Paşinyanın Makrona dediyi bu söz Kremli qıcıqlandıracaq

03 iyun, 2021 21:50

Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın iyunun 2-də Fransaya səfəri İrəvanın sərhəd məsələsində Parisdən növbəti dəfə dəstək almaq məqsədi daşıyırdı. Fransa Prezidenti Emmanuel Makron da Paşinyanla görüşdə dedi ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər.

Azsiyasət.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Bildirilib ki, Makron bu açıqlamanı ikinci dəfədir səsləndirir:

“Fransa prezidentinin məsələnin mahiyyətini bilmədən yalnız ermənilərin mövqeyini səsləndirməsi bu ölkənin vasitəçi statusuna kölgə salır. Makron prezident olduğu müddətdə Fransa-Azərbaycan münasibətlərini əvvəlki axarına qaytarmaq çətin olacaq. Bunun üçün Makron Azərbaycana münasibətini dəyişdirməlidir. Ancaq Makron müharibə və ondan sonrakı dövrdə olduğu kimi ermənipərəst siyasətini davam etdirir.

Nikol Paşinyanın Makronla görüşdə səsləndirdiyi digər cümlə diqqəti çəkdi. Paşinyan Ermənistanda keçirilən son sorğuya istinad edərək dedi ki, ermənilərin Fransaya rəğbəti daha da artıb. Bu açıqlama Kremldə xoş qarşılanmayacaq. Çünki həmin sorğunun nəticəsinə görə, ermənilərin Fransaya artan rəğbəti Rusiyaya azalan rəğbəti müqabilində baş verib. Ermənilər düşünürdülər ki, Rusiya gəlib onların əvəzinə Azərbaycanla savaşmalıdır və ya sərhəddə Azərbaycan hərbçilərini durdurmalıdır. Bu baş vermədikdə ermənilərin Rusiyaya rəğbəti azalmağa başlayıb”.

Analizdə vurğulanıb ki, Nikol Paşinyan Fransaya səfər etməklə parlament seçkisi öncəsi daha çox səs qazanacağına ümid edir. Paşinyan bir tərəfdən göstərir ki, o, ermənilərin daha çox rəğbət etdiyi Fransaya səfər edib, digər tərəfdən Fransa prezidenti yenə Ermənistanı dəstəkləyib:

“Buna baxmayaraq, Fransanın Azərbaycanla Ermənistan sərhəddinin müəyyənləşdirməsinə təsir etmək imkanı yoxdur. Azərbaycan Fransanı artıq vasitəçi dövlət kimi qəbul etmir. Fransanın Azərbaycana təzyiq etmək alətləri də yoxdur. Əksinə, Emmanuel Makron hər dəfə İrəvanı dəstəkləməklə Fransa-Azərbaycan münasibətlərinə zərbə vurur.

Bu arada, yəni iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələr keçirməsi diqqəti çəkdi. Tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında deeskalasiyanı müzakirə etdilər. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olundu.

Rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul edir. Ancaq Azərbaycan sərhəd məsələsini birbaşa Ermənistanla həll etməlidir. İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycanla sərhəddə yerləşsinlər. Digər tərəfdən İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycan sərhədçilərini yerləşdikləri məntəqələrdən çıxarsınlar. Bu isə mümkün deyil. Rəsmi Bakı Rusiya hərbçilərinin Ermənistan tərəfdə sərhəddə yerləşdirilməsinin əleyhinə deyil, bu, Rusiya ilə Ermənistanın daxili işidir. Ancaq bu Azərbaycan hərbçilərinin Ermənistanla sərhədi tam nəzarətə götürməsindən sonra mümkündür.

Moskva bu məsələdə ehtiyatlıdır. Kreml Azərbaycanla Ermənistan arasında moderator olduğundan Azərbaycana təzyiq etmək istəmir. Digər tərəfdən Türkiyə amili də var. Moskva sərhəd məsələsində Azərbaycana təzyiq etmək istəsə, Türkiyə sərhəd məsələsində Azərbaycana real dəstək verəcək, türkiyəli hərbçilərin Qarabağda yerləşməsi prosesi sürətlənəcək”.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib