"Bu ağılsız insanın sayıqlamasından başqa bir şey deyil" - Rəsul Quliyev

14 iyun, 2021 09:15

“Ermənistanda parlament seçkiləri qabağı Koçaryan və onu dəstəkləyən Sərkisyanın çıxışları təəssüf doğurur. Koçaryan 1992-ci ildə etdiyi "qəhrəmanlığlı " ordu yaratmaq qəhrəmanlığını yenidən təkrar edəcək və Zaqafqaziyanın pələngi ordusunu yaradacağından sayaqlayır”.

Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeeri Rəsul Quliyev deyib. O, bildirib ki, həmin dövrdə də ağıldan kəm olan bu şəxsin beynində tam deqradasiya gedib və heç bir analiz etmədən  sayaqlayır. “Güclü ordu yaratmaq istəyən insan ilk növbədə düşmən saydığı ölkənin imkanlarını analiz etməlidir. Hər halda Ermənistan Türkiyəyə qarşı yox, Azərbaycana qarşı ordu yaratmaqdan danışır. 

İndi analizə keçək.

1. Düşməni Azərbaycanın iqtisadi imkanları Ermənistandan ən azı 5-8 dəfə artıqdır. 

2. Ordu üçün çağırıla biləcək əsgər və zabitlərin sayı Ermənistandan ən azı 4 dəfə artıqdır.

3. Müharibəni udmağın həlledici faktoru zabitlərin təhsili Azərbaycan və Türkiyə hərbi akademiyalarında NATO proqramı ilə həyata keçirilir. Azərbaycan zabitlərin bir qismini İsrail hərbi məktəblərində də oxutdura bilər. 

Bunların qarşısında Ermənistanın hərbi hazırlığı ancaq bir ölkə, Rusiya tərəfindən baş tuta bilər. Azərbaycan aldığı silah sursatı təkmilləşdirmək imkanına malikdir, Ermənistan yox. 44 günlük Vətən Müharibəsi demək olar ki, eyni silahlardan istifadə edən Azərbaycanın hansı səviyyədə Ermənistandan yuxarıda dayandığını əyani göstərdi. Ona görə Köçaryanın Azərbaycanın qarşısında dura biləcək, hətta qalib gələ biləcək ordu yaradacaq bəyanatları ağılsız insanın sayaqlamasından başqa bir şey deyil.

Rusiya sülhməramlılarının Azərbaycanda olmasını dəstəkləməyən ABŞ onların Qarabağdan çıxarılmasında hər 3 ölkəni Azərbaycan, Ermənistan və Türkiyəni dəstəkləyəcək. Ermənistanın inkişaf edə biləcək gələcəyi Azərbaycanla hərtərəfli müqavilə bağlanılmasından və Türkiyə ilə əlaqələrin bərpa edilməsindən keçir. Bunu anlamayan siyasətçinin Ermənistanda hakimiyyətə gəlməsi Ermənistan dövləti adlı ölkənin olmasını keçmiş tarixə keçirilməsi ilə nəticələnəcək.

Ermənistan bir məsələni də anlamalıdır. “Əgər düşmənin sənin torpaqlarını işğal etməsini istəmirsənsə, həmişə hücuma hazır ol” nzəriyyəsini Azərbaycan bütün dərinliyi ilə mənimsəyib.

Azərbaycanın Türkiyə ilə bağlayacağı sazişlər bir çox qızmış başların üzərinə soyuq su tökəcək, əminəm”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR