Ərdoğan Baydenlə görüşə Qarabağ planı ilə gedir: Qovluqda nələr var?

11 iyun, 2021 10:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü NATO Liderləri Zirvəsi üçün Belçikanın paytaxtı Brüsselə gedəcək.

Azsiyasət.com “Hüriyyət”ə istinadən xəbər verir ki, Ərdoğan sammit çərçivəsində ABŞ Prezidenti Co Bayden və NATO üzvü olan digər ölkələrin liderləri ilə görüşəcək.

Baydenlə görüşdə Türkiyə-ABŞ münasibətlərindəki yeni dövrün yol xəritəsi ətraflı müzakirə ediləcək. Regional məsələlər, xüsusilə iki ölkə arasındakı münasibətlər bütün ölçüləri ilə nəzərdən keçiriləcək. İki ölkə arasında 9 kritik mövzunun gündəmdə olacağı görüşdə əməkdaşlıq imkanları və Türkiyə üçün həssas olan məsələlərin həlli istiqamətində atılacaq addımlar ətrafında müzakirə aparılacaq.

Görüş Türkiyə-ABŞ münasibətlərində “yeni dövr”ün başlanğıcı hesab olunur.

Ərdoğan görüşdə FETÖ-nün ABŞ-dakı varlığı və Suriyada PKK-YPG terror təşkilatına verilən dəstək kimi məsələlərin həllinin Türkiyə-Amerika münasibətlərinin irəliləməsi üçün vacib olduğunu amerikalı həmkarının diqqətinə çatdıracaq. Görüş zamanı Bayden administrasiyasından müttəfiqlik münasibətlərinə uyğun olaraq bu məsələlərdə Türkiyəni qane edəcək addımları atması tələb ediləcək.

Ərdoğan-Bayden görüşündə ən kritik mövzulardan biri də, “S-400” məsələsi olacaq. Eyni zamanda, Türkiyənin “F-35” proqramından çıxarılması və sanksiyaların əsassız olduğu və müttəfiqlik ruhuna uyğun olmadığı ifadə ediləcək.

Ərdoğan-Bayden görüşündə Suriya məsələsi kontekstində İdlibdəki hadisələr, qaçqın problemi, Liviyadakı gəlişmələr, Aralıq dənizinin şərqi məsələsi və Azərbaycandakı (Qarabağ) son vəziyyət də əsas müzakirə mövzularından biri olacaq.

İki liderin görüşü zamanı Türkiyə və ABŞ arasındakı 100 milyard dollarlıq ticarət hədəfi, qarşılıqlı investisiyalar və əməkdaşlıq imkanları ilə əlaqədar atıla biləcək addımlar da müzakirə ediləcək.

Ərdoğanın NATO Liderlər Sammitində alyansın Baş katibi Yens Stoltenberq Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, İngiltərə Baş naziri Boris Conson və Yunanıstan Baş naziri Kriakos Mitsotakislə də ikitərəfli görüşləri planlaşdırılır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR