə başlamasını gözləyir və mesaj almaq istəyirik ki, onlar bizimlə münasibətləri necə qurmaq istəyirlər”.

- İsrail dövləti ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı

Bütün bu amillər sübut edir ki, İ.Əliyev təkcə regionda deyil, bütün dünyada yeni münasibətlər sisteminin formalaşmasında əsas fiqurlardandır. Ölkələrarası mədəni və iqtisadi-siyasi əlaqələrin bundan sonra daha modern və sağlam şəkildə qurulmasında Azərbaycanın əhəmiyyəti bir daha nümayiş olundu.

Eyni zamanda, İ.Əliyev bütün məsələlərə məntiqli və əsaslı şəkildə yanaşmaqla, Azərbaycanın haqlı olduğunu bir daha sübut etdi. Neçə ki o, müharibə zamanı dünyanın 26 nüfuzlu media qurumuna müsahibə verərək bütün suallara açıq və aydın şəkildə cavab vermişdi. Hətta verilən qərəzli suallara Prezidentin arqumentli cavabları bir çoxlarını çıxılmaz duruma salmışdı.

İ.Əliyev müharibə dövründə təkcə Ermənistanı tərksilah etmədi, o həm də Azərbaycana qarşı olan digər qüvvələri də qətiyyətli addımları ilə zərərsizləşdirməyi bacardı. 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında 4 saat ərzində 35 media qurumunun 50-dək sualına cavabları Prezidentin yüksək bacarığından, diplomatik məharətindən, dərin elmi-politoloji biliklərə sahib olmasından və böyük liderlik keyfiyyətlərindən xəbər verirdi.  

Samir Feyruzov

Azsiyasət.com

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR