Ərdoğan "Cənubi Zəngəzur dəhlizi" deyəndə nəyi nəzərdə tuturdu? 

17 iyun, 2021 12:10

İyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində təhlükəsizlik, hərbi təminat, o cümlədən Zəngəzur dəhlizi kimi bir sıra məsələlərə toxunulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadakı çıxışı zamanı Zəngəzur dəhlizindən söz açarkən “Cənubi Zəngəzur dəhlizi” ifadəsinə yer verib. Bu isə özlüyündə Naxçıvanı qərb rayonları ilə birləşdirəcək Şimal Zəngəzur dəhlizinin də olub-olmayacağı ilə bağlı suallar doğurub.

Azsiyasət.com xəbər verir ki, məsələni yenisabah.az-a şərh edən politoloq Şahin Cəfərli qeyd edib ki, bəyannamədə hansı Zəngəzur dəhlizindən söhbət getdiyi 2020-ci il 10 noyabr bəyanatında öz əksini tapıb:

“Ondan əlavə başqa bir dəhlizin açılması barədə hələ ki heç bir məlumat yoxdur. Düzü, Şimali Zəngəzur dəhlizi deyə nəyin nəzərdə tutulduğunu bilmirəm, çünki Zəngəzur dəhlizi dedikdə Meğridən keçən həm şosse, həm dəmiryolundan söhbət gedir, ondan başqa ikinci bir yolun necə olacağını barədə fikrim yoxdur. Şuşa Bəyannaməsində elə üçtərəfli bəyanata istinad olunub. Üçtərəfli bəyanatda isə Rusiya, Azərbaycan və Ermənistan Zəngəzurdan keçən yolun açılma məsələsini də qarşılıqlı öhdəlik götürüblər və bu da şübhəsiz ki, həyata keçiriləcək. Ermənistan həmin öhdəliyini icra etməyə məcburdur. Bu baxımdan bəyanatda dəhlizin qeyd olunması, əslində, yenilik deyil. Yəqin ki, Ermənistandakı seçkilərdən sonra yeni hökumət formalaşdıqda bu məsələdə müəyyən irəliləyişlərin şahidi olacağıq”.

Ekspert Ermənistanın üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ifadəsinin işlədilməməsi ilə bağlı iddialarına da aydınlıq gətirib:

“Doğrudur, bəyanatda konkret dəhliz sözü yoxdur, lakin Azərbaycanın işğaldan azad olunmuş rayonları ilə Naxçıvanı birləşdirəcək yol və kommunikasiya xətlərinin açılması qeyd olunur. Yəni hər halda məhz dəhliz sözünün olub-olmaması çox da prinsipial əhəmiyyətə malik deyil”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR