"YAŞAT" Marafonu: Azərbaycan diasporunun milli həmrəyliyi

03 iyun, 2021 14:59

Bir müddət əvvəl Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonunun təşkilinə start verildi. “YAŞAT” Marafonunun təşkilində əsas məqsəd şəhid ailələrinə və qazilərimizə kömək məqsədilə dünya azərbaycanlılarının bu amal uğrunda birliyinə nail olmaq, onları “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

Şübhəsiz ki, dünya azərbaycanlılarına olunan çağırışdan söhbət gedirsə, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyəti və təşəbbüsü ön xəttə çıxır.

Dünya azərbaycanlılarının bu prosesə cəlb olunması onların şəhid ailələri və qazilərimizə dəstək addımları ilə məhdudlaşmayacaq. Əgər proses sağlam şəkildə və uzaq perspektivə hesablanmış addımlarla reallaşacaqsa, o zaman bunun gələcəkdə aşağıdakı müsbət nəticələrini də görə bilərik:

- Diaspor təşkilatları ilə Azərbaycan dövləti arasında ünsiyyət arta, etimad və inam yüksələ bilər,

- Azərbaycan diaspor təşkilatlarının milli ideologiya ətrafında birləşmək meylləri güclənə bilər,

- Müxtəlif qurumların şəffaf fəaliyyətinə ictimai nəzarət imkanları arta bilər,

44 günlük Vətən Müharibəsi zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin xarici ölkələrdəki diaspor təşkilatlarımızla konsolidə olunmuş tədbirləri müsbət nəticələri ortaya çıxarmışdı. Diaspor təşkilatlarımızın müxtəlif ölkələrdəki qətiyyətli və davamlı addımları Azərbaycan əsgərinin döyüş cəbhəsindəki qələbəsini şərtləndirən əsas amillərdən biri idi.

Müharibə dövründə xaricdə yaşayan azərbaycanlıların əsgərlərimizə dəstək aksiyalarına qoşulması, əsgərlərimizin təminat məsələsinə verdiyi mənəvi və maddi dəstək onların “YAŞAT” Marafonu çərçivəsində də eyni dərəcədə iştirakına dərin ümidlər yaradır.

“YAŞAT” Fondunun şəhid ailələri və qazilərimizlə bağlı atdığı addımların nəticələri barədə hər gün ictimaiyyətə ətraflı məlumat verilir.

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz (Quliyev Şahmar Anar oğlu, Əliyev Xəyyam Şəadət oğlu, Quliyev Şəhriyar Əsa oğlu, Eyvazov Səbuhi Rahim oğlu, Məmmədov Seymur Rafiq oğlu, Hüseynov Ülvi Məsum oğlu) sağalaraq bu gün Vətənə geri döndü.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq, hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. Ən əsası, qazilərimizin müalicəsini tam yekunlaşana qədər “YAŞAT” Fondu onları nəzarətdə saxlayacaq.

Bütün bu amilləri nəzərə alaraq deyə bilərik ki, dünya azərbaycanlılarının şəhid ailələri və qazilərimizə dəstək prosesinə qoşulması milli qürur və dövlətçilik məsələsidir. Xaricdə yaşayan azərbaycanlılar müharibə zamanı Ordumuza verdiyi dəstəyi bundan sonra da əsirgəməməlidirlər. Şəhidlərimiz və qazilərimiz dövlətimizin milli kimliyidir, bu milli kimliyi unutmağa qoymamalı və yaşatmalıyıq. Bu məsələdə xaricdə yaşayan azərbaycanlıların çiyinlərinə böyük və şərəfli məsuliyyət düşür.

Diasporla İş üzrə Dövlət Komitəsinin şəhid ailələri və qazilərimizə dəstək aksiyasının təşəbbüskarı rolundan çıxış etməsi xaricdə yaşayan azərbaycanlıların bütün dünyada milli həmrəyliyinin nümayişi prizmasından vacib addımdır. Xüsusilə də, Avropa ölkələrində, ABŞ-da və Rusiyada yaşayan azərbaycanlıların bu prosesdə iştirakı olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, ermənilər Avropa ölkələrində müxtəlif təbliğat maşınlarını işə salıblar. Belə bir məqamda xaricdə yaşayan azərbaycanlıların milli həmrəylik göstərməsi, Azərbaycan dövlətinə öz dəstəyini ifadə etməsi müharibədən sonrakı diplomatiya və informasiya cəbhəsindəki qələbəmizə də böyük töhfə vermiş olacaq.

Samir FEYRUZOV

Azsiyasət.com

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR