Rusiya Araiki dəyişir? - Ekspertlər...

25 iyun, 2021 10:21

Ermənistanda seçkilərdə revanşist Qarabağ klanının məğlubiyyətə uğrmasından sonra Xankəndində baş verənlər Bakıda da diqqətli izlənir. Separatçıların başçısı Araik Arutyunyana qarşı başlanan etirazlarda Rusiyanın əlinin olduğu iddia edilir. Məsələn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki,  Rusiya Ermənistanda itirilmiş mövqeyini Qarabağda möhkəmlətməklə “kompensasiya” etmək istəyir. 

S.Əkbərin fikrincə, Rusiya düşünür ki, Azərbaycan və Ermənistanın mərkəzi hökumətləri ilə münasibətləri gərginləşərsə, burada möhkəmlənməklə həm Ermənistana, həm də Azərbaycana təsir alətini saxlasın. Bu təsir aləti onsuz da onun əlində var idi. Yeni şəraitdə isə bu alətin təkmilləşdirilməsi prosesi gedir: “Rusiya Ermənistanda rejimi dəyişə bilmədi, indi çalışacaq ki, heç olmasa Xankəndində Moskvadan idarə olunan rejim qursun. Bu seçkilərdə Araik Arutyunyan Nikol Paşinyanı dəstəklədi. İndi ruslar istəmir ki, İrəvanın uzantısı Rusiyanın nəzarəti altında olan bölgədə hakimiyyətdə olsun”. Digər siyasi analitiklər də hesab edir ki, Araikin getməsi və ya həbs edilməsi bizim maraqlarımıza cavab verir, amma oranı Moskvanın bir rayonu kimi nəzarətdə saxlamaq, hətta özünə sərf edən bir adamı gətirib separatçıların yeni lideri etmək Bakının maraqlarına tam ziddir.

Sülhəddin Əkbər: “Rusiya indi çalışacaq ki,  Xankəndində idarə olunan rejim qursun”

Rusiyanın bu planı baş tutarsa proseslər necə cərəyan edər? Bunun qarşısını almaq üçün nələr edilməli?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Ermənistandakı “seçki zəlzələsi”ndən sonra bu xırda hadisələr baş verir. Lakin bu hadisələrin ciddi bir nəticəyə gətirəcəyi inandırıcı deyil: “Seysmologiya elmində ”aftoşok" deyilən termin var. Zəlzələdən sonra nisbətən zəif təkanlara deyirlər, elə bir ciddi təsiri olmur. Ermənistandakı “seçki zəlzələsi”ndən sonra bu xırda hadisələr baş verir. Ciddi bir nəticəyə gətirəcəkləri inandırıcı deyil. Quldurbaşı Araik də daxil Dağlıq Qarabağdakı ermənilər əslində Robert Köçəryanı müdafiə edirdi. Burada həm Qarabağ klanı amili, həm də Rusiyanın istəyi rol oynayırdı. Araik yalnız seçki günü Paşinyanın dəstəsinə qatıldı, sonra da təbrik etdi. Görünür, ona bu tapşırıq verildi, o da yerinə yetirdi. Araik Rusiyanın adamcığıdı, Moskvanın razılığı olmadan özbaşına qərar verə bilməz. Seçkiöncəsi də onun və əlaltısı David Babayanın Moskvaya səfərləri, orada günlərlə qalıb görüşlər keçirmələri təsadüfi deyildi. Ermənistanda və Dağlıq Qarabağda proses Rusiyadan idarə olunur. Seçkiləri də Kreml idarə etdi və mümkün nəticəni əldə etdi. Ona görə mümkün deyirəm ki, Putin Köçəryanın seçilməsini istəyərdi, amma mümkün olmadığını görürdü. Ona görə Paşinyana üstünlük verməli oldu. Dağlıq Qarabağa gəldikdə isə heç kəs üçün sirr deyil ki, Rusiya və onun əlaltıları, o cümlədən Köçəryan bu regionu özlərinin son sığınacaq yeri kimi nəzərdə saxlayırlar. Amma hələlik son sığınacaq yerinə ehtiyac yoxdur. Çünki Paşinyan Rusiyadan asılılığı tam qəbul edir".

Akif Nağı: “Bir müddət sonra Xankəndində erməni qalmayacaq”

A.Nağı qeyd etdi ki, son günlərdə Ermənistan rəhbərliyi Zəngəzura, konkret olaraq Qaqarkunik  bölgəsinə rus sərhədçilərinin yerləşdirilməsi ilə bağlı danışıqlar aparır. Bütün bu proseslərdə Rusiya Azərbaycan və Türkiyə amili ilə hesablaşmaq zorundadır: “Son günlərdə Azərbaycan və Rusiya arasında prezidentlər və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar ciddi proseslərin getdiyindən xəbər verir. Belə güman etmək olar ki, Kreml mövqelərini Azərbaycanla uzlaşdırmağa çalışır. Sonda bir şeyi də qeyd edim ki, Xankəndində demək olar adam qalmayıb, Azərbaycan Prezidentinin dediyi 30 min rəqəmini, Araik ”35 min" deməklə təsdiq etdi. Bir azdan orada, ümumiyyətlə, erməni qalmayacaq. Bunun üçün qətiyyən yumşalmamalı, təzyiqi bir qədər də artırmalıyıq".

Musavat.com

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR