Robert Koçaryan Qarabağ ermənilərini səsverməyə çağırır - Seçiciləri pulla ələ alır

07 iyun, 2021 20:51

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində seçicilərin pulla ələ alınması haqda xəbərlər gəlir. Əvvəlcə Nikol Paşinyanın əsas rəqibi hesab edilən keçmiş prezident Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” bloku hakimiyyəti bu taktikadan istifadə etməkdə günahlandırıb. Blokun seçki qərargahının nümayəndəsi Aram Vardavanyan deyib ki, Sünik və Qeqarkunik vilayətlərində kəndlilərə subsidiyaları “nəyə görəsə məhz indi” paylamağa başlayıblar. Onun fikrincə bu, seçicilərin ələ alınması cəhdidir.

Lakin digər xəbərlərə görə, seçicilərin ələ alınması mexanizmini Robert Köçəryan da işə salıb, özü də söhbət birbaşa ələ alınmadan gedə bilər. Belə ki, Köçəryan bu məqsədlə böyük vəsait ayırıb və onun adamları seçicilərə “Ermənistan” blokuna səs vermək üçün pul təklif edirlər.

Habelə Köçəryan seçkilərə Qarabağda yaşayan erməniləri də cəlb edir. Onları Gorusa daşıyırlar və orada seçici kimi qeydə alırlar. Bu da təsadüfi deyil, çünki Qarabağ ermənilərini praktiki olaraq R.Köçəryanın elektroratı hesab etmək olar. Bəlli olduğu kimi, işğal illərində Dağlıq Qarabağın praktiki olaraq bütün sakinləri qanunsuz olaraq Ermənistan pasportları alıblar və nəticədə formal olaraq bu ölkənin vətəndaşları hesab edilirlər. Yəni onların Ermənistanda səs vermək imkanları var.

Siyasi texnoloq Karen Köçəryan jurnalistlərə açıqlamasında deyir ki, seçicilərin pulla ələ alınması hər yerdə rast gəlinir, amma Ermənistanda bunu kobud şəkildə, “balta üsulu” ilə edirlər. O, əvvəlki seçkilərdə də seçicilərə pul paylanılması hallarının geniş yayıldığını xatırladıb.

Qeyd edək ki, R.Köçəryanın seçiciləri pulla ələ almaq üçün maddi resurslarının kifayət qədər olduğuna şübhə yoxdur. O, Qarabağda talançılıqdan və daha sonra Ermənistana rəhbərlik edərkən qurduğu korrupsiya sistemindən milyardlarla dollar qazanıb. Köçəryan kapitalının bir hissəsini Rusiyanın “Sistem” maliyyə korporasiyasının səhmlərinə yatırıb və son vaxtlara qədər özü də həmin korporasiyanın direktorlar şurasında təmsil olunurdu. Seçkilərə qatıldığı üçün şuradan istefa verib.

Seçiciləri pulla ələ almaq təcrübəsindən oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası da əvvəllər geniş istifadə edib, indi də onun adamlarının bu resursdan istifadə etdiyi haqda xəbərlər var.

Virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR