Dünyaya insan hüquqlarından "dərs" deyən Sara bu dəfə qədim yunanların DNK-sında erməni izləri “tapdı”

25 avqust, 2020 13:06

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Yaxın Şərq üzrə keçmiş direktoru, erməni əsilli Sarah Lee  Vaytson (Sarah Leah Whitson) özünün rasist və insan haqları ilə heç cür uzlaşmayan baxışlarını bir daha nümayiş etdirib.

Azsiyasət.com saytı virtualaz.org-a istinadən xəbər verir ki, uzun illər həmin təşkilatın çətiri altında Azərbaycana insan haqları dərsi keçməyə çalışan Sarah Lee növbəti qalmaqallı tvit-lə çıxış edərək qədim yunanların “erməni kökənli” olduqlarını iddia edib.

O iddia edir ki, yeni DNK araşdırmaları Yunanıstanda  ilk məskən salan insanların erməni əsilli olduqlarını “sübut edir”.

Xatırladaq ki, bu günlərdə Sarah Lee Vaytson İsrail dövlətini “fələstinlilərin haqlarını pozduğuna görə” faşist rejimi ilə müqayisə etmişdi və növbəti dəfə antisemit baxışlarını büruzə vermişdi.

İndi isə əslən Livan ermənisi olan, özünün qatı millətçi, irqçi və faşist mövqeyi ilə tanınan Amerika Erməni Milli Komitəsinin (ANCA) dəhlizlərində vurnuxan Sarah Lee Vaytson özünü növbəti dəfə ifşa edərək uzun illər işlədiyi insan haqları təşkilatından əslində irqçi, faşist baxışlarını həyata keçirmək üçün istifadə etdiyini təsdiqləmiş olur.

Bu qadın erməni faşizminə o dərəcədə aludə olub ki, hətta dünya tarixini də saxtalaşdırmağa cəhd edir. Əgər Sarah Lee Vaytson  növbəti tvitlərindən birində Adəm və Həvvanın da “erməni əsilli” olduqlarını bildirsə, yəqin ki, buna da təəcüblənmək lazım gəlməyəcək.

Qədim "ermənilər"

Ümumiyyətlə, insanlara münasibətdə rasizm və onların köklərinə dair hansısa DNK araşdırmalarına maraq göstərmək dərhal Hitler Almaniyasını və faşistləri yada salır. Əgər Sarah Lee Vaytson qədim yunanların əslində “erməni əsilli” olduqlarını “sübut edibsə” onun tərəfindən tamamilə məntiqli olardı ki, növbəti mərhələdə indiki Yunanıstanın “Böyük Ermənistana” aid olduğu barədə təbliğata başlasın.

Özü öz iç üzünü açan və çoxdan ifşa edilən, əslində insan haqları kimi bəşəri dəyərlərdən çox uzaq  biri olduğunu sübut edən bu erməni əsilli qadının nəyə görə hər fürsətdə antisemit mövqe nümayiş etdirdiyini onun son tviti daha yaxşı başa düşməyə kömək edir.

Hansı ki, bu cür rasist baxışlara malik olan birinin beynəlxalq səviyyədə insan haqlarının müdafiəsi ilə məşğul olması həmin universal dəyərlərə təhqir idi. Və “Human Rights Watch” təşkilatının insan haqları sahəsində mötəbər təşkilat statusuna iddia edə bilməyəcəyini ortaya qoyurdu.

Sarah Lee Vaytson illərlə  işlədiyi təşkilatda Azərbaycanı hədəf alıb və hər fürsətdə insan haqlarını pozmaqda ittiham edib. Əslində isə o, ANCA-nın Azərbaycan torpaqlarının işğal edilməsini insan haqları, Qarabağ ermənilərinin insan hüquqlarının müdafiə olunması ilə əsaslandırmağa çalışan mənfur ideologiyasına xidmət edirdi.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR