"Bu dəfə müharibə Qarabağda olmayacaq" - Politoloq

26 may, 2021 17:42

“Azərbaycan müharibədə qələbə qazandıqdan sonra Ermənistanla sərhədi müəyyənləşdirməyə başlayıb. Bu normal proses Ermənistanda narazılıq yaradıb. Çünki 30 ilə yaxındır sərhədin nə olduğunu bilmirdilər, Qarabağ və ətraf rayonların əbədi nəzarətlərində qalacağını zənn edirdilər və buna alışmışdılar”.

Azsiyasət.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq indi Azərbaycan hərbçilərinin ermənilərin bu “alışqanlığına” son qoyduğunu vurğulayıb:

“Ermənistan hakimiyyəti çox istəyir ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə etsin. Ancaq Rusiya və təşkilat prosesə müdaxilə etmir və bu, İrəvanın daha çox narazılığına səbəb olur. Ermənilər bu məsələdə özlərini təklənmiş kimi hiss edirlər. Bu arada Ermənistan belə bir xəbər yaydı ki, Azərbaycan sərhədçiləri atəş açıblar və bir erməni hərbçisi həlak olub. Ancaq bu xəbəri rəsmi Bakı təkzib etdi. Əksinə bizə tərəf atəş açırlar”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan hakimiyyətinin məqsədi sərhəddə vəziyyəti gərginləşdirmək və Rusiyadan dəstək almaqdır:

“Çünki Ermənistan müharibədə itirdiklərinin yerini doldura bilməyib, sərhədini qorumayacaq duruma sürüklənib. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdə Rusiyanın işə qarışmasını xahiş edib. Rusiya niyə müdaxilə etməlidir ki? Sərhəd iki dövlət - Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Əgər Rusiya prosesə müdaxilə edərsə, Rusiyanın Azərbaycanın münasibətləri gərginləşəcək. Kreml bunu istəmir. Rəsmi Bakı isə bunun qarşılığında Ermənistana gizli yollarla ötürülən “İsgəndər – M” raketləri məsələsini qabartmamağa qərar verib. İyunun 20-də Ermənistanda parlament seçkisi keçiriləcək. Rusiya Ermənistanda hakimiyyətə kimin gəlməsini müəyyənləşdirmək istəyir. Azərbaycanı isə Ermənistandakı parlament seçkisi və onun nəticələri maraqlandırmamalıdır”.

Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan fasilə vermədən sərhədin müəyyənləşdirilməsi prosesini davam etdirməlidir:

“Sərhəd müəyyənləşdikcə Azərbaycan sərhədçiləri strateji məntəqələrə nəzarəti ələ keçirirlər. Bu sıraya Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini göstərə bilərik. Bu Azərbaycan üçün strateji üstünlük qazandırır. Bu, o deməkdir ki, Ermənistan gələcəkdə yenə Azərbaycana qarşı təxribata baş vurarsa, yenidən Qarabağda separatçılığa başlayarsa, bu halda müharibə yalnız Qarabağı əhatə etməyəcək. Bu dəfə Azərbaycan ordusu sərhəddən nəzarət saxladığı Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini hədəf seçəcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR