Səbinə Əliyeva cəzalandırılacaqmı? - and içdiyi qanunları tapdalamaq...

22 avqust, 2020 15:28

Bəzi yumşalmalar olsa da, ölkəmizdə karantin rejimi hələ də hökm sürür. Çünki koronavirus təhlükəsi hələ aradan qalxmayıb, hər gün bu xəstəliyə yoluxan insanlar var. Qapalı məkanlarda toy məclisləri təşkil etmək qadağan edilib. Avqustun 18-dən etirabərn kafe və restoranların fəaliyyət göstərməsinə icazə verildi. Amma şərtlər müəyyənləşdirilmişdi. Restoranların həyətlərində - açıq havada 6 nəfərdən artıq olmamaq şərtilə insanların istirahətinə icazə verildi. Restoraların zallarında toy təşkil etmək qadağan edilib.  

Buna baxmayaraq, tutduğu vəzifə səlahiyyətlərindən, əlindəki imtiyazlardan istifafə edən bəzi şəxslər öz övladlarına, nəvərlərinə toy məclisləri təşkil etdilər. Məsələn, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev nəvəsi Fidan Əliyevaya toy mərasimi təşkil edərək bütün qayda-qanunları ayaq altına atmış oldu.

Əslində onun bu addımı atmaqda məqsədi insanlarda dövlətə qarşı inamsızlıq yaratmaqdan ibarət idi, hələ də özünü “toxunulmaz”, “əvəzolunmaz” hesab edən R.Mehdiyev bu hərəkəti ilə həm də “əzələ nümayiş” etdirmiş oldu.

Amma faydası olmadı. Qanun qarşısında hər kəs eyni şəkildə məsuliyyət daşıyır. R.Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası bu gün Abşeron rayon Məhkəməsinin hökmü ilə 15 sutkalıq həbs edildilər. Hər iki şəxsin qoluna qandal vuruldu.

R.Mehdiyevin nəvəsinin toy mərasimində YAP-ın İcra katibinin müavini, deputat Siyavuş Novruzov da iştirak edib. Dünən yerli mətbuata verdiyi açıqlamada “toyda iştirak etmişəm, düz eləmişəm” açıqlaması ilə S.Novruzov ölkə qanunlarına və xalqa olan “hörmətini” bir daha ortaya qoymuş oldu. O, karantin qaydalarını pozaraq toyda iştirak etdiyinə görə, YAP rəhbərliyi tərəfindən töhmət aldı.

Ancaq həmin toy məclisində S.Novruzovun həyat yoldaşı, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edirdi. Hesab edirik ki, Azərbaycan xalqının hüquqlarını qoruyacağına, insan hüquq və azadlıqlarının təminatçısı olacağına and içən S.Əliyeva da cəzalandırılmalıdır.

Bu məsələdə cəmiyyətin daimi lağ obyektinə çevrilən, öz ciddiliyini tamamilə itirən S.Novruzov kimi şəxsləri bəlkə də başa düşmək olardı, ancaq Ombudsmanın belə bir kobud qanun pozuntusuna yol verməsi qətiyyən başadüşülən deyil. Gözləyək, Azərbaycan Konstitusiyasına and içərək Ombudsman olan, daha sonra isə həmin Konstitusiyaya hörmətsizlik edən S.Əliyeva cəzalandırılacaqmı?

Samir,

Azsiyasət.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR