Türkiyənin Şuşada məktəb tikməsinə mane olan kimlər idi? - Azərbaycana və Türkiyəyə qarşı plan...

01 iyun, 2021 12:10

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Şuşada Üzeyir Hacıbəyli adına məktəbin inşa edilməsi ilə bağlı son tviti Azərbaycan-Türkiyə münasibətlərinin ən incə detallarından birinə güzgü tutdu.

Hər iki dövlət arasında xalqların sağlam ruhuna, tarixi köklərə və milli dövlətçilik ənənənələrinə söykənən əsl qardaşlıq münasibətlərinin olduğu şəksizdir.

Ancaq Azərbaycan-Türkiyə arasındakı bu münasibətlərə zərbə vurmaq üçün müəyyən qüvvələrin mövcudluğu da heç kimdə şübhə doğurmur. Bu qüvvələrin Azərbaycan və Türkiyə münasibətlərinə ən incə, həssas nöqtələrdən toxunmağı onların planlı fəaliyyətinin və bu istiqamətdə illərə söykənən peşəkarlığının göstəricisidir. Düşünməliyik: bu qüvvələr D.Baxçalıya yanlış məlumat verərək ona tvit yazdıracaq qədər irəliləməyi bacarıblar?

Milliyətçi liderdə əminlik yaradan və ona tvit yazdıran mənbə nə dərəcədə mötəbərdir?

Məsələyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin çevik və dolğun reaksiyası son nöqtəni qoydu və Şuşada məktəbin inşasına tezliklə başlanılacağı bildirildi: “Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər”.

Məsələ bundadır ki, D.Baxçalıya yanlış məlumat verilib, ancaq o, hər adamın yanlış məlumatına inanacaq qədər sadəlövh də deyil. D.Baxçalı heç vaxt dedi-qodu əsasında konkret qərara gələrək tvit yazmadı və məktəb tikintisi ilə bağlı Azərbaycan hökumətinin razılıq vermədiyi kimi bir iddianı ortaya atmazdı.

Əsas suallardan biri budur: O, bu “dəqiq” məumatı kimdən alıb? Ona yalan məruzəni edən kimlərdir?

Bütün bunlar təsadüfdürmü? D.Baxçalının tvitinin yazıldığı tarixlə üst-üstə düşən məsələlərə diqqət edək:

- Həmin vaxt Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfər edəcəyi (15-16 iyun) və bu səfər çərçivəsinə onun Şuşaya da gedəcəyi açıqlandı.

- Eyni vaxtda Türkiyənin Milli Təhsil naziri Ziy Selçuk Azərbaycanda səfərdə idi.

Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix nə vaxt açıqandı? 27 may tarixində! Bəs Türkiyənin Milli Təhsil naziri Z.Selçuk Azərbaycanda nə vaxt səfərdə idi? 27 may tarixində!

Bəs D.Baxçalı məlum tviti nə vaxt yazdı? 29 may tarixində! Cəmi iki gün sonra... 

Deməli, müəyyən qüvvələrin əsas hədəflərindən biri həm də Ərdoğanın səfəri ərəfəsində iki ölkə arasında anlaşılmazlıqlar yaratmaqdır.

İkibaşlı oynamağa çalışdılar. Ərdoğan və Baxçalı arasındakı dərin bağlılıq da bu qüvvələri narahat etməmiş deyildir.

Ən vacin məqamlardan biri:

Milliyətçilər Qarabağ məsələsində azərbyacanlılar qədər möhkəm iradəyə, dəyanətə və mövqeyə sahibdirlər. Milliyətçilər ən böyük qüvvələrdəndir ki, on illərdir Qarabağ məsələsi Türkiyədə məhz onların ideoloji, milli və barışmaz tədbirləri sayəsində Azərbaycanın ədalətli mövqeyi konktekstində masada qorunub saxlanılır. Müharibədə məğlub olan Ermənistandan təzminat əvəzinə Zəngəzuru Azərbaycan üçün tələb edən də məhz onlar idi.

Bəs Şuşada məktəbin tikintisinə mane olmaqla iki dövlət arasında çat yaratmaq istəyən hansı qüvvələr ola bilər?

Birincisi, Rusiya!

Bu məktəbin tikilməməsi üçün hazırda Ermənistan Rusiyaya nüfuz etməyə çalışır. Ciddi amildir: Şuşada məktəb tikintisinin təşəbbüskarları millliyətçilərdir. Sabah Şuşada, Qarabağda hər hansı bir təxribat olacaqsa, bütün milliyətçilər müsəlləh əsgərə çevriləcəklər. Bütün bunları Rusiya gözəl başa düşür. Şuşada belə bir məktəbin açılması orada Türkiyənin mövqeyinin daha da güclənməsi deməkdir. Şuşanın başı üzərindən uçan adi quş belə ürək bulandıracaqsa, bu, ilk növbədə Türkiyəni dərindən narahat edəcək. Orada baş verənlərə Türkiyənin müdaxiləsi qaçılmaz olacaq. Türkiyə tikdiyi məktəbi də, Şuşanı da hər vəchlə qorumalı olacaq. Necə ki, Qarabağ müharibəsi zamanı minlərlə milliyətçi türk döyüşmək üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirdilər.

İkincisi, FETÖ!

Nəzərə almaq lazımdır ki, FETÖ terror təşkilatı hər bir ölkəyə təhsil müəssisələri ilə daxil olur. FETÖ-ya qarşı amansız mübaizə aparan Türkiyənin Şuşada məktəb açması bu qüvvələrin Azərbaycandakı projelərinə dərin zərbə vurmayacaqmı?

Ortada cavabsız qalan suallardan biri budur: Baxçalıya verilən yanlış məlumat hansı mətbəxtdə bişib: Azərbaycandan ora ötürülüb, yoxsa elə Türkiyənin özündən Baxçalıya nüfuz edə biliblər?  

Həmçinin, 4 il sonra tarix yetişəndə - Rusiya sülhməramlılarının Qarabağdan çıxması üçün müddət başa çatanda Türkiyəni heç bir halda proseslərdən kənarda tutmaq mümkün olmayacaq. Hazırda Qarabağda aparılan işlərdə Türkiyənin mühüm rolu gələcəkdə Rusiya sülhməramlılarının bölgədən çıxması üçün də əsas amillərdən biri ola bilər.

Diqqətçəkən digər bir məqam:

Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman R.T.Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi. O zaman başqa suallar ortaya çıxır: belə bir mötəbər qərar bu iki gün ərzində Baxçalıya niyə çatdırılmayıb?

Azərbaycan və Türkiyə prezidentləri hər iki dövlətin bundan sonra daha sıx tellərlə bağlılığı üçün mühüm addımlar atmaqdadırlar. Azərbaycanda son qərarı verən İlham Əliyevdir! Onun Türkiyə ilə bağlı mövqeyi, qətiyyəti də ortadadır! Eləcə də Ərdoğanın Azərbaycan üçün etdikləri əvəzolunmazdır. Deməli, iki dövlət arasındakı münasibətlərə heç bir halda xələl gətirə bilməyəcəklər. Şuşada da Üzeyir Hacıbəylinin adını daşıyan məktəb də tezliklə tikiləcək.  

Samir Feyruzov,

Azsiyasət.com

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR