Ərdoğanla Baydenin görüşü başa çatdı - YENİLƏNİB/FOTOLAR
14 iyun, 2021 22:55

Liderlərin görüşü başa çatıb. Müzakirələr 45 dəqiqə davam edib. Təkbətək görüşdən sonra heyətlərarası görüş başlayıb.
***
NATO Zirvə görüşü çərçivəsində Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasındakı ikitərəfli görüş başlayıb.
Azsiyasət.com xəbər verir ki, görüşdəki əsas müzakirə mövzusu S-400-lər olacaq.
Türkiyənin Rusiyadan satın aldığı S-400 hava sistemlərindən sonra Türkiyənin F-35 proqramından çıxarılması, bunun ardınca yaşananlar müzakirə olunacaq.







