"Son 4 ayda 80 min vətəndaş Ermənistanı tərk edib" - Robert Koçaryan
08 iyun, 2021 16:10
“Son 4 ayda 80 min vətəndaş Ermənistanı tərk edib. Son 25 ildə belə rəqəmlər qeydə alınmayıb”.
Azsiyasət.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti, “Ermənistan Alyansı” seçki blokunun lideri Robert Koçaryan Sisian şəhərinin sakinləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, son 3 ildə Ermənistan ordusu məhv edilb:
“Birdən yadlarına (hökunməti nəzərdə tutur-red.) düşüb ki, onu qurmaq lazımdır. Onlar gələcəkdə də ordunu məhv edəcəklər. İqtisadiyyatda artım vəd etdilər, ancaq kəskin azalma baş verdi. O (baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı nəzərdə tutur-red.) müharibəni uduzduğumuz üçün fəxr etdiyini deyir”.