YAP-da növbədənkənar qurultay: Kimlər rəhbərlikdən uzaqlaşdırılacaq? - SİYAHI

25 avqust, 2020 09:57

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin qalmaqallı toy mərasimi hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəziyyəti gərginləşdirib.

R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin toy sahibi kimi karantin rejiminin pozulmasına görə təqsirləndirilərək 15 sutka həbs edilməsi, mərasimə qonaq qismində qatılan YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzova töhmət verilməsi, ardınca onun partiyadakı vəzifəsindən istefa verməsi, YAP-ın rəhbər strukturunda təmsil olunan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun, eks-Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun cərimələnməsi bu gərginliyi artıran səbəblərdir.  

Üstəlik Ramiz Mehdiyevin də olaylara səssiz qalmaması, dünən qəzəbli açıqlama və bəzi mesajlar verməsi, üstüörtülü hədələməsi, eyni zamanda YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən bəzi deputatların qarşılıqlı ittihamlarla çıxış etməsi partiyada ciddi dəyişikliklər olacağı ehtimalını qüvvətləndirib.

Bu məsələni gündəmə gətirən digər səbəbləri də unutmaq olmaz: partiyanın üzvü olan bəzi icra başçıları, onların müavinləri olan YAP-ın rayon təşkilatının sədrləri, digər vəzifəli şəxslər həbs ediliblər, barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələrlə cinayət işi açılıb.

Bütün bunlar YAP-ın imicinə ciddi zəbə vurub.

Azsiyasət.com saytı modern.az-a istinadən yazır ki, proseslərin gedişi və baş verənlərin təhlili də göstərir ki, Yeni Azərbaycan Partiyası növbədənkənar qurultaya gedə bilər. YAP sədri, Prezident İlham Əliyev də bundan öncələr hakim partiyada struktur islahatlarının vacibliyini vurğulamışdı.

YAP-ın İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun açıqlamasını da yaddan çıxarmayaq: “Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü ölması bizi məyus edir. YAP çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun".

Deyəsən YAP-da gözlənilən ciddi  islahatların vaxtı-vədəsi artıq yetişib, hətta bu, labüdləşib.

Son hadisələr YAP-da dəyişikliklər məsələsini yenidən gündəmə gətirməklə yanaşı, partiya üzvləri arasında əsəbləri də tarıma çəkib, ikitirəlik yaradıb.

Söhbət təbii ki, YAP-ın rəhbər strukturlarında ehtimal olunan dəyişikliklərdən gedir. Məlum toy qalmaqalından sonra yaranmış gərginlik bəzi köhnə YAP-çıların rəhbər strukturlarda təmsilçiliyini sual altına düşürüb.

Bu aralar partiyada islahatlar aparılmalısının vacibliyi ayrı-ayrı YAP-çılar tərəfindən də tez-tez səsləndirilir. Məsələn, YAP Siyasi Şurasının üzvü, sabiq deputat, eks-icra başçısı Musa Musayev vaxtaşırı bu tələblə çıxış edənlərdəndir. Onun iki gün öncəki açıqlamasında bu tələb  bir daha gündəmə gətirilib.

“Partiyamıza qara niyyətlə gələnlər, öz şəxsi mənafeyini YAP-ın mənafeyindən üstün tutanlar, mənəm-mənəmlik iddiası ilə yaşayanlar ciddi cəzalanmalı və YAP-ın sıralarından uzaqlaşdırılmalıdırlar! YAP-da satqınlara, xəyanətkarlara, əqidəsizlərə, yaltaqlara, mövqesizlərə yer olmamalıdır! Cinayət və xəyanət olan yerdə cəza tədbiri görülməzsə, onda vətəndaşlarda partiyamıza qarşı inamsızlıq yarana bilər .

Bir daha deyirəm, yaxın günlərdə YAP-ın bütün rəhbər qurumlarında islahatlar aparılmalıdır, buna ciddi ehtiyac var”, - Musa Musa Musayev bildirib.

İslahat tərəfdarları olan YAP-çılar bildirirlər ki, əgər partiya növbədənkənar qurultaya getsə, bəzi yaşlı simaların, korrupsiya və rüşvətə görə həbsə düşənlərin, nöqsanlara görə vəzifədən kənarlaşdırılanların partiyanın rəhbər strukturlarından çıxarılacağı istisna deyil.

Məlumdur ki, YAP-ın rəhbər strukturları - İdarə Heyəti, Siyasi Şura, İcra katibliyi hakim partiyanın qurultaylarında formalaşdırılır. Onda dəyişikliyə gediləcəksə, növbədənkənar qurultay çağırıla bilər. Xatırladaq ki, YAP-ın sonuncu – VI qurultayı 2018-ci il fevralın 8-də keçirilmişdi.

Qeyd edək ki, YAP-ın Siyasi Şurası 84 nəfərdən ibarətdir. Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir.

Bəs YAP növbədənkənar qurultaya getsə, kimlər rəhbər strukturlardan çıxdaş edilə bilər?

YAP İdarə Heyəti və Siyasi Şura üzvlərinin siyahısını təqdim edirik. Siyahılara nəzər yetirməklə bu şəxslərdən kimlərin partiyanın rəhbər strukturlarından kənarlaşdırla biləcəyini təxmin etmək olar. Son hadisələr suları bir qədər durultdu...

İdarə Heyəti:

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov - müvəqqəti işləmir

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov - Milli Məclisin deputatı

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov - akademik

Bahar Muradova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə - müvəqqəti işləmir

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin - Milli Məclisin deputatı.

Siyasi Şura:

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

İsmət Abasov - təqaüdçü 

Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri

Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti

Vaqif Abdullayev - müvəqqəti işləmir

Fatma Abdullazadə - təqaüdçü 

Hacıbala Abutalıbov - təqaüdçü

Elnur Aslanov - müvəqqəti işləmir

Hüseynqulu Bağırov - müvəqqəti işləmir

Azad Balayev - Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini

Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Yaqub Eyyubov - Baş nazirin birinci müavini

Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri

Sədrəddin Əkbərov - müvəqqəti işləmir

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Cəmil Əliyev - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru

Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 

Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini 

Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı

Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini 

Vilayət Əliyev - Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru

Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri 

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə - Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru

Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri

Oqtay Əsədov - Milli Məclisin deputatı 

Ağabəy Əsgərov - «Azərbaycan» nəşriyyatının baş direktoru

Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı

Şahlar Əsgərov - Bakı Dövlət Universitetinin professoru

Ziyafət Əsgərov - Milli Məclisin Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Abdin Fərzəliyev - Nərimanov rayon İcra Hakimiyyətinin başçısı

Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi

İsa Həbibbəyli - Milli Məclisin deputatı, AMEA-nın birinci vitse-prezidenti

Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Aydın Hüseynov - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri

Hicran Hüseynova - Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

Vaqif Hüseynov - müvəqqəti işləmir

İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

Eldar İbrahimov - Milli Məclisin deputatı

Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri

Nazim İsmayılov - müvəqqəti işləmir

Süleyman İsmayılov - Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Mirkazım Kazımov - «Qasid» firmasının prezidenti

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri

Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru

Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Xeyrəddin Qocayev - Prezident təqaüdçüsü 

Musa Quliyev - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

Samirə Quliyeva - YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Yaqub Mahmudov - Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru

Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik 

Abel Məhərrəmov - akademik

Rafiq Məmmədhəsənov - müvəqqəti işləmir 

Novruz Məmmədov - Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektor

Ramin Məmmədov - Milli Məclisin deputatı, YAP Gənclər Birliyi sədrinin müavini

Şahin Məmmədov - Masallı rayon İcra Hakimiyyətinin başçısı

Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 

Misir Mərdanov - Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru

Aydın Mirzəzadə - Milli Məclisin deputatı

Bahar Muradova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri 

Musa Musayev - müvəqqəti işləmir

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri 

Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini

Seymur Orucov - Ağstafa rayon İcra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri

Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri

Hadı Rəcəbli - müvəqqəti işləmir

Arif Rəhimzadə - müvəqqəti işləmir

Vüqar Rəhimzadə - «İki sahil» qəzetinin baş redaktoru

Dilarə Seyidzadə - təqaüdçü 

Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Rizvan Vahabov - müvəqqəti işləmir

Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı

Mixail Zabelin - Milli Məclisin deputatı.

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı