Qərb riyakarlığının nümayişi: Assanc xaindir, Protaseviç qəhrəman?

27 may, 2021 12:06

Lukaşenko öz hakimiyyətinin Qərb xüsusi xidmət orqanları tərəfindən devrilməsini istəmir, Qərbin Belarusu "Avropanın Suriyası"na çeirmək cəhdləri baş tutmur. 

May ayının 23-də Yunanıstandan Litvaya uçan “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsi Belarus hava məkanından keçərkən göyərtəsində bomba olduğu iddia edilərək paytaxt Minskə endirildi və təyyarədəki müxalif jurnalist, “NEXTA” telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviç həbs edildi. Protaseviçin həbsi Belarus hökumətinə qarşı sərt qadağaların tətbiq olunmasına gətirib çıxardı: Avropa İttifaqı Belarusla hava sərhədlərini tam bağladığını elan etdi, ABŞ prezdenti C.Bayden Belarusa qarşı tədbirlər görəcəyini bildirdi, Fransa və Avropa İttifaqının üzvləri Belarusla hava uçuşlarını ləğv etdilər, Litva və Latviya Belarus diplomatlarını öz ölkələrindən çıxarmağa başladı, hələ qarşıda iqtsadi sanksiyaların tətbiq ediləcəyinin anonsunu verirlər. Amma...

Görəsən, Aİ və Qərb dövlətləri ABŞ tərəfindən təqib edilən WikiLeaks-in təsisçisi, jurnalist Culian Assancla bağlı məsələlərdə niyə etiraz etmirdilər?

Bu müddət ərzində Qərb dövlətləri C.Assanca görə ABŞ-la hava uçuşlarını niyə ləğv etmədi? Niyə Aİ ölkələri ABŞ-a qarşı sanksiyalar tətbiq etmirdilər? Nə üçün ABŞ diplomatları Avropa ölkələrindən qovulmurdular?

Cavab çox sadədir: “Demokratiya” libası geyinərək bütün bu oyunların başında duran elə ABŞ-ın özüdür, istəmədiyi adamı terrorçu elan edir, istədiyi adamı qəhrəman! Adı da olur Qərb demokratiyası!

ABŞ Assancı tələb edir, bəs Belarusun Protaseviçi tələb etməsini niyə qəbul etmir?

C.Assanc ABŞ-ın ölüm təhdidindən qorunmaq üçün düz 8 il Ekvadorun Londondakı səfirliyinə sığındı, 2012-ci ildən 2019-cu ilin aprelinə qədər səfirlikdə yaşadı. Assancın artıq 50 yaşı var, o, 10 ildir ABŞ-ın ölüm təqiblərindən qurtulmaq üçün gizlənməyə məcburdur. Onu sonuncu dəfə ABŞ-ın tələbi ilə İngiltərə polisi Ekvador səfirliyində həbs etdi. Fransa buna niyə etiraz etmir?

Assanc nə edib?

Assanc ABŞ-ın İraq və Fələstindəki apardığı müharibələrlə bağlı ciddi sənədlər yaymışdı. ABŞ-ın Şərq dövlətlərindəki amansız və qəddar siyasətini minlərlə məxfi sənədlər yaymaqla ifşa edən 18 maddə ilə ittiham olunur və ABŞ-a ekstradisiya olunacağı təqdirdə onu 175 il həbs gözləyir.

Protaseviç nə edib?

Hazırda Minsk şəhərinin 1 saylı istintaq təcridxanasında saxlanılan və oradan lentə alınaraq ictimailəşdirilən videomraciətdə R.Protaseviç deyir:

“İstintaq təcridxanasının əməkdaşlarının mənə münasibəti son dərəcə nəzakətli və qanuna uyğundur. Hazırda istintaqla əməkdaşlığa davam edirəm və Minsk şəhərində kütləvi iğtişaşların təşkil olunması faktı üzrə etirafedici ifadələr verirəm”.

Söhbət 2020-ci ilin avqust ayında Belarusda baş tutan prezident seçkilərindən sonra keçirilən kütləvi aksiyalar zamanı “NEXTA” teleqram kanalının yaydığı məlumatlardan gedir. Bu kanal vasitəsilə Belarus xalqı kütləvi iğtişaşlara, qırğınlara səslənirdi, ölkənin dörd bir yanı mitinqlərlə alovlanırdı. Düzdür, Protaseviç ötən ilin sentyabrından etibarən kanaldakı fəaliyyətini dayandırıb. Amma bu onu məsuliyyətdən azad edirmi?

Lukaşenko nə düşünür?

Hazırda Qərbin əsas hədəfinə çevrilən Belarus prezidenti Aleksandr Lukaşenko mayın 26-da Protaseviç barədə danışaraq mühüm məqama toxunub:

“Müdafiəçiləri bu şəxsin hansı xüsusi xidmət orqanlarında çalışdığını izah etsinlər. Kimlərin ona pul verdiyini açıqlasınlar”. ABŞ, Fransa və Aİ ölkələri öncə Protaseviçin kimliyini, hansı amala xidmət etdiyini açıqlamalıdırlar. Təcrübə göstərir ki, ABŞ, Fransa və müxtəlif Qərb dövlətləri ifşa oluan casuslarını məhz bu şəkildə ciddi-cəhdlə müdafiə ediblər. Tarixi nümunələr də kifayət qədərdir.

Lukaşenko Protaseviçin ölkədə qarışıqlıq salmağa hazırlaşdığını da deyib: “Roman Protaseviç və yoldaşları qırğın və qanlı üsyan törətməyə hazırlaşırdı. Bir ekstremist şəriki də vardı. Terrorçular siyahısına daxil edilib. Bunu kim bilirdi?”.

Belarusdan ədalət tələb edən Qərb öncə öz ədalətini nümayiş etdirməli, Assanc başda olmaqla, haqqında ən ağır maddələrlə ittihamlar irəli sürdüyü jurnalistlərin, ictimai fəalların təqibini dayandırmalıdır. 

Öz ölkəsində jurnalistləri təqib edən, haqlarından cinayət işi açan dövlətlərin başqa bir dövlətin daxili işlərinə müdaxiləsi yolverilməzdir. Əslində bu dövlətlər Protaseviçin Qərbin layihəsi olduğunu nümayiş etdirir. Tixonovskyananın müraciətləri, onun öz ölkəsinin – Belarusun cəzalandırılması, iqtsiadi sanksiyaların tətbiqi ilə bağlı Qərbdən tələbləri bir daha göstərir ki, bu, projedir. Neçə ki, ötən ilin avqust ayında hər iki şəxs eyni məqsədə xidmət edirdi. Biri müxalif lider kimi tribunaya qaldırıldı, digəri anarxist çıxışlarla xalqı kütləvi qırğınlara, dağıdıcılığa səslədi.

Əgər C.Assanc sabah Belarusa sığınmağı bacarsa, o zaman ABŞ Belarus dövlətindən onun həbs edilərək ekstradisiya olunmasını tələb etməyəcəkmi? Edəcək!

Bu məntiqlə baxanda haqqında cinayət işi qaldırılan, beynəxalq axtarışa verilən belaruslu bloqer Protaseviçin həbsinin qanunsuz tərəfi nədir?

Belarus hökumətinin haqqı var ki, Protaseviçin külli miqdarda vəsaiti necə əldə etdiyini və bu vəsaitlərlə onun öz ölkəsində həyata keçirdiyi iğtişaşların səbəblərini araşdırsın. Əgər arxasından hansısa Qərb xüsusi xidmət orqanının barmağı çıxacaqsa, nə olacaq?

Bəziləri Lukaşenkonu diktator adlandırmaqla bloqerin həbsini onun növbəti səhvi kimi qiymətləndirirlər.

Amma ortada bir həqiqət var: Qərbin Belarusu “Avropanın Suriyası”na çevirmək cəhdləri hələki baş tutmur.

Ötən ilin təzyiqləri qarşısında Lukaşenko tab gətirməyi bacardısa, öz ölkəsini qırğınlardan xilas edə bildisə, o zaman onun öz ölkəsini bundan sonra da qorumağa haqqı var. Ən azı, Lukaşenko Qərbin təzyiqləri və Belarusun Suriyaya çevrilməsi fonunda hakimiyyətdən getməməlidir. Məncə, onun istədiyi də budur: hakimiyyətdən dağıdıcı proje nəticəsində yox, Belarusu rahat relsə çıxarıb getmək istəyəcək. O, öz hakimiyyətinin Qərb xüsusi xidmət orqanları tərəfindən devrilməsini istəmir. Üstəgəl, bu üsulla devrilən prezdentlərin sonrakı aqibəti də yaxşı olmayıb. Və Lukeşanko bütün bunları bilir. O, özünün gələcəkdəki təhlükəsizlik zəmanətini də məhz Belarus xalqından, Belarus dövlətindən almaq istəyir.

Müəllif: Samir Feyruzov,

Azsiyasət.com

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları