Şoyqunun Bakı səfərinin prədəarxası - Nazirlə hansı məsələlər müzakirə olunacaq?

24 avqust, 2020 15:53

Sabah Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Bakıya işgüzar səfərə gələcək. Səfər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə baş tutub. Rəsmi açıqlamada səfərlə bağlı başqa məlumatlar verilməyib.

Bu səfər regionda mühüm siyasi proseslərin cərəyan etdiyi dövrə təsadüf edir. Ermənistanla növbəti hərbi qarşıdurma və Rusiyanın bu ölkəyə açıq-aşkar hərbi yardım göstərməsinin yaratdığı əhval-ruhiyyə aradan qalxmayıb. Prezident İlham Əliyev bu barədə rusiyalı həmkarından izahat istəsə də, Kremlin mövqeyinin nədən ibarət olması məlum deyil. Amma hadisələrin gedişatı göstərir ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir. Ermənistana açıq hərbi yardım göstərməsinə baxmayaraq, Rusiya hərbi gəmiləri heyətinin Bakıda duz-çörəklə, gül-çiçəklə qarşılanması, Azərbaycan hərbçilərinin bir qrupunun hazırda Moskvada hərbi oyunlarda iştirak etməsi bundan xəbər verir.

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri, türk hərbçilərindən nazir, Baş qərargah rəisi də daxil olmaqla, yüksək rütbəli heyətin Bakıya səfəri, burada verilən dəstək bəyanatları, perspektivdə əməkdaşlığın genişləndirilməsi barədə açıqlamalar da şübhəsiz Rusiyanı narahat edir.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri bir neçə məsələ ilə bağıldır. Politoloq hesab edir ki, Türkiyə-Azərbaycan danışıqları Moskvanı narahat edir. Çünki tərəflər arasında Türkiyə hərbi bazalarının burada yerləşdirilməsi ciddi müzakirə olunur. E. Şahinoğlunun sözlərinə görə, bu müzakirələr Rusiyanı narahat edən əsas məsələlərdən biridir: "Üstəlik, Prezident İlham Əliyev Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşdə dedi ki, Azərbaycan bundan sonra da Türkiyədən hərbi texnika alacaq. Məlumdur ki, son illərdə Türkiyənin hərbi sənaye kompleksi sürətlə inkişaf edir və Azərbaycan orada istehsal olunan məhsullara maraq göstərir. Yəqin ki, Şoyqu səfəri zamanı bu məsələlərlə bağlı da aydınlaşma əldə etməyə çalışacaq".

Politoloq hesab edir ki, Xəzərdə Rusiya ilə birgə keçirilən hərbi oyunlar Azərbaycanın maraqlarına cavab vermir: 

"Bu ərəfədə Rusiya hərbi gəmilərinin Bakı limanında lövbər salması da doğru deyildi. Çünki bir tərəfdən dövlət başçısı İlham Əliyev Vladimir Putinlə telefon danışığında bildirir ki, döyüşlərin getdiyi vaxt Rusiya Ermənistana tonlarla silah, texnika daşıyıb. Hətta telefon danışıqlarından sonra da bu proses davam edib. Bu hadisələrin fonunda Rusiya ilə birgə oyunlarda iştirak etmək, gəmilərini gül-çiçəklə qarşılamaq yanlış idi. Biz indi bütün bu məsələləri Şoyqunun qarşısında qaldırmalyıq: nədən Ermənistana bu həddə silah-texnika göndərirlər. Axı, bu, Rusiyanın vasitəçi kimi tərəfsizliyinə kölgə salır. Biz özümüzü elə göstərməməliyik ki, zəif tərəf bizik. Türkiyə ilə hərbi əlaqələrimizi yüksəltməyimizin səbəbi də odur ki, Ermənistanla qarşıdurmada qardaş ölkədən güclü şəkildə dəstəklənəcəyik".

azpolitika.info

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR