Ermənistanın "İsgəndər"ini vuran "Bayraktar" isti peraşki kimi satılır - "Le Monde" - VİDEO

28 iyun, 2021 00:23

 

44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun geniş çeşiddə pilotsuz aparatları tətbiq etməsi hələ də dünya mediasının və ekspert çevrələrinin gələcək müharibələrin necə olacağına dair təhlillərində yer almaqdadır.
 
Bu dəfə Fransanın  “Le Monde” qəzeti Azərbaycan ordusunun müharibə taktikasının dünya ölkələrinin öz hərbi strategiyalarına yenidən baxmağa məcbur etdiyi haqda yazıb. “Dronların döyüşü: sürü təhdidi” başlıqlı məqalədə Elisa Vinsent (Par Elise Vincent) yazır ki, bu yeni hal, hibrid münaqişələrin simptomu bütün dünya üzrə bir çox orduları qəfil haqladı və narahat etdi. Mütəxəssislər bu simptomu “dronlarla yaylım atəşi” və ya “dron sürüsünün hücumu” adlandırırlar.
 
Qəzet yazır ki, son iki ildə bir neçə hərbi əməliyyatlar teatrında dronların oynadıqları rol bir çox ölkələri, o cümlədən Fransanı onlara qarşı mübarizə məsələsinə köklənməyə məcbur edib.

Bildirilir ki, bu yeni taktiki vasitələr son bir neçə ildir artmaqda idi. Lakin 2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında Qarabağdakı müharibə zamanı dronlarla bağlı reallıq daha kəskin xarakter almağa başladı. Beləliklə də, dronlarla mübarizə 2019-2025-ci illər üçün hərbi proqramlaşdırma barədə qanuna təklif edilən dəyişikliklərə daxil edilib. Bu dəyişikliklər iyunun 22-də və 23-də Fransa parlamentinə təqdim olunub.
 
“Le Monde” yazır ki, digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağda müharibə pilotsuz uçan aparatların “yer-yer” tipli raketlər və artilleriya sistemləri ilə birlikdə kütləvi tətbiqi ilə müşaiyət olundu. “O cümlədən “kamikadze-dronlar” geniş tətbiq edildi. Bu hal “üçüncü eşalon” ölkələrin orduları üçün dövlətlərarası münaqişə kontekstində misli görünməmiş idi. Azərbaycanlılar müharibənin gedişində bu yeni müharibə metodlarını, o cümlədən hərbi kompüter şəbəkələrindən istifadə etməklə şəbəkə əməliyyatlarını mənimsədiklərini sübut etdilər, hansı ki, indiyədək bunlar Qərbin üstünlüyü sayılırdı”,-qəzet belə yazır.

Məqalədə əlbəttə ki, “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin Qarabağ müharibəsindəki roluna yer verilir. Bildirilir ki, Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən, bahalı olmayan və effektiv həmin silahlı PUA-lar ötən il tətbiq edildiyi üç müharibədə (Liviya, Suriya, Qarabağ)  tankları, zirehli texnikanı, sursat anbarlarını, hava hücumundan müdafiə sistemlərini məhv etdi.
 
Qəzet hazırda “Baykaraktar TB2” pilotsuz təyyarələrinin bir çox ölkələr tərəfindən alındığını, o cümlədən keçmiş sovet respublikalarında “isti peraşki kimi” satıldığını yazır. Bildirilir ki, 10 ildən də az müddətdə Ankara döyüş pilotsuz aparatlarının aparıcı istehsalçılarından birinə çevrilərək ABŞ, İsrail və Çinlə bir sırada dayandı.

Məqalədə deyilir ki, “Bayraktar TB2”-nin missiyasına kəşfiyyat və düşmən qüvvələrinin yerləşməsi barədə informasiyaların toplanması, döyüş təyyarələrini hədəfə yönləndirmə, habelə düşmən mövqelərinə müstəqil şəkildə hücum etmə daxildir. Çünki dron özü lazerlə hədəfə yönləndirilən 4 raketlə silahlanıb.
 
“Le Monde” diqqəti buna yönəldir ki, “Bayraktar” Suriya və Liviyada Rusiyanın bahalı “Pantsir” zenit komplekslərini, Ermənistanda isə “İsgəndər” operativ-taktiki raket kompleksini məhv edib.

Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan ordusu düşmənin yaşayış məntəqələrimizi atəşə tutan operativ-taktiki və ballistik raket komplekslərinə Ermənistanın Vardenis rayonu ərazisində zərbələr endirmişdi. Bu zərbələr nəticəsində sonradan məhv edilmiş azı bir “Skad” ballistik raket kompleksinin qalıqlarının görüntüləri də sosial şəbəkələrin erməni seqmentində yayılmışdı. 

Lakin həmin zərbələr zamanı “İsgəndər” operativ-taktiki raket kompleksinin də sıradan çıxarıldığı haqda Müdafiə Nazirliyinin yaydığı dron görüntüləri əsasında bir sıra Rusiya saytları  yazmışdı. Bununla belə, “İsgəndər” kompleksinin vurulduğu barədə rəsmi mənbələr şərh verməyiblər.
 
Hərçənd Ermənistanın Bakı istiqamətində atdığı “İsgəndər” raketlərindən azı ikisinin Azərbaycan ordusunun “Barak-8” zenit-raket kompleksi ilə vurulduğu məlumdur. (virtualaz.org)

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR