Milyardlarla dollar Azərbaycandan necə çıxarılır?

18 iyun, 2021 10:50

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələ idxaldan asılılığın aradan qaldırılmasıdır. Yerli sənaye istehsalının artması, qeyri-neft sektorunun inkişafı ilə bağlı əsas məsələ idxalın əvəzlənməsidir. Ya milyardlarla vəsaitimiz əldən çıxacaq, ya da... 

İlin birinci rübünün yekunlarına görə, 2,5 milyard dollarlıq idxalımız olub. Bu, orta hesabla il ərzində 10 milyard dollarlıq idxal deməkdir və nəticə etibarilə ondan xəbər verir ki, ölkədən 10 milyard dollar vəsait xaricə gedib. Azərbaycanın idxalın azaldılması baxımından imkanları kifayət qədər genişdir.

Yəni idxalın azaldılması, sadə dildə desək, valyutanın ölkədə qalması və yerli istehsalın genişləndirilməsinə xidmət edə bilər. Nəticə etibarilə biz nə qədər az idxal ediriksə, bir o qədər vəsaitin ölkədə qalmasına nail oluruq. Çünki idxal ölkədən vəsait aparır, ixrac isə ölkəyə vəsait gətirir. Eyni zamanda idxalın azaldılması bütövlükdə qeyri-neft sektorunun inkişafı baxımından vacib hesab olunur.

Bəs hökumət niyə bu qədər vəsaitin ölkədə qalmasına deyil, xaricə getməsinə imkan yaradır? İdxalın azaldılması üçün hansı işləri görmək olar? Bu yöndə bizə nələr mane olur.

Azsiyaset.com xəbər verir ki, musavat.om-a açıqlamasında mövzunu dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov vurğulayıb ki, əslində bu problemi kiçik, miqyassız, sadəcə kosmetik xarakter daşıyan addımlarla  həll etmək mümkün deyil: “Xüsusilə də 2016-cı ildə qəbul olunan 12 strategiyanın icrasından sonra bu istiqamətdə ciddi mənzərə dəyişikliyinin olmaması da bunu bir daha  sübut edir. Məsələ ondan ibarətdir ki, faktiki olaraq ölkədə fundamental islahatların aparılmasına ehtiyac var. Burada daha çox iqtisadiyyatın həm üfüqi, həm də şaquli istiqamətdə diversifikasiya edilməsidir. Ümumiyyətlə götürəndə, çox ciddi fundamental islahatlar qısamüddətli dövrdə əks-effekt yarada bilər. Bizim yerli istehsalçıların bir qismi öz rəqabət qabiliyyətini itirə bilərlər. Ancaq bu prosesin sonunda Azərbaycan istehsalçısı rəqabətli məhsul istehsal etmək bacarığına yiyələnə bilər. Bu rəqabətli mühit onun daha keyfiyyətli, dünya bazarına çıxa biləcək  məhsul istehsal etmək və daxili bazarda da xarici məhsullarla rəqabətə cavab verəcək  məhsullar təklif etməsinə gətirib çıxaracaq”.

Ekspertin fikrincə, bu baxımdan ilk növbədə Azərbaycanın xarici iqtisadi bloklara daxil olması vacib şərtlərdən biridir: “Xüsusilə də Ümumdünya Ticarət Təşkilatı və Avropa Birliyi ilə razılaşmaların əldə edilməsi, daxili bazarın açılması, bu fonda ölkəyə ciddi həcmdə xarici investisiyanın birbaşa daxil olması  imkanları yarana bilər. Bu özlüyündə yerli istehsalın genişlənməsi, həm xarici təcrübənin ölkəyə gəlməsi, həm də xarici bazarlara çıxış üçün potensial formalaşdıra bilər. Bundan başqa, bütövlükdə götürəndə biznes mühitinin şərtləri  dəyişməlidir. Həm Dünya Bankının, həm Dünya İqtisadi Forumunun sahibkarlıq subyektləri arasında keçirdiyi qiymətləndirmələr, o cümlədən maliyyə əlçatanlığı məsələsi öz həllini tapmalı olan problemlərdən biridir”.

R.Həsənovun sözlərinə görə, ilkin mərhələdə yüngül sənaye və yeyinti sənayesi sahəsində idxalın qarşısını almaq mümkündür: “Sonrakı dövrlərdə mərhələli şəkildə müəyyən irəliləyiş ola bilər, məhsul çeşidini artırmaq mümkündür. Azərbaycan həm yerli istehsalın gücləndirilməsi, həm də ixracla bağlı ciddi strategiyalar qəbul edə bilər. Həm orta müddətli - 5 illik, həm uzunmüddətli - 10 illik strategiyalar qəbul edib bunu icra etməlidir. Yerli istehsalın rəqabətliliyinin artırılmasında, maya dəyəri məsələsində müəyyən üstünlüklərin əldə edilməsində mövcud olan problemlərdən biri kimi məhz xammal əlçatanlığının artırılması, gömrük siyasətində dəyişikliklərin edilməsi, xammalın ölkəyə rüsumsuz idxalı ilə bağlı imkanların yaradılması ilə yanaşı inzibati klasterləşmə mümkün olmalıdır. Azərbaycan bazarı kiçikdir və burada bəzi məsələlər başa düşüləndir.  Çünki bəzi xammal və yarımfabrikatların ölkədə istehsalı səmərəli olmaya bilər. Amma  bu əksər məhsullara aid deyil, daha strateji məhsullara aiddir. Bu istiqamətdə yan sənayenin, klasterlərin formalaşması, istehsal  olunan məhsulun maya dəyərinin  ölkədə formalaşan hissəsinin artırılması ilə, xarici fruktasiyalara dözümlülüyünün təmin edilməsi də ixrac qabiliyyətli istehsalın, eyni zamanda daxili bazarı təmin edə biləcək istehsalın formalaşmasında çox mühüm rol oynayır”.

İqtisadçı vurğulayıb ki, bunun siyasi tərəfləri də var: “Biznes mühiti kifayət qədər mürəkkəb və çoxtərəfli məsələləri özündə birləşdirir. Eyni zamanda məhkəmə islahatları, demokratik mühit, yerli özünüidarə imkanlarının inkişaf etməsi, onların investisiya cəlb etmək üçün səylərinin artırılması çox vacib məsələlərdən biridir. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də mühüm qərarların qəbul olunmasına ehtiyac var”.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR