Paşinyan, ABŞ səfiri və Azərbaycan təmsilçisi oteldə görüşüb? - Sensasion iddia

07 iyun, 2021 10:13

Ermənistanın "Qraparak" qəzetində qalmaqallı iddia gündəmə gətirilib. 

Azsiyasət.com xəbər verir ki, həmin iddiaya görə, ABŞ səfiri Linn Treysi və baş nazir Nikol Paşinyan Sünikdə "təsadüfən" eyni oteldə gecələyiblər. Həmçinin iddia edilib ki, nə qədər qəribə də olsa, guya həmin oteldə Azərbaycanın adı açıqlanmayan təmsilçisi də var imiş. 

Qəzet iddia edir ki, bu "təsadüfi görüş"də üçtərəfli müzakirənin əsas mövzusu məhz Zəngəzur dəhlizi olub.

Guya bu "təsadüfi görüş"dən sonra Azərbaycan Silahlı Qüvvələri "Qaragöl" gölü ətrafında mövqe tutublar. Və Azərbaycan tərəfi bu bölgədən Naxçıvana dəhlizi reallaşdırmaq niyyətindədir.

Təbii ki, bütün bunlar Ermənistan mətbuatında yer alan iddialardır. Mövzunu şərh edən musavat.com yazır ki, iddianın uydurma olduğu və məqsədyönlü şəkildə gündəmə gətirildiyi açıq-aşkar nəzərə çarpır. Və müəlliflərin konkret hədəflərinin olduğu da qətiyyən diqqətdən yayınmır.

Belə ki, ABŞ, Azərbaycan təmsilçisi və N.Paşinyan eyni anlaşma içərisində göstərilir. Ancaq qəribə də olsa, onların müzakirə etdikləri mövzunu tam dəqiqliyi ilə bilsələr də, guya Azərbaycan təmsilçisinin kimliyi barədə məlumat ala bilməyiblər. Bu isə o deməkdir ki, ən azından məlumatın məhz bu hissəsi uydurmadır.

Böyük ehtimalla ABŞ və Azərbaycanın eyni mövqedən çıxış etdiyi, N.Paşinyanın isə bu iki ölkəyə satılması barədə rəy yaratmağa çalışırlar. Və bununla da Ermənistan seçicilərini ABŞ-ın dəstəklədiyi N.Paşinyan hakimiyyətinə səs veriləcəyi təqdirdə, rəsmi İrəvanın Azərbaycana sərfəli "məxfi anlaşma"nı seçkilərdən sonra icra edəcəyinə inandırmaq istəyirlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR