Putinin Şuşa bəyannaməsinə reaksiyası nə olacaq? - "Rusiya üçün indiki Türkiyə..."

16 iyun, 2021 13:52

Azsiyasət.com Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarovun yenisabah.az-a verdiyi müsahibəni təqedim edir: 

- Şuşa bəyannaməsində hərbi müttəfiqliklə bağlı nəzərdə tutulan maddələri necə qiymətləndirirsiniz?

-Türkiyə-Azərbaycan arasında olan hüquqi bazanı, ikitərəfli əlaqəni nizamlayan sənədlərin sayı 300-dən çoxdur. Bu sənədlər müxtəlif sahələri əhatə edir. İndi bəyannamədə göstərilən bəndlər birdən-birə ortaya çıxmayıb. Azərbaycanla Türkiyə arasında uzun müddətdir ki, hərbi əməkdaşlıq mövcuddur və günü-gündən güclənir. 

Təbii ki, sözügedən bəyannamə bundan əvvəl  olan razılıqları daha da gücləndirir və gələcəkdə əməkdaşlığın inkişaf istiqamətlərini göstərir. Həmçinin bildirim ki, bəyannaməni daha çox Azərbaycanın təhlükəsizlik təminatı baxımından qiymətləndirirəm. Orada 1921-ci ildə imzalanan Qars müqaviləsilə bağlı maraqlı istinad var. Bu sənədi yada salarkən biz bilməliyik ki, Türkiyə və Rusiyanın Naxçıvana aid təminatı mövcuddur. Yəni onun Azərbaycana məxsus olması ilə bağlı status təsdiq olunub. 

İndiki Şuşa bəyannaməsini isə məhz bu təminatın davamı kimi görmək olar. Çünki artıq Türkiyənin təhlükəsizlik təminatı təkcə Naxçıvana yox, digər bölgələrə də şamil edilə bilər. Bir mövzunu da qeyd etmək lazımdır ki, bu bəyannamənin qəbul olunması birbaşa NATO sammitindən sonra baş tutdu. Biz gördük ki, orada Türkiyənin rolu və mövqeyi ciddi şəkildə Qərb dövlətləri tərəfindən dəstək aldı. Bu baxmdan Türkiyənin Qərb maraqlarını Cənubi Qafqazda həyata keçirməsi NATO tərəfindən Türkiyənin rolunu daha da gücləndirir.

- Ermənistanın atəşkəsi pozarsa, bəyannaməyə əsasən, Türkiyə hərbi qüvvəsini bölgəyə yerləşdirə bilər?

- Hazırkı mərhələdə o steriotiplərdən bir az uzaq olmaq lazımdır. Çünki qələbəmizdən sonra Ermənistan ordusu darmadağın olub. Onlar indi o iqtidarda deyillər ki, kiməsə qarşı hansısa təhlükə yaratsınlar. Bu məsələlərə, gərək, daha geniş baxılsın, çünki daha böyük mövzulara aid bir məsələdir. Orada həm Türkiyə, həm Azərbaycan prezidenti tərəfindən səslənən sülh və əməkdaşlığa çağırış bu faktı göstərir ki, indiki mərhələdə Azərbaycan üçün Ermənistan hərbi təhlükəni heç bir halda təşkil edə bilməz.

- Sizcə, Rusiyanın Şuşa bəyannaməsinə reaksiyası necə olacaq?

- Bu, çox maraqlı sualdır. Yenə əvvəldə qeyd etdiyim məsələyə qayıtmaq istərdim. Biz görürük ki, uzun müddətdən sonra NATO toplantısı baş verib və burada Türkiyənin rolu barəsində səslənən fikirlər və təmasların nəticəsi onu göstərir ki, artıq Türkiyə ciddi şəkildə Qərbin dəstəyini alıb, olduqca maraqlı bir faktdır. 

Biz bilirik ki, ilin əvvəlində ABŞ Administrasiyası tərəfindən Türkiyə ilə əlaqələrin təzədən qiymətləndirilməsi ilə bağlı fikirlər səsləndirilirdi. Görünür, qiymətləndirmə onu göstərib ki, Türkiyəsiz bu regionda Qərbin hansısa fəallığı mümkün deyil. Bunu Rusiya da çox yaxşı başa düşür. Amma Rusiya-Türkiyə münasibətləri və xüsusilə Ərdoğan-Putin münasibətlərinə əsasən, deyə bilərik ki, artıq bir neçə ildir yaşanan problemlərdə müzakirə yolu ilə ortaq məxrəcə gəlinir və məsələlər həll olunur.  

Bunu bizim bölgəyə və Ermənistan-Azərbaycan münaqişəsinə də aid etmək olar. Lakin biz görürük ki, Rusiya ilə Qərb ölkələri arasında gərginlik artmaqdadır. O fikri çatdırmaq istəyirəm ki, Rusiya üçün indiki Türkiyə  Cənubi Qafqazda daha əlverişli partnyordur, nəinki digər NATO və ya Qərb ölkələri...

- Ərdoğanın səfərindən sonra Putinin də Azərbaycana və Ermənistana səfər edəcəyini proqnozlaşdırırsınız?

- Normal səfərlər təbii ki, davam edəcək. Ümumiyyətlə, düşünürəm ki, bu istiqamətdə həm Türkiyə-Rusiya, həm Azərbaycan-Rusiya arasında təmaslar həddən artıq aktivdir və burada hansısa problem görmürəm. Problemlər daha çox Rusiya-Ermənistan istiqamətində mövcuddur. Çünki müxtəlif siyasi dairələr var və xüsusilə seçkiqabağı müxtəlif konsepsiyalar irəli sürürlər.

- Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyannamə imzalaması və bunun bütün dünyaya nümayiş etdirilməsi Ermənistanda keçirilən seçkilərə necə təsir edəcək? Bu, Paşinyanın hakimiyyətinin sonunu gətirə bilər?

- Təsir artıq görünür. Levon Ter-Petrosyanın bəyanatını yada salmaq istəyirəm. Bu proseslər-Azərbaycan torpaqlarının işğalı məhz onun vaxtında baş verib. O, belə bəyanatla çıxış edib ki,  artıq məsələn həll olunub və dünya Qarbağı Azərbaycanın bir hissəsi olaraq tanıyır. Hesab edirəm ki, reallığı qəbul etmə prosesi Ermənistan ictimaiyyətində hələ davam edəcək. Əminəm ki, Şuşada qəbul olunmuş sənədlər Ermənistan ictimaiyyətinə birbaşa mesajdır ki, birincisi, məğlubiyyəti qəbul etsinlər, ikincisi, Türkiyə və Azərbaycan Azərbaycanın hansısa ərazisini Ermənistana vermək niyyətində deyil, üçüncüsü, əgər sülh istəsələr, biz buna hazırıq. Bu mesajlar Ermənistana hesablanıb və öz nəticəsini verəcək.

- Prezidentin fon olaraq məhz ermənilər tərəfindən dağıdılan binanı seçməsi dünyaya hansı mesajı ötürdü?

- Bu, çox vacib bir mesaj idi və xarici medianı izləyən şəxslər görürlər ki, orada göstərilən mənzərə tamamilə fərqlidir. Məsələn, dünən mən  İsrailin RTVI kanalına müsahibə verdim. Çox populyar kanaldır, üç redaksiyası var, Moskva, Tel-Əviv və Nyu-Yorkda yerləşir. Hazırda onun sahibi ermənidir, biznesmendir. Onların sualı belə idi: “Azərbaycan oradakı erməni mədəni irsini qorumaq üçün nə edəcək?”. Mən isə, “Baxın, siz göstərən kadrlarda fona fikir verin. Şuşa azərbaycanlılar yaşayan bir şəhər idi. Görün, ermənilər nə günə salıb. Hələ digər yerlərə də nəzər salın. 

Əslində, aktual məsələ ondan ibarətdir ki, burada erməni mədəni irsindən söhbət getməməlidir. İlk növbədə Azərbaycan xalqının  oradakı mədəni irsini bərpa etmək lazımdır. Yaşamaq üçün şərait yenidən yaradılmalıdır. Artıq neçə ay keçib, lakin hələ də qayıtmağa imkan yoxdur, çünki ermənilər hər şeyi dağıdıb”,-dedim. Oradakı minalar barədə də danışdım. Bu misalla onu demək istəyirəm ki, ermənipərəst media mənzərəni elə göstərir ki, guya Azərbaycan gedib torpaq zəbt edib. Ona görə də təbliğat istiqamətində işlər daha fəal getməlidir. Şuşada baş verən proseslər bizim təbliğatımızda istifadə olunacaq mühüm hadisələrdir.

- Son olaraq bilmək istərdim ki, sizcə, bütün baş verənlərdən sonra, Ermənistan Ərdoğanın sülh paktında iştirakla bağlı təklifinə müsbət cavab verəcək?

- Təəssüflər olsun ki, təkcə Ermənistanın yox, digər tərəflərin də orada iştirak etməsində bəzi çətinliklər mövcuddur. Məsələn, Qərbin bəzi dairələri narahatdır ki, Zəngəzur dəhlizinin bərpasından sonra, “3+3” formatı eyni zamanda kommunikasiyaların bərpasını və işlək vəziyyətə gətirilməsini nəzərdə tutur.

Kommunikasiya əsasında isə iqtisadi və digər əməkdaşlıq bərpa olunacaq. Həmçinin bəzi Qərb dairələri narahatdır ki, eyni zamanda “Şimal-Cənub” dəhlizi bərpa olunacaq, yəni Rusiya-İran dəmiryolu əlaqəsi yaranacaq. Bununla yanaşı Gürcüstan tərəfindən də narahatlıq mövcuddur, onlar Rusiya ilə əməkdaşlığa hələ hazır deyillər, çünki işğal olunmuş ərazi problemi var. Yəni problemlər çoxdur. 

Amma bu fikirlərin xüsusilə Türkiyə və Azərbaycan tərəfdən səslənməsinin vacib olduğunu hesab edirəm. Çünki biz gələcəyə, normal həyatı bərpa etməyə hazır olduğumuzu göstəririk. Əbədi düşmənlik olmayacaq, gec-tez normal şərait bərpa olunmalıdır, dünya tarixi onu göstərir ki, bir-biri ilə uzun müddət müharibə aparan ölkələr indi əməkdaşlıq üçün hansısa yollar tapır. O baxımdan ötürülən mesaj Azərbaycanın təbliğatı baxımından indiki mərhələdə böyük üstünlüklər verir.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"