"Putin və Lavrov Türkiyənin adını Rusiya ilə birgə hallandırmaqla..." - Moskva konfransında Türkiyəyə MESAJ

26 iyun, 2021 23:23

“Rusiya paytaxtında beynəlxalq təhlükəsizlik üzrə IX Moskva konfransı keçirildi. Moskvadakı konfrans beynəlxalq aləmdə məşhur olan Münhen təhlükəsizlik konfransının uğursuz bənzəridir. Hər il keçirilən Münhen təhlükəsizlik konfransına adətən dəvət olunan ölkələrin tamamı qatılır. Moskvadakı konfransa isə Qərb ölkələri, o cümlədən NATO təmsilçiləri dəvət olunsalar da, orada Şimali Atlantika Blokundan kimsə yox idi”.

Azsiyasət.com xəbər verir ki, bunu Moskva konfransını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Politoloq bildirib ki, NATO təmsilçilərinin Rusiya paytaxtına getməməsinin sadə səbəbi var.

“Krımın ilhaqına görə Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları var, NATO Rusiyanı təhlükə kimi görür. Qərb ölkələrinin təmsilçiləri və NATO generalları Moskvadakı konfransa qatılsaydılar, Rusiyanın Krımı ilhaqı və beynəlxalq hüquqa digər zidd addımlarını qəbul etdiyi görüntüsü yaranacaqdı. Qərb və NATO belə görüntünün yaranmasını istəmir.

Buna baxmayaraq, Moskva konfransında digər dövlətlərdən 600 qonaq iştirak edirdi. Azərbaycanı konfransda müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edirdi. Konfransda iki gün ərzində qlobal və regional sabitlik problemləri, təhlükəsizliyin müxtəlif aspektləri, yeni koronavirus infeksiyası ilə mübarizədə hərbçilərin rolu mövzuları müzakirə edildi. Aydındır ki, konfransda ən çox Qərb ölkələrinin siyasəti tənqid olundu, təndiçilərə cavab verməyə kimsə yox idi”.

E.Şahinoğlu qeyd edib ki, prezident Vladimir Putin konfransdakı çıxışında Rusiyanın sərhədlərində NATO hərbi qüvvə və infrastrukturunu yerləşdirməsinin narahatlıq yaratdığını söylədi:

“Buna baxmayaraq Putin dedi ki, Qərb ölkələri və NATO ilə dialoqa hazırdır. Konfransın ikinci günü Rusiya kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin və xarici işlər naziri Sergey Lavrov çıxış etdilər. Onlar da prezidentləri kimi, bütün bəlalarda Qərbi ittiham etdilər, elə bil ki, Gürcüstanı, Ukraynanı parçalayan, müxtəlif ölkələrdəki seçkilərdə kiberhücumlar təşkil edən və keçmiş xəfiyyələri öldürən Rusiya deyil”.

Politoloq xatırladıb ki, konfransdakı çıxışlarda Türkiyənin adı bir neçə dəfə müsbət mənada hallandırıldı.

“Prezident Vladimir Putin Rusiyanın qlobal təhlükəsziliyin təminatından danışarkən bunları dedi: “Suriya məsələsində rolumuz var. Türkiyə və İranla Astana formatı çərçivəsində siyasi və diplomatik işlər gördük. Rusiyanın sayəsində Dağlıq Qarabağda qarşıdurmalar dayandırıldı”. Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın tək Rusiya, Çin və İranı hədəf götürmədiyini, NATO-dakı müttəfiqi Türkiyəni sıxışdırmağa çalışdığını bildirdi.

Putin və Lavrov Türkiyənin adını Rusiya ilə birgə hallandırmaqla sanki Ankaraya belə bir mesaj göndərmiş oldular ki, “bizim düşərgədə yer alsan Amerikaya qarşı birgə mübarizə apararıq”. Əlbəttə, Ankaranın Vaşinqtonla münasibətlərində bəlli problemlər var. Vaşinqton Türkiyənin bölgədə artan müstəqil rolunu qəbul etməkdə çətinlik çəkir. Ankaranın da Vaşinqtona ünvanladığı xeyli sualı var ki, cavabını ala bilmir.

Buna baxmayaraq, Türkiyənin milli və təhlükəsizlik maraqları Ankara üçün Rusiya və Çin seçiminin təhlükəli olduğunu nümayiş etdirir. Rusiya və Çinin müttəfiqləri yoxdur. Çünki Moskva və Pekinə bərabərhüquqlu tərəfdaşlar deyil, onların sözünü və istəyini təkrarlayan dövlətlər lazımdır. Elə Amerika da eyni siyasət yürütdüyünə görə Türkiyə ilə Vaşinqton arasında çatlar əmələ gəldi”, - E.Şahinoğlu şərhini tamamlayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR