Heydər Əliyev Azərbaycanın inkişafına necə nail olmuşdu? - Atəşkəs, "Əsrin müqaviləsi"...

15 iyun, 2021 09:34

1994-cü ilin may ayında Qarabağda atəşkəsi nəzərdə tutan “Bişkek” protokolunun imzalanması Azərbaycan üçün mühüm tarixi hadisə oldu. Bunun ölkəmiz üçün böyük siyasi və iqtisadi əhəmiyyəti var idi və təsadfi deyil ki, elan olunan atəşkəsdən sonra qəbul edilən qərarlar Azərbaycanın gələcək inkişafının qarantı oldu. Əgər atəşkəs əldə olunmasa idi, “Əsrin müqaviləsi” imzalana bilərdimi? Qətiyyən! Ərazisində müharibənin davam etdiyi dövlətlə heç kəs bu müqaviləni imzalamazdı.

Atəşkəsdən bir neçə ay sonra - sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndə 8 böyük dövlətin 13 nəhəng neft şirkəti iştirak etdi. Müqavilənin iqtisadi-siyasi, beynəlxalq əhəmiyyəti o qədər böyük idi ki, həqiqətən də Azərbaycanın növbəti minillikdə - XXI əsrdə ən əhəmiyyətli ölkələrdən birinə çevrilməsi ilə nəticələndi.

Atəşkəs sülhün, neft müqaviləsi isə Azərbaycanın inkişafının qarantına çevrildi.

Bəs Heydər Əliyevin hakimiyyətinin ikinci ilində imzalanan atəşkəs və “Əsrin müqaviləsi” Azərbaycana nə verdi?

- Atəşkəsdən sonra Qarabağda hərbi əməliyyatlar dayandı, bu, Azərbaycanın güclənməsi üçün atılan tarixi və strateji addım idi. Azərbaycanın güclənməsi və torpaqlarını işğaldan azad etməsi üçün isə güclü iqtisadiyyat, peşəkar ordu qurmaq lazım idi. “Əsrin müqaviləsi” ilə dünyanın bütün diqqəti Azərbyacana yönəldi, zamanla ölkəyə milyardlarla pul kütləsi daxil oldu, aparılan müdrik siyasət Azərbaycan iqtsiadiyyatının inkişafına, milli ordunun möhkəmlənməsinə, sənayeninin tərəqqisinə gətirib çıxardı. Və bütün bu tarixi hadisələrin kökündə təbii ki, yenə də mühüm şəxsiyyət amili dayanırdı - Heydər Əliyev!

- Azərbaycan neftdən gələn gəlirlərlə ölkədə sosial-iqtisadi layihələrə start verdi, 90-cı illlərin əvvəllərində “talon”larla növbədə dayanmağa məhkum edilən xalq bu dəfə rahat bazar şəraiti, pensiya, iş və maaşla təmin edildi.

- Məcburi köçkünlərin problemlərinin həlli əsas prioritet kimi götürüldü, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramlar qəbul edərək realllaşdırıldı.

- Azərbaycan ordusu ən müasir silahlarla təchiz edildi, beynəlxalq qurumların reytinq cədvəlində ordumuz peşəkarlığına və döyüş qabiliyyətinə görə ilk yerlərdə qərarlaşırdı.

- Paytaxt və rayonlar tamamilə öz simasını dəyişdi, ölkədə yüzlərlə park açıldı, minlərlə məktəb tikildi - təmir edildi, məscidlər və məədniyyət abidlərimiz dövlətin xüsusi həssas nöqtəsinə çevrildi. 

- Azərbaycanda yüz minlərlə iş yeri açıldı, yeni zavod və fabriklər, istehsalat müəssisələri fəaliyyətə başladı.

- Qeyri-neft sektorunun payı çoxaldı, Azərbaycan neft ölkəsindən sənaye ölkəsinə çevrildi, büdcənin neftdən asılılığı riski minimuma endirildi.

- Azərbaycan Ermənistanın işğalçı dövlət kimi tanınmasına tamamilə nail oldu, bütün beynəxalq təşkilatlarda ən yüksək tribuna əldə etdi, dünyanın ən böyük idman və mədəniyyət tədbirləri Bakıda keçirildi.

- Xalq-dövlət birliyi sosial-iqtisadi və siyasi-ideoloji rakursda daha da möhəmləndirildi.

Və artıq nəticə ortadadır: 1994-cü ildə atəşkəs əldə edən, “Əsrin müqaviləsi” ilə böyük imkanlar qazanan Azərbaycan 2020-ci ildə öz torpaqlarını işağldan da azad etdi. Əsas məsələ nə idi?

Yuxarıda sadalanan bütün addımların həyata keçirilməsinə Heydər Əliyev zamanında başlanılmışdı. Məhz onun sayasində Azərbyacan növbəti dəfə parçalanmaqdan xilas ola bilmişdi, elə dünya dövlətlərinin Azərbaycana olan müsbət münasibətini də o formalaşdırmışdı. O zamana qədər H.Əliyevi bütün dünya liderləri tanıyırdı, ən azı onun təcrübəsi, gördüyü işlər haqqında eşitmişdilər, oxumuşdular. Buna görə də dünya liderləri başa düşürdülər ki, H.Əliyevin zəmanəti ilə reallaşan layihələr perspektivli olacaq. Belə də oldu - H.Əliyevin siyasəti İlham Əliyev tərəfindən daha müasir, çevik və funksional şəkildə davam etdirildi.

Heç şübhəsiz ki, Azərbaycanın uğurlu inkişaf strategiyasının təməlində “Əsrin müqaviləsi” dayanır. Ancaq heç bir uğurlu layihə tarixi şəxsiyyət amili olmadan uğurla nəticələnə bilməz.

Samir Feyruzov 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR