ABŞ Ukraynaya hərbi yardımı kəsib? - Ağ Evdən yayılan xəbərlərə təcili reaksiya gəldi

19 iyun, 2021 17:09

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın Ukraynaya hərbi müdaxiləsi vəziyyətində fövqəladə hərbi yardım hazırlayıb. Bu barədə Ağ Evin sözçüsü Jen Peski jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Jen Peski ABŞ mediasında ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını geri çəkdiyi barədə yer alan xəbərlərin cəfəngiyat olduğunu söyləyib.
Qeyd edək ki, "Politico" və "The Washington Post" qəzetləri bu həftə Ukraynaya ölümcül silahların da daxil olduğu on milyonlarla dollar dəyərində hərbi yardım paketi ayırdığını yazıblar. Məlumata görə, daha çox tank əleyhinə raketlərin olduğu deyilən potensial paket, bu ilin yazında Ukrayna sərhədləri yaxınlığında Rusiyaya məsxus əsgər və hərbi texnikanın cəmlənməsinə cavab olaraq hazırlanıb.

ABŞ KİV-lərinin yazdığına görə, Rusiyanın aprel ayında sərhəd bölgələri yaxınlığına yeritdiyi hərbi qüvvələri geri çəkmə və azaltmasını açıqladıqdan sonra ABŞ-ın bu təklifi müvəqqəti dayandırıb.

Yayılan məlumatlara baxmayaraq, ABŞ və Ukrayna səlahiyyətliləri Rusiyanın eskalasiya vəziyyətində sürətlə səfərbər olmaq üçün istifadə edilə bilən bəzi hərbi texnikaları yerində saxladığını bildirir.

Moskva zirehli bölmələr və raket sistemləri daxil olmaqla qalan qüvvələrin ilin sonlarında hərbi təlimlər üçün hazır olduqlarını söyləyir.
Rusiyanın Ukraynanın Krım yarımadasını zorla ələ keçirməsi və şərqdəki separatçılara dəstək verməsi 13 mindən çox insanın ölümü ilə nəticələnən müharibəyə səbəb olub. Yararan bu gərginlikdən bəri ABŞ Ukraynaya 2,5 milyard dollardan çox təhlükəsizlik yardımı edib.
Bu ayın əvvəlində Pentaqon Ukraynaya artilleriya radarları, rabitə və elektron müharibə avadanlığı və dronlara qarşı sistemlər daxil olmaqla ölümcül müdafiə xarakterli 150 milyon dollarlıq bir yardım paketni elan edib. Mart ayında Pentaqon "Mark VI" silahlı patrul katerləri də daxil olmaqla Ukraynaya 150 milyon dollarlıq yardım paketini elan edib.

Yardım, ABŞ hökumətinin sentyabr ayında sona çatacaq maliyyə ili üçün Konqres tərəfindən ayrılmış vəsaitlərdən gəlir.

“Ukraynaya təhlükəsizlik yardımını dayandırdığımız fikri cəfəngiyatdır. Yalnız keçən həftə - ABŞ-Rusiya Zirvəsi ərəfəsində 150 milyon dollarlıq bir təhlükəsizlik yardımı etdik ”deyə Psaki açıqlamasında bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR