Rusiyaya yaxınlaşaq, yoxsa Avropa və ABŞ-la münasibətləri möhkəmlədək? - ŞƏRH

10 iyun, 2021 10:14

Rusiya yaxın qonşudur, amma təhlükəlidir. Qərb uzaqdır, lakin vacibdir. Bir nüans da var: Azərbaycanda müxalif cameə hər zaman rəngli inqilabları, hakimiyyət dəyişikliyini nəzərdə tutan zorakı metodların tətbiqini Rusiya, İran kimi yaxın və avtoritar-teokratik dövlətlərdən yox, “demokratik Qərb”dən gözləyir. Çünki indiyədək dünyanın bir sıra ölkələrində bu tip iqtidar dəyişiklikləri, rəngli inqilabların şahidi olmuşuq. Hamısının da arxasında Qərb - Avropa və ABŞ dayanıb. Bu ziddiyyət necə izah oluna bilər? Bu mənada əslində ölkə olaraq çox çətin durumdayıq. Bu cür ziddiyyətli durumu öz xeyrimizə istifadə etmək heç də asan deyil.

Rusiya ilə dost-müttəfiq olaq, yoxsa Avropa və ABŞ-la münasibətləri möhkəmlədək? Hər ikisi ilə normal keçinmək mümkündürmü? Bu suallar indi daha da aktuallaşıb.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, biz uzun illərdir Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrini həyata keçiririk. Lakin strateji tərəfdaşlıq əlaqələrinin heç də bütün məqamları iki ölkə arasındakı münasibətlərin mühüm formalarında öz əyani təzahürünü tapmır. Bu, sadəcə olaraq, münasibətləri ifadə edən formal bir sözdür: 

“Rusiya son zamanlar SSRİ-nin yenidən bərpa edilməsini, postsovet məkanına daxil olan ölkələrin onun təsir dairəsinə mütləq daxil olmaları kimi istəyini ortaya qoymaqdan vaz keçmir. Hətta bu ifadələri, bu istəyi bəzən təhdid şəklində səsləndirir və postsovet məkanındakı bəzi ölkələrə qarşı ərazi iddialarını da dilə gətirir. Bax, buna görə də Rusiya ilə münasibətləri əlbəttə ki, qonşuluq münasibətləri kimi formalaşdırıb, indiki səviyyədə qorumağa çalışmaq lazımdır. Rusiya ilə düşmən olmaq bizə hazırda lazım deyil. Amma qərbyönümlü siyasət Azərbaycana müəyyən mənada, məncə, xeyir gətirə bilər. Çünki Qərbin öz dəyərlərini yaxın olmaq istədiyi ölkələrdə qurmaqdan başqa hər hansı bir zorakı metodlara əl atmaq fikri yoxdur. Qərb inandırma, özünün siyasi sisteminin dəyərlər sisteminin və bütövlükdə cəmiyyətdə hakim olan ictimai münasibətlər sisteminin üstünlüyünü sübut etməklə bunu dost olmaq istədiyi ölkələrdə görmək istəyir. Bəzən düzdür, Qərbin özünün demokratiyası da, demokratik dəyərləri də laxlama verir. Məsələn, Fransada olduğu kimi, xristian təəssübkeşliyinin, ikili standartların çox qaba formada özünü göstərməsi Qərb dəyərlərini gözdən salmaqda az rol oynamadı. Lakin belə görünür ki, bu münasibətlərin düzəlmək meyli var”.

Qabil Hüseynli: “Azərbaycanın nümunə götürə biləcəyi Qərbin inkişaf etmiş, demokratik liberal dəyərlərə malik olan siyasi sistemi ola bilər”

Politoloq hesab edir ki, bir sözlə, Azərbaycanın nümunə götürə biləcəyi ölkələr Qərbin inkişaf etmiş siyasi sistemi, demokratik liberal dəyərlərə malik olan siyasi sistemi ola bilər: “Məncə, orada formalaşmış sosial cəmiyyət modeli bizə nümunə ola bilər. Biz nə Rusiyanın getdikcə avtoritarlaşan siyasi sistemindən, xüsusilə millitaristləməni ön planda tutan xarici siyasət xəttindən, nə də ki, teokratik rejimin siyasətindən nümunə götürə bilmərik. Bu gün dünyanın əsas magistral inkişaf meylləri Qərbin liberal dəyərlərində öz təcəssümün tapıb”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR