Rusiyada azərbaycanlıları öldürənlər niyə qəhrəman kimi təbliğ olunur... - İKİ VACİB NÜANS

09 iyun, 2021 13:48

2019-cu ilin iyul ayının 8-də Rusiyada “Rokko” barında düşən dava zamanı 27 yaşlı azərbaycanlı Fazil Balayev Anatoli Qrudistov tərəfindən qətlə yetirilmişdi. Anatoli F.Balayevin gözündən atəş açmışdı. Federal axtarışa veriləndən 9 gün sonra A.Qrudistov təslim olmuşdu və Rusiya prokurorluğu onu “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə təqsirli bilmişdi. Elə buna görə də müxtəlif “hüquqi” əsaslarla Qrudistov həmin vaxt sərbəst buraxılmışdı. Lakin azərbaycanlıların ciddi mübarizəsi nəticəsində Qrudistov yenidən həbs edildi və bu günlərdə istintaqı başa çatdı, ona 8 il həbs cəzası verildi.

Kütləvi dava zamanı 27 yaşlı gənci güllələyən dava iştirakçısına “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə iş açmaq əsl rəzalət idi. Bu maddə öldürülən azərbaycanlıların qanının batırılması üçün Rusiyanın biçdiyi “qanuni ölüm libası”dır. Şübhələr isə öz təsdiqini tapmaqdadır: Rusiyada azərbaycanlıları və digər qeyri-millətlərin nümayəndələrini öldürənlər məhz bu maddə ilə ittiham olunurlar. Deməli, azərbaycanlıları qətlə yetirən əslində Rusiya qanunlarıdır, ruslar bu qətllərin sadəcə icraçılarıdırlar. Qrudistov Rusiyada əsl “qəhrəman” kimi təbliğ olunurdu. Bu məsələdə Rusiya hüquq-mühafizə orqanlarına bağlı olan media qurumları, hüquq müdafiəçiləri xüsusi canfəşanlıq göstərirdilər, hətta qatilin əməlləri “Rusiya dövlətinə xidmət” kimi dəyərləndirilirdi. Ermənilər Qrudisovun azadlığa çıxması üçün bütün resurslarını səfərbər etmişdi .

Anatoli Qrudistov

Ssenari dəyişmədi, təxminən 2 il sonra Rusiyada polis 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin başından atəş açaraq onu qətlə yetirdi. V.Abdullayevi qətlə yetirən polis işçisi Aleksandr Qusev əvvəl həbs edilsə də, sonradan azadlığa buraxıldı və hazırda da azadlıqdadır.

Hətta Rusiya Federasiyasının ictimai palatasının üzvü, “Yedinaya Rossiya” partiyasından Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanı həmin polisin “xidmətə görə təltif olunmasını” təklif etdi. Bu gün Rusiya hüquq-mühafizə orqanlarına bağlı olan jurnalistlər, müxtəlif ictimai fəallar, siyasətçilər A.Qusevi müdafiə edərək, hadisəni “özünü müdafiə” kimi qiymətləndirirlər. Bu məsələdə ermənilər azərbyacanlı gəncin qanının batması üçün əllərində olan bütün resurslardan istifadə edərək Rusiya qanunlarını ayaqlar altına atırlar. “Russia Today” telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyanın bu istiqamətdəki fəaliyyəti xüsusilə diqqətçəkəndir.

Birincisi, 19 yaşlı V.Abdullayev yol qəza hadisəsi törədildiyinə görə saxlanılmışdı, Rusiya polisinin silah çıxararaq onu gülləməsinə ehtiyac yox idi. Bu, polisin timsalında Rusiya dövlətinin azərbaycanlılara qarşı dözümsüzlüyünün nümayişidir. Dininə, irqinə, dərisinin rənginə görə insanların qətlə yetirilməsi və nəticədə qatillərin cəsasız qalması Rusiya qanunlarının sadəcə kağız parçası olmasının və azərbaycanlılara qarşı aqressiv münasibətinin göstəricisidir.

İkincisi, bu məsələdə rusiyalı nasistlərin, xüsusilə də, Mariya Putina kimilərinin 19 yaşlı gəncin ölümünə haqq qazandırması, qatil polisin müdafiə etməsi göstərir ki, belələrinin millət vəkili kimi Rusiyanın adından danışması əslində elə təmsil etdiyi dövlətin rasist mahiyyətini ortaya qoyur.

Üçüncüsü, ermənilərin qatil polisi müdafiə edərək digər azərbaycanlılarının da öldürülməsinin vacibliyi ilə bağlı çağırışlar etməsi Rusiya qanunlarının onların əlində sadəcə aliminium teli olduğunun göstəricisidir. Ermənilərin Rusiyanın hüquq-mühafizə orqanlarını pulla ələ alaraq azərbaycanlıların öldürülməsini ört-basdır etməsi artıq adi hala çevrilib. Bu barədə isə yüzlərlə faktlar var.

Vəkil Abdullayev

Gözləyək... İnanmaq istəyirik ki, Rusiya ermənilərin, rasistlərin, qisasçı qrupların ayaqları altından qaldırıb öz qanunlarının ləyaqətlə icra olunmasını təmin edəcək. Əks təqdirdə, azərbaycanlılara qarşı həyata keçirilən silsilə qətl hadisələri bir daha isbatlayacaq ki, soydaşlarımızın öldürülməsi və qatillərin cəzalandırılmaması elə Rusiya dövlətinin öz rasist siyasətinin tərkib hissəsidir.

Samir Feyruzov

Azsiyasət.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR