Sabah İranda prezident seçkiləridir: Cənubi azərbaycanlılar kimə "hə" deyəcək?

17 iyun, 2021 17:37

Sabah İranda 8-ci prezident seçkiləri keçiriləcək. Seçkidən əvvəl yüzlərlə namizəd qeydiyyata alınsa da, seçki prosesinə nəzarət edən Qəyyumlar Şurası yalnız yeddi nəfəri təsdiqləyib. Seçkilərə az müddət qalmış 7 namizəddən 3-ü - Əlireza Zakani, Səid Cəlili və Möhsün Mehralizadə namizədliyini geri götürüb. Bununla da sabah İranda prezidentlik uğrunda 4 nəfər mübarizə aparacaq:

İbrahim Rəisi
Möhsün Rezai
Əbdülnasir Həmmati
Əmirhüseyn Qazizadə Haşimi.

Mühafizəkar namizəd İbrahim Rəisi artıq indidən seçkilərin lideri sayılır. Bir çoxları hesab edir ki, o, nəinki Prezident Ruhanini, hətta gələcəkdə ali dini rəhbər Ayətullah Əli Xameneyini də əvəzləyə bilər.

Hazırkı Prezident Həsən Ruhani bu vəzifədə maksimum iki müddətini başa vurduğu üçün üçüncü dəfə öz namizədliyini irəli sürə bilməyib.

Sabah kimin qalib gələcəyi, seçkilərdən sonra İranda vəziyyətin necə olacağı maraq doğurur.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Modern.az-a İrandakı seçkilərlə bağlı danışıb. 

"İranın dövlət quruluşu bir-birinə nəzarət, etibarsızlıq üzərində qurulub"

“Hər bir ölkədə prezident seçkiləri siyasi cəhətdən bütün mənalarda strateji kampaniyadır. Bu baxımda İranda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri təəssüf ki, belə deyil. İran Konstitusiyasına görə, prezident institutu həlledici qurum olmadığından seçkilər nəticə etibarıyla İranın ictimai həyatına elə də təsir göstərmək gücünə malik deyil. Yəni İran höküməti başda prezident olmaq şərti ilə ölkədə gedən çox ciddi proseslərə təsir göstərə bilmir.

1981-ci ildən İranda prezident seçkiləri keçirilir, seçilmiş prezidentlər İran həyatında hər hansı hadisənin aparıcısı olmayıblar. Zaman-zaman Məhəmməd Hatəminin dövründə ölkədə islahatların aparılması istiqamətində müəyyən cəhdlər olundu, amma bunlar sadəcə cəhd olaraq qaldı. Bu baxımdan İran prezidentləri müstəqil şəkildə qərar vermək gücünə və  səlahiyyətinə də malik deyillər. Biz bunu prezidentliyə namizədlərdən də görürük. Əvvəlki illərlə müqayisədə prezidentliyə namizədlər o qədər də parlaq və siyasi fiqurlar deyil.

Məsələn, 1998-ci ildə Məhəmməd Hatəminin, 2005-ci ildə Əhmədinejatın prezidentliyi dövründə və sonrakı mübarizə zamanında seçicilər fəal idilər. Seçkilər zamanı “Yaşıllar hərəkatı” deyilən hərəkat yarandı. Bu, İranda mülki vətəndaşların böyük bir hissəsinin mövcud rejimə qarşı etirazını göstərən bir hərakat idi. İranda demək olar ki, bütün etirazlar “Yaşıllar hərəkatı” və Məhəmməd Hatəminin prezidentliyə namizədliyi dövründə üzə çıxıb. Sonrakı dövrdə artıq mülki vətəndaşlar və siyasi fəallar müşahidə elədilər ki, prezident institutu onların ictimai həyatına heç bir təsir etmək gücünə malik deyil. Bundan sonra seçicilər seçki kampaniyasına və təbliğatlara qarşı laqeyd davranmağa başladılar. Bir növ deyə bilərik ki, vətəndaşlar İranda seçkiləri boykot edir.

Mahmud Əhmədinejat ictimaiyyət üçün gözlənilməyən bir fiqur olaraq ortaya çıxdı. Çünki o zaman islatçılarla mühafizəkarlar arasında ciddi mübarizə gedirdi. Bu mübarizədə islahatçıları məğlub etmək üçün sol yönümlü, sosial proqramlı Mahmud Əhmədinejat hakimiyyətə gəldi. İndiki vəziyyətdə isə İbrahim Rəisinin prezident seçilməsi daha çox ehtimal olunur. Yerdə qalan namizədlərin arasında ən güclü siyasi fiqur İbrahim Rəisidir”. 

Cənubi azərbaycanlılar üçün İranda keçirilən prezident seçkilərinin önəmi

“İndiyə qədər İran prezidentləri Cənubi azərbaycanlılara hər hansı xeyir verməyib. Məhəmməd Hatəminin dövründə azərbaycanlılar milli mədəni haqlarının təmin olunması üçün prezidentə çoxlu sayda müraciət ünvanlamışdı.  Amma Hatəmi prezidentliyinin ikinci dövründə sosial, mədəni sahədə proqramı kənara qoyaraq, iqtisadi islahatlar aparacağınının vədlərini verdi. O da heç bir nəticə vermədi.

Urmiya gölünün qurudulması məsələsi hər kəsə bəllidir. İranda Əhmədinejatın, Hataminin dövründə Güney azərbaycanlılar müxtəlif aksiylar, müraciətlər etdilər. Bu gölün qurumasının qarşısını almaq üçün çoxlu maliyyə yardımı lazım idi. İranda isə bildirdilər ki, "niyə o gölə çoxlu pul xərcləyək? O torpaqları satsaq, camaat orda ev tikə bilər".

Hətta o zaman Mahmud Əhmədinejat bəyan etdi ki, gölün qurumasının səbəbi Amerikanın quraqlıq yaratmasıdır. Guya bu quraqlıq nəticəsində Urmiya gölünə yağıntının düşməsinin qarşısı alınır.

Biz burdan deyə bilərik ki, İran prezidentləri Cənubi azərbaycanlıların həyatında  heç bir əməli addımlar atmayıb. Bundan sonra da oxşar hadisələrin baş verəcəyi gözlənilir. İranın ali dini rəhbəri Seyid Əli Xameneyininin  xeyir-duası olmadan bu işlər aparıla bilməz”.

Seçkilərdən sonra İranın Şuşa Bəyannaməsinə münasibəti

“Bəyannamədə öz əksini tapan məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu istiqamətdə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ermənistan və İranın məsələdə iştirakı gözlənilir. İran Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlıqda daha çox Rusiya ilə fəaliyyətini uzlaşdırır. Hesab etmək olar ki, Rusiya Zəngəzur dəhlizinin açılması üçün üzərinə düşən öhdəliyi yerinə yetirərsə, İran bu məsələdə yan hərəkətlər etməyəcək. Zəngəzur dəhlizi də "altılıq ölkələri"nin xeyrinədir. Burda həmçinin İran da qazanacaq. Buna görə də, İran regionda geniş şəraitin yaranmasında, qurucuq işində və təhlükəsizlik məsələlərində fəal iştirak etməyə məhkumdur.  Buna qarşı olmaq İranın özü üçün təhlükəlidir. Odur ki, İranın Şuşa Bəyannaməsinə qarşı fəaliyyət göstərməsi ağılabatan bir iş deyil. İkinci bir tərəfdən, Şuşa Bəyannaməsi regionun inkşafına, təhlükəsizliyinə hədəflənmiş fəaliyyət istiqamətidir”.

Yeni seçiləcək prezidentdən sonra Azərbaycanla əlaqələr

“İranda  demokratik idarəetmə forması deyil. Prezidentlik institu və prezident sadəcə yuxarıdan ona verilən tapşırıqların yerinə yetirilməsi ilə məşğuldur. Kimin prezident seçilməsindən asılı olmayaraq, İranın Azərbaycana münasibəti birmənalıdır. Əvvəlki dövrdə necə olubsa, o cür qalacaq”.

İbrahim Rəisi gələcəkdə İranın ali dini rəhbəri ola bilərmi?

“Son dövrlərdə İranda Xameneyi sonrası ilə bağlı müxtəlif ssenarilər müzakirə edilməkdədir. Ölkənin növbəti dini rəhbəri postu uğrunda daha müasir paradiqmalara sahib qruplarla mühafizəkar məzhəbçi təmayüllü milliyyətçilər arasında ciddi rəqabət gedir.  Potensial olaraq İbrahim Rəisi real namizəd ola bilər. İranda ali rəhbər vəzifəsinə çoxlu sayda namizədlərin adı sadalanır. Bunlardan biri Seyid Əli Xameneyininin oğludur. Uzun illərdir atasının kölgəsində fəalliyyət göstərir, bir sıra hallarda "ölkəni Xameneyi deyil, oğlu idarə edir" deyilir.

İbrahim Rəisi isə rejimin yetişdirdiyi tək fiqurlardandır. Həm məhkəmə sədri, həm də Ayətullah Seyid Əli Xameneyininin tələbəsi olub. Bu baxımdan onun da ali rəhbər olması şansı az deyil. Bundan başqa, bir sıra ayətullahlar var ki, onlar da namizəd kimi göstərilir. Amma onların yaşları çox olduğundan namizədlik mərhələsinə gələ bilməyiblər. Həmçinin, ali rəhbər olmaq üçün ayətullah olmaq lazımdır. İbrahim Rəisinin dini titulu ayətullah deyil”.   

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR