“Ermənistan bu addımı atarsa, Azərbaycan Qarabağda antiterror əməliyyatına başlamalıdır”

04 iyun, 2021 17:05

“Seçkiyə iki həftədən bir az çox qalmış Nikol Paşinyanın tələsik Paris, Brüssel səfərinin çoxtərəfli məqsədləri haqqında müxtəlif versiyalar, fikirlər bildirmək olar. Amma, əsl məqsəd, elə “imzalanan kağızın problemi həll etmədiyini”, 10 noyabr üçtərəfli razılaşmasının Ermənistan üçün əhəmiyyəti olmadığını Avropa siyasi mərkəzlərində səsləndirmək olub”.

Azsiyasət.com xəbər verir ki, bunu təhlükəsizlik məsələri üzrə eksper İlham İsmayıl Nikol Paşinyanın Fransaya və Brüsselə səfərinin arxasında duran niyyətləri şərh edərkən bildirib.

Ekspert hesab edir ki, Paşinyan faktiki olaraq Qərbi Ermənistana çağırır. “Paşinyan sərhəd gərginliyi zamanı KTMT- yə, ayrıca Rusiyaya müraciət edərkən alacağı cavabı əvvəldən bilirdi və bu “yox” cavabı ona manevr etmək şansları verib”, -deyə İ. İsmayıl qeyd edib.

Maraqlıdır, o zaman Rusiyanın da imzaladığı razılaşmanın problemi çözmədiyini bəhanə kimi gətirən Paşinyan Qərbdən nə istəyir?

İlham İsmayıl onun müxtəlif hədələrinin olduğunu bildirir: “Birincisi, beynəlxalq qüvvələri Qarabağ probleminə cəlb edib, nəticə verməyən uzunmüddətli danışıqlara başlamaq, bu müddət ərzində Ermənistanın Qərbə inteqrasiyasını tədricən sürətləndirmək, bu zaman Rusiyanın təzyiqinə qarşı beynəlxalq birliyi qoymaqdır”.

Ekspertin sözlərinə görə, Paşinyanın Parisdə aşkar və gizli qapılar arxasında söylədikləri üçtərəfli razılaşmanın bitmiş kimi tanınması, problemin ATƏT-in Minsk Qrupu formatına qayıtması deməkdir.

“Bu zaman Rusiya sülhməramlı qüvvələrin yerinə beynəlxalq kontingentin daxil olmasının tələb edilməsi və bu məqsədlə BMT Təhlükəsizlik Şurasına müraciət nəzərdə tutulur. Fransa prezidentinin Cənubi Qafqaza girmək istəyi barədə açıqlaması da buradan qaynaqlanır. Paşinyanın sərhədlərdə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifi isə Rusiyanın bölgədə rolunun azalmasına, həmsədr ölkələrin kiçik də olsa hərbi kontingentini Ermənistana yerləşdirməyə hesablanıb. Fransanın BMT Təhlükəsizlik Şurasında erməni mövqelərini israrla müdafiə edəcəyi şübhəsizdir və daha da irəli gedib Azərbaycana qarşı sanksiyalar qəbul edilməsinə də cəhd edə bilər. Bütün bunlar Paşinyanın, sorosçuların, ABŞ, Avropa erməni diaspora təşkilatlarının arzusu, siyasətidir və Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Vovayeviç üzbəsürət bu planları müzakirə etmək üçün Avropadadır”,-deyə ekspert vurğulayıb.

İ.İsmayıl hesab edir ki, Nikol Paşinyan bu səfərlə Rusiyanın mövqelərinin sərtləşəcəyini bilir, amma Qərbin dəstəyi ona bu gün üçün real nəticə verməsə də yaxın gələcəyə hesablanmış addımdır:

“Real nəticə əldə etmək üçün Ermənistan siyasi qüvvələri arasında seçkidən əvvəl növbədənkənar parlament yığıncağının çağrılması və “Dağlıq Qarabağ Respublikasının” Ermənistan parlamenti tərəfindən tanınması məsələsi ciddi müzakirə olunur. Belə bir qərarın fəsadları olacağını erməni tərəf 30 ildir ki, bilir. Amma Fransa Senatının hər iki palatasının tanınmamış qondarma rejimi tanımaq haqqında qətnamələri, Fransa XİN rəsmisinin 24 apreldə İrəvanda Ermənistanın özünün DQ-ni tanımadığını bildirməsi, Rusiya prezidenti V.Putinin də müharibədən sonra bu fikri dilə gətirməsi düşmən tərəfi ürəkləndirib. Sonu yaxınlaşan parlamentin bu məqsədlə sonuncu dəfə toplanması istisna deyil. Və son toplantıda belə bir avantürist qərarın qəbul edilməsi Ermənistan üçün sonun başlanğıcı ola bilər”.

İlham İsmayıl hesab edir ki, əgər belə bir tanınma qərarı olarsa, biz XİN-in bəyanatı ilə kifayətlənəsi deyilik. 

“Azərbaycan ilk növbədə Laçın dəhlizi istiqamətində dövlət sərhədini tam nəzarətə götürməli, Ermənistan vətəndaşlarınının Azərbaycan ərazisinə girişi qadağan edilməli, qanunsuz hərbi birləşmə kimi keçmiş Dağlıq Qarabağ ərazisində dislokasiya olan erməni silahlı qüvvələrinə qarşı irimiqyaslı antiterror əməliyyatına başlamalı, Rusiya sülhməramlıların fəaliyyətinə xitam verilməli və Azərbaycan keçmiş Dağlıq Qarabağ ərazisində suverenliyini reallaşdırmalıdır. Bu yolda qardaş Türkiyə ilə birgə uzlaşmış siyasi-hərbi fəaliyyətə başlamalıdır. Düşmənin bizə qarşı yönəlmiş bütün siyasi-hərbi avantürasına qarşı sərt cavablar verməyə hər zaman hazır olmalıyıq”,-deyə ekspert vurğulayıb.

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...