Azərbaycandakı ABŞ xüsusi təyinatlılarının komandiri Britaniyanı da satıb?

25 avqust, 2020 00:41

2000-ci illərin əvvəllərində Azərbaycandakı ABŞ xüsusi təyinatlılarının komandiri olmuş Piter Debbins həm də Böyük Britaniyaya aid hərbi sirləri Rusiyanın Baş Kəşfiyyat İdarəsinə (GRU) ötürmüş ola bilər. Azsiyasət.com saytı virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “The Times” yazır.

Amerika xüsusi təyinatlılarının keçmiş zabiti, Azərbaycan və Gürcüstanda xidmət etmiş Piter Debins ötən həftə həbs olunub. O, GRU-ya işləməkdə, Azərbaycan və Gürcüstandakı Amerika xüsusi təyinatlı qrupuna aid məlumatları Rusiya hərbi kəşfiyyatına ötürməkdə ittiham olunur. Debbinsi ömürlük həbs gözləyir.

Piter Debbinsin anası keçmiş SSRİ-də anadan olub, onun özü ötən əsrin 90-cı illərinin ortalarında Çelyabinskdə Rusiya ordusunun zabitinin qızı ilə evlənib. ABŞ Ədliyyə Nazirliyinin bildirdiyinə görə, Debbins özü ruslara casusluq xidmətini təklif edib. Bildirib ki, özünü “Rusiyanın oğlu” hesab edir və ABŞ-ın dünyadakı nüfuzunun həddən artıq böyük olması ilə razılaşmır.

ABŞ Ədliyyə Nazirliyi Debbinsin ifşa edilməsi əməliyyatına görə Böyük Britaniyanın MI5 kəşfiyyat xidmətinə və London polisinə təşəkkür edib. Ancaq detalları açıqlamayıb. Qəzet yazır ki, kapitan Debbins Pentaqonun podratçısı qismində Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Olkonberi bazasında işləyib. Həmin bazadan ABŞ Hərbi Hava Qüvvələri də istifadə edir.

Piter Debbins, solda...

İttiham aktına əsasən Debbins 2004-cü ildə ABŞ xüsusi təyinatlıları ilə birlikdə Azərbaycana göndərilib. Burada onun barəsində “təhlükəsizlik rejiminin pozulmasına” görə təhqiqat başladılıb və məxfi məlumatlara çıxışı dayandırılıb. Təhqiqatın sonunda Debbins ABŞ-ın Azərbaycandakı xüsusi təyinatlıları qrupunun komandiri vəzifəsindən azad edilib. 2005-ci ildə isə orduda xidmətdən ayrılıb və Minnesota ştatında bir Ukrayna şirkətində işləməyə başlayıb. Lakin 2010-cu ildə yenidən hərbi sirlərə çıxış əldə edib və kibermüharibə üzrə təlimatçı, habelə Rusiya üzrə mütəxəssis kimi işləməyə başlayıb.

Belə ki, Debbins Pentaqonun podratçısı olan, kibertəhlükəsizlik, terrorçuluğla və casusluqla mübarizə üzrə ixtisaslaşmış “Co-Solutions” şirkətinin işçisi kimi Rusiya üzrə mütəxəssis qismində Böyük Britaniyaya gedib. 2020-ci ilin yanvarında onun Böyük Britaniyada işi başa çatıb. Hələlik Debbinsin bu ölkədə işləyərkən hərbi sirləri ruslara ötürüb-ötürmədiyi haqda rəsmi məlumat yayılıb.

İttiham aktında Debbinsin GRU agentləri ilə çoxsaylı şəxsi söhbətlərinin təfərrüatları da yer alır. Bu da ona dəlalət edir ki, GRU-da işləyən hansısa agent Debbinsin fəaliyyətinə dair hesabatı ya Britaniya, ya Amerika kəşfiyyatına ötürüb.

GRU-dan kuratorlar Debbinsə bildiriblər ki, əgər o, kuratorlarla təcili əlaqəyə çıxmaq istəsə Analar Günü və ya Qələbə Günü açıqcaları göndərə bilər.

O da bildirilir ki, Debbins ötən ildən başlayaraq amerikalı agentlərlə də əməkdaşlıq edib və avqustun 21-də onu Virciniyada görüş zamanı həbs edəndə çox təəcüblənib. Debbinsin qohumları iddia edir ki, onu “rus əsilli olduğuna görə” təqib edirlər.

London polisinin nümayəndəsi isə təsdiq edib ki, onlar bu işdə Amerika hakimiyyətinə kömək ediblər. “Lakin biz bu işin təfərrüatlarını müzakirə etmək istəmirik”,-mənbə deyib.

 

 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi