15 iyun şifrələri: Ərdoğan niyə məhz bu tarixdə Şuşaya səfər edir... - SƏBƏBLƏR/RƏYLƏR

15 iyun, 2021 14:59

Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu həmin vaxt idi ki, Azərbaycan müstəqil dövlət kimi öz suverenliyini, müstəqlliyini tamamilə ilə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənistanla atəşkəs elan olunandan 26 il sonra – 2020-ci ildə İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan işğalda olan torpaqlarını azad etdi. Rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanda hazırkı vəziyyət olduqca kritikdir. Revanşist qüvvələrin pafoslu çağırışları, hökumətin idarəçilik mexanizmlərinin tamamilə iflic olması, erməni xalqının davamlı ertiraz mitinqləri rəsmi Yerevanın ağır şərtlərlə üz-üzə qoyub. Azərbaycan isə qalib dövlət kimi bütün resurslarını yenidən ordunun möhkəmlənməsinə, iqtisadi-sosial layihələrin reallaşdırılmasına və Qarabağın dirçəldilməsinə yönəldib. Ölkənin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi Azərbaycan xalqının iradəsinin ifadəsi kimi öz təsdiqini tapmaqdadır.  

İyun ayının 15-i Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan təqvimdir. Xalqımızın qurtuluş günü olan 15 iyun tarixi 2021-ci ildə Azərbaycan üçün ikiqat əhəmiyyətli tarixi hadisəyə çevrilir. Belə ki, qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşada olması olduqca ciddi siyasi-iqtisadi və beynəxalq əhəmiyyətə malikdir.

Bəs Ərdoğan niyə məhz 15 iyun tarixində - Milli Qurtuluş Günündə Şuşaya səfər edir? Bu, təsadüfdürmü? Yoxsa bu səfərin şifrələri var...

Birincisi, Qarabağın işğaldan azad edilməsindən sonra bu torpaqlara rəsmi səfər edən ilk dövlət başçısı R.T.Ərdoğandır. Bu amil Türkiyənin Qarabağın təhlükəsizliyi ilə bağlı bundan sonra da ciddi siyasi iradə ortaya qoyacağının göstəricisidir.

Həmçinin, Şuşanın Mədəniyyət paytaxtı elan edilməsindən sonra Türk dünyasının lideri hesab olunan Ərdoğanın bu səfəri Şuşanın təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün mühüm tarixi-mədəniyyət paytaxtı olmasının təsdiqi və nümayişidir.

İkincisi, Prezident İlham Əliyev Ərdoğanı məhz Qarabağda qarşıladı. Prezident səviyyəsində qarşılanma mərasiminin Qarabağda təşkili işğaldan azad edilən ərazilərin bundan sonra paytaxt Bakı qədər əhəmiyyətli bölgə olacağının Ermənistana da, bütün dünyaya da xatırlatmasıdır. 

Üçüncüsü, Azərbaycan-Türkiyə arasında bağlanacaq Böyük Müqavilənin Şuşada imzalanacağı bu bölgənin özünün siyasi-iqtisadi əhəmiyyətini artıracaq. Türkiyənin Azərbaycanla hərbi sahədəki əməkdaşlığı bundan sonra daha bir inqilabi mərhələyə qədəm qoyacaq.

Dördüncüsü, Rusiya sülhməramlılarının Qarabağda olmasına baxmayaraq, bu səfər bölgədə Türkiyənin nüfuzunun və resurslarının artacağı ilə nəticələnəcək. Qarabağın dirçəldilməsində Türkiyənin milli inkişaf konsepsiyalarından səmərəli şəkildə istifadə olunacaq.

Məsələ ilə bağlı Azsiyasət.com-a danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Ərdoğanın bu səfərinin 15 iyun tarixinə təsadüf etməsinin Heydər Əliyevin adı ilə bağlı olan tarixi günlə birbaşa bağılılığı var:

“Təbii ki, Prezident İlham Əliyev öz siyasi karyerasına başlayanda bildirib ki, Heydər Əliyevin siyasi kursunu davam etdirəcək. Bu baxımdan Ərdoğanın səfəri Türkiyənin əsas dostu, mütəffiqi Azərbaycan üçün də əhəmiyyətli bir tarixi günə düşməsi vacib məsələdir”.

Samir Feyruzov

Azsiyasət.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR